Bakı Şəhər Həkimlər Cəmiyyəti — Bakıda qeyri-hökumət təşkilatı[1].
Tarixi
1895-ci ildə Kərim bəy Mehmandarov Məmmədrza ağa Vəkilov və Əbdülxalıq Axundov ilə birgə Bakı Tibb Cəmiyyətini təsis etmişdir. 1918–1919-cu illərdə 110 üzvü, şəhər dumasının binasında əsaslı kitabxanası var idi.
Cəmiyyətin iclasları da həmin binada keçirilirdi. Əsas fəaliyyət istiqaməti sənaye gigiyenası idi. Cəmiyyətin sədri B.K.Finkelşteyn, katibi Y.K.Varşavski, əsaslı kitabxananın müdiri isə Əbülfəz Qarayev idi. 1917-ci ildə cəmiyyət öz fəa-liyyətini dayandırmış, Azərbaycan Xalq Cümhuriyyətii dövründə yenidən bərpa etmişdi. Bu illərdə cəmiyyət yoluxucu xəstəliklərə, xüsusilə yatalaq epidemiyasına qarşı mübarizə aparmışdır.
1919-cu ildə B.K.Finkelşteyn Bakı Universitetinin tibb fakültəsi üçün tibbi avadanhq almaq, həmçinin ən yeni müalicə metodları ilə tanış olmaq üçün aparıcı Avropa klinikalarına (İtaliya, İsveçrə, Almaniya) ezam edilmişdi. O, Qərbi Avropaya ezamiyyətinin nəticələri haqqında üzvü olduğu tibb cəmiyyətində hesabat məruzəsi ilə çıxış etmişdi. Şəhərin aparıcı həkimləri təbabətin müxtəlif sahələrində elmi nailiyyətlərin mübadiləsi məqsədilə cəmiyyətdə müntəzəm məruzələr edirdilər.
1920-ci ildə Bakı şəhər həkimlər cəmiyyəti nəzdində həkimlərə yardım bürosu yaradılmışdı. Büronun məqsədi boş iş yerlərinin qeydiyyatını aparmaq, işsizləri həmin yerlərə yerləşdirmək, onlara birdəfəlik, yaxud vaxtaşırı yardım göstərmək idi. Həkimlər cəmiyyətinin dövri nəşri çap olunurdu. Aprel işğalından (1920) sonra fəaliyyətini dayandırmışdır.
Həkimlərə Yardım Bürosu
1920-ci ildə Bakı Şəhər Həkimlər Cəmiyyəti nəzdində yaradılmışdır.
Büronun vəzifəsi boş iş yerlərini qeydə almaq, işsizləri həmin yerlərə yerləşdirmək, onlara birdəfəlik yaxud vaxtaşırı pul yardımı göstərmək idi. Büro şəhər idarəsi tibb-sanitar şöbəsinin nəzdində fəaliyyət göstərirdi. Şəhər idarəsi tibb-sanitar şöbəsinin üzvü Şərifov və həkimlər A.Neşeretov, A.İ.Okinşeviç büronun üzvləri idilər.[2]
1920-ci ildə Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra həkimlərə yardım bürosunun fəaliyyəti dayandırıldı
Mənbə
- Путеводитель ЦГАОР Азерб. ССР, Б., 1959.
İstinadlar
- ↑ Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. I cild. Bakı: "Lider". 2004. səh. 257. ISBN 9952-417-14-2.
- ↑ Путеводитель ЦГАОР Азерб. ССР, Б., 1959