Banqladeş–İsrail münasibətləri

İsrail–Banqladeş münasibətləri
İsrail və Banqladeş
 İsrail  Banqladeş

İsrail–Banqladeş münasibətləriİsrailBanqladeş arasında hazırda birbaşa diplomatik münasibətlər yoxdur. Lakin dolayı olanlar ABŞ və AB-nin vasitəçiliyi ilə mövcuddur. Banqladeş mallarını İsrailə ixrac etməklə bir az qazanc əldə edir[1]. Banqladeş rəhbərliyi müstəqil Fələstin dövləti yaranana qədər İsraili tanımayacağını bildirir[2]. Bununla belə son vaxtlar hər iki ölkənin rəsmiləri arasında əlaqələr qurmaq üçün danışıqlar daha tez-tez baş verir[3].

Diplomatiya

Banqladeş İsraili tanımayan BMT-yə üzv 29 ölkədən biridir. Vətəndaşlarının İsrailə gəlməsini rəsmi şəkildə qadağan edən və İsrail pasportlarını qəbul etməyən ölkələrdəndir[4][5][6].

2003-cü ilin noyabrında banqladeşli jurnalist Salah Çudxuri Təl-Əvivə uçmağa cəhd göstərdiyinə görə həbs olundu. O, üsyan, xəyanət və küfrdə günahlandırıldı və 7 il həbs cəzasına məhkum edildi[7][8].

Banqladeş müstəqil Fələstin dövlətinin yaradılması ideyasını dəstəkləyir və İsrailin "Fələstinin qanunsuz işğalına" son qoymasının tərəfdarıdır[5].

«Jerusalem Post» qəzetində yayımlanan açıqlamada İsrail hökumətinin bir nümayəndəsi «Banqladeş ilə heç bir fikir ayrılığımız yoxdur. Dialoq etmək istəyirik. İnsanlar arasındakı münasibətləri istəyirik. Biz Banqladeşin dindar vətəndaşlarını müqəddəs Qüds şəhərinə dəvət edirik[9]» deyə bəyan etmişdir. İsrail müvəffəqiyyətsiz olaraq «Banqladeş ilə diplomatik münasibətlər qurmaq istəyir». Banqladeşin Baş naziri Şeyx Həsinə 2014-cü ildə demişdir: «Fələstinlilərə dəstək verməyə davam etdik və israililərin onların torpaqlarını işğal etməsi heç vaxt qəbul edilə bilməz»[10]. Banqladeşin keçmiş xarici işlər naziri Dipu Moni Dəkkənin Banqladeş ilə İsrail arasında münasibətlərin qurulması ilə bağlı qərar verməyə hazır olduğunu bildirmişdir.

Ticarət

Hər iki ölkənin ÜTT-yə üzv olmasına baxmayaraq Banqladeş İsrailə ticarət qadağasını tətbiq edir[11]. 2014-cü ildə Banqladeş İxrac Bürosunun rəsmi statistikası ölkənin 2013-2014-cü illərdə İsrailə 2577 dollar dəyərində mal ixrac etdiyini müəyyən etmişdir[12][13]. Ancaq son illərdə Banqladeş malları ABŞ ya da Aİ yolu ilə İsrailə ixrac edildiyi bildirilir[14].

Banqladeş istiqlal müharibəsi

İsrail Banqladeşi tanıyan ilk ölkələrdən biri olmuşdur[15]. İsrail hökuməti və adi vətəndaşlar 1971-ci ildə Banqladeş istiqlal müharibəsi zamanı banqladeşliləri dəstəkləmişdir. Banqladeş müstəqillik qazandıqdan sonra, yeni ölkə 4 fevral 1972-ci ildə İsrail tərəfindən tanınınır. Lakin Banqladeş hökuməti rəsmi olaraq tanınmanı qəbul etmir[16][17]. Banqladeş hökuməti adından o zamankı xarici işlər naziri Xundakar Muştak Əhməd İsrail hökumətinə İsrail tərəfindən müstəqilliklərinin tanınmasını qəbul edə bilməyəcəklərini ifadə edir.

İstinadlar

  1. "No diplomatic ties but B'desh earns from export in Israel". New Age. 5 January 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 June 2015.
  2. "B`desh should not establish ties with Israel: Experts". 2018-12-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-06-21.
  3. "Bangladesh yet to decide on relations with Israel: FM". archive.thedailystar.net. 2018-12-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-06-21.
  4. "Moving Israel from Europe to Asia". The Jerusalem Post. 24 December 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 January 2015.
  5. 1 2 "Statement by Her Excellency Ms. Dipu Moni, Minister for Foreign Affairs of Bangladesh". Ministry of Foreign Affairs, Dhaka. 2013-12-24 tarixində arxivləşdirilib.
  6. "Grant: I'll have no issue with my Israeli passport". ghanaweb.com. 24 December 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 January 2015.
  7. "The unfathomable life of Salah Uddin Shoaib Choudhury". Times of Israel. 24 December 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 January 2015.
  8. Winer, Stuart. "Bangladesh editor gets 7 years for attempted Israel trip". Times of Israel. 9 January 2014. 24 December 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 January 2015.
  9. Nasir, Khaled. "Time for a quiet revolution in Bangladesh-Israeli relations". Jerusalem Post. 2 September 2011. 5 January 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 February 2015.
  10. "PM: Attack on Gaza is violation of humanity | Dhaka Tribune". www.dhakatribune.com. 2018-12-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-06-21.
  11. "Bangladesh Trade Boycott On Israel Impacts U.S. Firm And Garment Sector". Wikileaks. 7 January 2010. 24 December 2018 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 1 February 2015.
  12. "Bangladesh exports unknown goods to Israel". Prothom Alo. 11 August 2014. 2016-07-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 February 2015.
  13. "No diplomatic ties but B'desh earns from export in Israel". The New Age. 20 May 2014. 5 January 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 February 2015.
  14. "Bangladesh exports unknown goods to Israel". 2015-06-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-06-21.
  15. "Israel Recognizes Bangladesh". The Jerusalem Post. 7 February 1972. 18 April 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 January 2015.
  16. Verinder Grover. Bangladesh: Government and Politics. Deep & Deep Publications. 1 January 2000. 674. ISBN 978-81-7100-928-2. 11 April 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 November 2019.
  17. Habib, Mohshin. "A Story of Israel Hatred". Gatestone Institute. 5 December 2011. 2 March 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 February 2015.

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!