Barokko memarlığı

Bakı Şəhər İcra Hakimiyyətinin binası

Barokko memarlığıAvropaAmerika ölkələri memarlığının inkişafında təxminən 150–200 il davam etmiş cərəyan. Bu memarlıq cərəyanı XVI əsrin sonunda başlamış və XVIII əsrin sonunda qurtarmışdır. Barokko üslub kimi bütün incəsənət növlərində öz yerini tutmasına baxmayaraq, rəsmdə, teatrda (və onunla bağlı ədəbiyyatda, musiqidə) və memarlıqda özünü daha parlaq göstərə bilmişdir.

Barokko stilində fontan

Barokko XVII əsrdə – XVIII əsrin başlanğıcında meydana gəlmişdir. Qeyd etmək lazımdır ki, bu stili başqa stillərnən qarışdırmaq qeyri mümkündür. Barokko bir növ öz yaranış dövrünü təcəssüm edir. Barokko memarlığının fərqləndirici xüsusiyyətləri onun əzəməti, böyüklüyü və lüks olmasıdır. Barokko üslubu memarlıqda Renessansı əvəz etmışdır. Yeni əyri xətt formaları meydana çıxmış, dolğun və qəliz rəng çalarlarının istifadəsinə başlanmışdır. Həmin dövrdə parklarda fəvvarələrdənfişənglərdən ibarət şəlalələr yaradılır, interyerdə güzgülərə, parketə, zərxaraya böyük diqqət yetirilirdi. Barokko memarları İntibahın bir çox bədii ənənələri ilə, xüsusən də onun harmonik və tarazlaşdırılmış həcm üsulları ilə vidalaşaraq bütöv memarlıq ansambllarına yalnız ayrı-ayrı tikililəri və meydanları deyil, küçələri də aid etməyə başladılar. Əgər erkən barokko üçün dekorativ elementlərin sayının artırılması xarakterik idisə, yetkin barokkoda plastik ifadəlilik güclənir. Barokko memarlığının əsas xüsusiyyətlərindən biri – geniş məkanı təşkil edən ansambl yaratmaq idi. Heykəltəraşlıq memarlıqla bəzən elə əlaqələndirilir ki, çox vaxt memar və heykəltaraşın işlərini bir-birindən ayırmaq çətin olurdu. Şəhər meydanları, saraylar, pillələr, fəvvarələr memarlıq və heykəltaraşlığın sintezi prinsipi üzrə tikilərək ümumi dekorativ tərtibata tabe edilirdi. Barokkoda sənətlərin sintezi zamanı heykəltaraşlıq və rəngkarlıq memarlığa tabe edilərək onunla qarşılıqlı əlaqədə olur. Gözəl divar rəsmləri gümbəzləri, plafonları (naxışlı, bəzəkli tavan) və divarları bəzəyərək geniş məkan illüziyası yaradırdı. Dinamika dolu heykəltaraşlıq gözəl olub, memarlıqla ayrılmazdır. Bu üslubun əsas əlaməti – "naz-nemət içərisində üzmə", insanın vücudu və ruhu üçün maksimal rahatlıqdır. Barokko üslubu əsas giriş qapısında mərmər pilləkənlərin, otaqların arasında incəsənət əsərləri ilə bəzədilən ensiz dəhlizin yaradılmasına üstünlük verir. Bu üslubun xüsusiyyətlərindən biri məkan illüzialarıdır. Barokko memarlıq üslubunda interyerdə müxtəlif şəkillərin, naxışların çəkilmçəsi üçün güzgülərdən, tavandan, eləcə də divarlardan geniş istifadə edilir. Divarlar qobelenlə (divar xalçaları) ilə də örtülə bilər. Xalçaların, zərxaranın, həmçinin bahalı çilçırağın bolluğu təmtəraqlı pafos yaradır. Əyri xəttlər və dəyirmi konturlar hesabına dinamika və gözəllik əldə edilir. Bahalı mebel dəbdəbə və əzəməti artırır. Memarlar çox zaman heykəltaraşlıq əsərlərindən istifadə edirdilər. Adi sütunlar tez-tez telamon və karitiadlar – kişi və ya qadın füqurlu sütunlarla əvəz edilirdi. Barokko üslubunun daha bir fərqləndirişi cəhəti çox iri ölçülərdir. Belə ki, pəncərələrin, qapıların ölçüləri insan boyundan on dəfə çox və daha artıq olurdu. Barokko üslubunun köklərinin çox qədimə getməsinə baxmayaraq, bu üslubun ayrı-ayrı elementləri əsrdən-əsrə keçərək, memarlıq və interyerə qayıdır. Üslubun əbədiliyi çox asan izah olunur, belə ki, bolluğu, həmçinin təmtərağı nəzərə çarpdıran elementlərə hər dövrdə yüksək tələbat olmuşdur.

