Balıqların harayı (film, 1990)

Balıqların harayı
Janr sənədli
qısametrajlı
Rejissor Ramiz Əliyev
Ssenari müəllifi Hikmət Seyidov
Operator Sərdar Vəliyev
Bəstəkar Emin Sabitoğlu
İstehsalçı "Salnamə" sənədli filmlər studiyası
İlk baxış tarixi 1990
Filmin növü qısametrajlı sənədli film
Ölkə Azərbaycan Azərbaycan SSR
İl 1990
Texniki məlumatlar 2 hissə
563 metr
Rəng rəngli

Balıqların harayı qısametrajlı sənədli filmi rejissor Ramiz Əliyev tərəfindən 1990-cı ildə çəkilmişdir. "Salnamə" sənədli filmlər studiyasında istehsal edilmişdir. Filmdə respublikamızda ərzaq proqramının tərkib hissəsini təşkil edən balıqçılığın inkişafına mənfi təsir göstərən amillərdən söhbət açılır.

Məzmun

Filmdə respublikamızda ərzaq proqramının tərkib hissəsini təşkil edən balıqçılığın inkişafına mənfi təsir göstərən amillərdən söhbət açılır. Film əyani şəkildə göstərir ki, Xəzər və ona tökülən çayların hamısı ekoloji fəlakət həddindədir. Buna baxmayaraq dənizin çirklənməsi gərgin şəkildə davam edir.[1]

Film xəbərdarlıq edir ki, Xəzər həm də İttifaqın AvropaAsiya hissəsi üçün yeganə oksigen mənbəyidir. Ona görə də ekologiyanın pozulması insan üçün gözlənilməz nəticələrə gətirib çıxara bilər.[1]

Filmin üzərində işləyənlər

Ssenari müəllifi: Hikmət Seyidov
Rejissor: Ramiz Əliyev
Operator: Sərdar Vəliyev
Bəstəkar: Emin Sabitoğlu

İstinadlar

  1. 1 2 Aydın Kazımzadə. Azərbaycan kinosu — 2 (filmlərin izahlı kataloqu (1898-2002)). Bakı: 2003, səh. 283

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!