Bayan (Portuqaliya)

Bayan (port. Baião) — Portuqaliyada şəhər tipli qəsəbə, Portu dairəsində eyni adlı munisipalitetin mərkəzi. Keçmiş inzibati bölgüyə əsasən Doru-Litopal əyalətinin tərkibinə daxil idi. Bayan qəsəbəsi Şimal regionuna daxil olan Tameqa iqtisadi-statistik subregionun tərkibinə daxildir. Əhalisinin sayı 2,8 min məfərdir (2006). Sahəsi 175,71 km².-dir.

Qəsəbənin himayəçisi Müqəddəs Varfolomey (portuqaliya dilində:São Bartolomeu) hesab olunur. Qəsəbədə Müqəddəs Varfolomey bayramı 24 avqustda keçirilir.

Coğrafi mövqeyi

Bayan qəsəbəsi Portu şəhərindən 49 km şimalda yerləşir. Munisipalitet şimalda Amarante munisipaliteti, şərqdə Pezu-da-Requa, Mezan-Fruy munisipalitetləri, cənubda Rezende, Sinfaynş munisipalitetləri, qərbdə Marku-de-Kanavezeş munisipaliteti ilə əhatə edilmişdir.

Tarixi

Bayan şəhər tipli qəsəbənin əsası 1513-cü ildə qoyulmuşdur.

Xarici keçid

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!