İtaliya

Katolik Roma barokko memarlığının əsas mərkəzi oldu. Burada barokkonun təməli Vinyola, Palladno, xüsusən də Mikelancelonun yetkin yaradıcılığı ilə qoyulmuşdu. Barokko memarları yeni tikili tipləri tətbiq etməsələr də köhnə tipli tikililərə – kilsələrə, saraylara, villalara onların formasını və arxitektura baxımından məzmununu dəyişən yeni konstruktiv kompozisiya və dekorativ üsullar tapırdılar. XVI əsrin sonundan başlayaraq barokko cizgiləri artan məbəd tiplərinin təkmilləşdirilməsinə xüsusi diqqət yetirirdilər. XVII əsrdə memarlıq formaları daha dinamik və gərgin olur. XVII əsr italyan memarlığının daha xarakterik cizgiləri Roma abidələrində ifadə olunub. Barokkonun əsas xüsusiyyəti – ansambl yaratmaq cəhdi özünü məhz burada daha fəal göstərib. Bu üslub müxtəlif dövrlərin tikililərini memarlıq baxımından birləşdirdi. Barokko üslubunun ilk nümunəsi 1575-ci ildə memar Cakoto Barotsi da Vinyola (1507–1573) və Cakoto della Porta (təx.1537–1602) tərəfindən yezuitlərin (mürtəce katolik ruhaniləri cəmiyyətinin üzvü) monax ordeni (cəmiyyəti) üçün tikilmişİl Cezu kilsəsidir. Layihənin əsas hissəsinin müəllifi Vinyola Gümbəzli bazilika formasına müraciət etmişdi. Bu tipli əvvəlki tikililərə nisbətən kilsənin mərkəzi nefi daha qısa və genişdir, yan neflər əvəzinə isə hər iki tərəfdə kapellalar yerləşirdi. Məbədin qalın sütunlar və pilyastrlarla (bir tərəfi divara bitişmiş dördkənarlı sütun), çoxlu heykəllərlə bəzədilmiş interyeri çox təntənəli görünür. Kilsənin Cakoto della Porta tərəfindən ifa edilmiş fasadının kompozisiyası da maraqlıdır. Sənətkar divarın çox iri bir sahəsini iki üfqi yarusa bölərək, hər birini orderlə (memarlıq kompozisiyası) bəzəyir. Nisbətən dar olan üst yarus yanlardan spiralabənzər detallarla – volyutalarla (italyanca – "buruq, qıvrım") çərçivəyə salınıb və sanki aşağı süzülür. Bu, fasada mürəkkəb və ifadəli görünüş verir. Sonralar belə tərtibat barokko üslublu bir çox kilsələr üçün tipik oldu. Bir qədər sonra isə bu tikililəri nəzərdə tutan "yezuit üslubu" termini də yarandı.

Barokko kilsə memarlığına ən çox töhfə vermiş sənətkarlar Karlo Maderna, Françesko Barromini və Lorenso Berninidir.

Karlo Madernanın həyatında gördüyü əsas iş Müqəddəs Pyotr kilsəsinin yenidən tikilməsi idi (16071617). İntibah dövründə Mikelancelo tərəfindən inşa edilmişəsas binaya o, qərb tərəfdən böyük hissə əlavə edərək bütün kilsəni sentrik formadan bazilikal formaya çevirilib.

Barokko memarlığında saray və villalar da mühüm yer tutur. XVII əsrdə İtaliyada çoxlu saray ansamblları da tikilirdi. Barokko sənətkarları bunlarda şəhər və şəhərkənarı tikililərin cizgilərini birləşdirməyə çalışırdılar. Məsələn, Barberinin sarayı (1625–1664). Onun tikintisini Maderna başlamış, Barromini və Bernini isə bitirmişlər.

Madernanın şagirdi olan Françesko Barromini (1599–1667) Roma barokkosunun cadugəri sayılır. Onun inşa etdiyi tikililərin sayı çox deyil. Romada o, Navona meydanında Sant-Anyeza (1653–1661), Roma Universitetinin həyətində Sant-İvo (1642–1660) və 4 fəvvarənin yanında San-Karlo alle Kuatro Fontane kilsəsini tikmişdi.

Lorenso Bernini (1598–1650) yetkin barokkonun banisi, İntibah sənətkarları kimi hərtərəfli inkişaf etmiş insan idi. Memar, heykəltaraş, rəssam, dekorçu olan Bernini italyan incəsənətinin rəsmi cərəyanına başçılıq edir və əsasən roma papalarının, kardinallarının və yüksək Roma aristokratiyasının sifarişlərini yerinə yetirirdi. Onun ən xarakterik tikililərindən biri Romadakı Sant-Andrea al Kvirinale kilsəsidir (1653–1658). Bernininin nəhəng memarlıq işlərindən biri Romada müqəddəs Pyotr kilsəsinin çoxillik tikintisinin başa çatdırılması və onun qarşısındakı meydanın tərtibatı idi (1656–1667).

İspaniya

XVI əsr İspan memarlığı əsasən orta əsr ənənələrini davam etdirsə də İtaliya İntibahının nailiyyətləri də diqqəti cəlb etməyə başladı. İspan memarları Romadaİtaliyanın digər şəhərlərində işləməyə başladılar, öz növbəsində italyanlar da İspaniyaya gəlməyə başladılar

XVII əsrdə meydana gələn plateresko (ispanca-"naxışlı", "döyməli") termini XVI əsrin I yarısında zərgər dəqiqliyi ilə tikilən və gözəlliyi ilə fərqlənən ispan tikililərinə aid edilirdi. Plateresko üslubunda olan əsas işlər dini olmayan kübar tikililər — universitetlər, xəstəxanalar, xüsusi evlərdir. Kilsə memarlığı, əsasən monastırlarla təmsil edilirdi.

Mərkəzi İspaniyaya aid olan Salamankada 1529-cu ildə yeni üslubda universitet inşa edildi. 1539-cu ildə burada Santyaqolu memar Rodriqo Xil de Ontanyon və qardaşı Martinin tikdikləri və başa çatdıra bilmədikləri Monterrey hersoqlarının sarayı plateresko üslubunda olan bir çox yaşayış evləri üçün nümunə oldu. Leon şəhərində 1514–1549-cu illərdə memar Xuan de Oroçko, Martin Villereal və Xuan de Bedaxoz tərəfindən tikilmiş San-Marko monastırı plateresko üslubunda inşa edilmiş kilsə memarlığına misaldır. Plateresko üslubunun çiçəklənmə dövrü uzun sürmür. İspan memarlığına tədricən italyan barokkosunun cizgiləri daxil olmağa başlayır. Bu dövrdə Çurrigera ailəsinin, xüsusən Xose Benito Çurrigeranın tətbiq etdiyi üslub sonralar "çurrigeresk üslubu" adını aldı.[1]

İstinadlar

  1. Mədəniyyət Tarixi və Nəzəriyyəsi. Dərslik. Bakı-2010

Read other articles:

Public school in Spanish Fort, Alabama, United StatesSpanish Fort High SchoolSpanish Fort High School's main buildingAddress1 Plaza de TorosSpanish Fort, Alabama 36527United StatesCoordinates30°41′20″N 87°51′14″W / 30.688769°N 87.853781°W / 30.688769; -87.853781InformationSchool typePublicOpened2005 (18 years ago) (2005)School districtBaldwin County Public SchoolsCEEB code012518PrincipalShannon SmithTeaching staff63.00 (on a FTE basis)[1&#...

 

Stasiun Kai-Sumiyoshi甲斐住吉駅Stasiun JR Kai-Sumiyoshi, Januari 2006LokasiSumiyoshi 2-chome, Kōfu-shi, Yamanashi-kenJepangKoordinat35°38′11″N 138°34′11″E / 35.6363°N 138.5698°E / 35.6363; 138.5698Pengelola JR CentralJalur Jalur MinobuLetak dari pangkal83.1 kilometer dari FujiJumlah peron1 peron sampingInformasi lainStatusTanpa stafSejarahDibuka30 Maret 1928Penumpang2016498 per hari Lokasi pada petaStasiun Kai-SumiyoshiLokasi di Prefekfur YamanashiTam...

 

Тарчізіо Бурньїч Тарчізіо Бурньїч Особисті дані Народження 25 квітня 1939(1939-04-25)   Руд, Італія Смерть 20 травня 2021(2021-05-20) (82 роки)   Форте-дей-Мармі, Провінція Лукка, Тоскана, Італія[1] Зріст 183 см Вага 81 кг Прізвисько La Roccia[2] Громадянство  Італія Позиція захисник Юн

ЛевіатанGroszek Тип ТзОВГалузь торгівляСпеціалізація торгівляЗасновано 1994Засновник(и) Вальдемар НоваковськийШтаб-квартира Влоцлавек,  ПольщаТериторія діяльності ПольщаКлючові особи Войцех КрушевськийВласник(и) EurocashХолдингова компанія Eurocashlewiatan.pl  Lewiatan у Вікісхов...

 

Stadtkirche St. Marien Altarraum Die Stadtkirche St. Marien ist eine evangelische Kirche in Pappenheim im mittelfränkischen Landkreis Weißenburg-Gunzenhausen. Die spätgotische Kirche hat die Adresse Graf-Carl-Straße 7. Der Vorgängerbau, auf dessen Fundamenten die jetzige Kirche steht,[1] steht unter Bodendenkmalschutz.[2] Die Marienkirche wurde von 1452 bis 1476 als Kirche zu unserer lieben Frauen erbaut. Erst seit der Reformation der Stadt Pappenheim 1539/1540 fungiert s...

 

1997 mystery thriller film Smilla's Sense of SnowTheatrical release posterDirected byBille AugustScreenplay byAnn BidermanBased onMiss Smilla's Feeling for Snowby Peter HøegProduced by Bernd Eichinger Martin Moszkowicz Starring Julia Ormond Gabriel Byrne Richard Harris Robert Loggia Vanessa Redgrave CinematographyJörgen PerssonEdited byJanus Billeskov Jansen [da]Music by Harry Gregson-Williams Hans Zimmer Productioncompanies Bavaria Film Constantin Film Det Danske Filminstitut ...

John Hinckley Jr.Foto Hinckley milik FBI pada tahun 1981LahirJohn Warnock Hinckley Jr.29 Mei 1955 (umur 68)Ardmore, Oklahoma, Amerika SerikatGugatan kejahatan13 pidanaHukuman kriminalPerawatan rumah sakit jiwa; dinyatakan tidak bersalah dengan alasan kegilaanStatus kriminalLepasOrang tuaJohn Warnock Hinckley Sr. dan Jo Ann Moore John Warnock Hinckley Jr. atau dikenal sebagai John W. Hinckley Jr. dan John Hinckley Jr. (lahir 29 Mei 1955) adalah seorang pria Amerika, pada 30 Maret 1981, be...

 

Dajian Huineng Informasi Tanggal lahir: 638 Tempat lahir: Canton, China Tanggal wafat: 713 (usia 75 tahun) Sekolah: Chán Gelar: Guru ZenPatriark ke-enam Guru: Daman Hongren Predecessor(s): Daman Hongren Successor(s): Patriark berakhir Website Portal Buddhisme Dajian Huineng (Hanzi tradisional: 大 鉴 惠 能; Hanyu Pinyin: Dàjiàn Huìnéng; Bahasa Jepang: Eno Daikan; Bahasa Korea: Hyeneung, 638-713) adalah seorang Cina monastic Zen (Chan) yang merupakan salah satu tokoh paling penting dal...

 

Eva Herzog, Ständeratspräsidentin 2023/24 Der Ständeratspräsident der Schweiz ist der Vorsitzende des Ständerats. Jedes Jahr anfangs Wintersession wählt der Ständerat für ein Jahr eine Präsidentin oder einen Präsidenten sowie eine erste und zweite Vizepräsidentin beziehungsweise Vizepräsidenten. Diese leiten die Verhandlungen, vertreten den Rat nach aussen und wachen über die Befolgung des Reglements sowie über die Ordnung in den Sitzungen. Die Vizepräsidenten übernehmen die A...

Australian rules footballer Australian rules footballer Harold McLennan McLennan in 1910Personal informationFull name Harold Francis McLennanNickname(s) LalDate of birth 26 July 1888Place of birth Ballarat, VictoriaDate of death 20 September 1978(1978-09-20) (aged 90)Place of death Melbourne, VictoriaOriginal team(s) North Fitzroy JuniorsHeight 178 cm (5 ft 10 in)Weight 74 kg (163 lb)Position(s) MidfielderPlaying career1Years Club Games (Goals)1907–16, 191...

 

Cinematic term used to describe stylized feature film crime dramas Film Noir redirects here. For the album, see Film Noir (album). Film noirTwo silhouetted figures in The Big Combo (1955). The film's cinematographer, John Alton, was the creator of many of film noir's stylized images.Years activeearly 1920s – late 1950sCountryUnited StatesInfluences German Expressionism French poetic realism Italian neorealism American hardboiled fiction Influenced French New Wave Neo-noir Tech noir Film noi...

 

German footballer (born 1964) Michael Rummenigge Rummenigge playing for a Borussia Dortmund veterans team in 2011Personal informationDate of birth (1964-02-03) 3 February 1964 (age 59)Place of birth Lippstadt, West GermanyHeight 1.74 m (5 ft 9 in)Position(s) Midfielder, strikerYouth career1970–1981 Borussia Lippstadt1981–1982 Bayern MunichSenior career*Years Team Apps (Gls)1982–1988 Bayern Munich 152 (44)1988–1993 Borussia Dortmund 157 (36)1993–1995 Urawa Reds 42...

Sede da Pixar Animation Studios, na Califórnia. Esta é uma lista de filmes produzidos pela Pixar, uma companhia cinematográfica estadunidense de filmes gerados por computador, sediada em Emeryville, Califórnia, Estados Unidos. Até 22 de novembro de 2016, a Pixar havia já produzido dezessete longa-metragens, todos distribuídos pela Walt Disney Pictures. A companhia produziu seu primeiro longa-metragem, o aclamado Toy Story, em 1995. Em seguida, lançou outros eventuais sucessos comercia...

 

Cmentarz prawosławny przy ulicy Ogrodowej w Łodzi nr rej. A/275 z 16.09.1980 Mauzoleum Gojżewskich Nazwa pełna Cmentarz prawosławny pw. Św. Aleksandra Newskiego przy ulicy Ogrodowej Poprzednie nazwy Cmentarz prawosławny pw. Św. Aleksego Metropolity przy ulicy Ogrodowej Państwo  Polska Województwo  łódzkie Miejscowość Łódź Adres ul. Ogrodowa 43 Typ cmentarza wyznaniowy (dawniej wojskowy) Wyznanie prawosławne Stan cmentarza czynny Powierzchnia cmentarza 0,9 ha Data o...

 

This article needs additional citations for verification. Please help improve this article by adding citations to reliable sources. Unsourced material may be challenged and removed.Find sources: Bus deregulation in Great Britain – news · newspapers · books · scholar · JSTOR (January 2023) (Learn how and when to remove this template message) Buses competing for passengers in Stockton-on-Tees in February 1988 Bus deregulation in Great Britain involved th...

Bristol HotelThe Bristol HotelLocation within GibraltarInformasi umumLokasi10 Cathedral Square,  GibraltarInformasi lainJumlah kamar60Situs webwww.bristolhotel.gi Bristol Hotel adalah sebuah hotel bersejarah yang terletak di Cathedral Square di Gibraltar. Hotel ini didirikan pada abad ke-19 dan menempati sebuah gedung kolonial putih yang terletak di selatan Cathedral of St. Mary the Crowned dan Gibraltar Museum.[1] Hotel ini memiliki 60 kamar dan sebuah kebun subtropis.[2]...

 

This article needs additional citations for verification. Please help improve this article by adding citations to reliable sources. Unsourced material may be challenged and removed.Find sources: Ashton under Hill – news · newspapers · books · scholar · JSTOR (June 2009) (Learn how and when to remove this template message) Human settlement in EnglandAshton under HillAshton under HillLocation within WorcestershirePopulation747 (2001)[1]OS...

 

Popular front in Russia This article needs additional citations for verification. Please help improve this article by adding citations to reliable sources. Unsourced material may be challenged and removed.Find sources: All-Russia People's Front – news · newspapers · books · scholar · JSTOR (November 2014) (Learn how and when to remove this template message) You can help expand this article with text translated from the corresponding article in Russian....

  本頁面僅提供寶可夢的基本資訊,詳細的資料請參看為此主題而設的專門Wiki 各世代的寶可夢列表 第一世代第二世代第三世代第四世代第五世代第六世代第七世代第八世代第九世代 相關: 寶可夢列表查论编 《精靈寶可夢》商標 第四世代的寶可夢是指在2006年發售的《寶可夢 鑽石/珍珠》中引入的107種虛構生物,下表列出第四世代的寶可夢,以遊戲中名為「寶可...

 

この記事は検証可能な参考文献や出典が全く示されていないか、不十分です。出典を追加して記事の信頼性向上にご協力ください。(このテンプレートの使い方)出典検索?: 名鉄2000系電車 – ニュース · 書籍 · スカラー · CiNii · J-STAGE · NDL · dlib.jp · ジャパンサーチ · TWL(2023年4月) 名鉄2000系電車 名鉄2000系(豊田本町駅)基...

 

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!