Bakı İctimai Təşkilatlar Şurası

Bakı İctimai Təşkilatlar Şurası
Ümumi məlumatlar
Növü bələdiyyə
İdarə heyəti
İcraiyyə Komitəsinin Sədri Luka Bıç
5 mart 1917 tarixindən
Qeydlər
5 mart 1917 tarixindən 22 noyabr 1918 tarixinədək fəaliyyət göstərmişdir.

Bakı İctimai Təşkilatlar ŞurasıFevral inqilabından (1917) sonra Bakıda yaradılmış yerli hakimiyyət orqanı[1].

Tarixi

Bakı İctimai Təşkilatlar Şurası 1917-ci il martın 5-nə keçən gecə Bakıda təşkil olunmuşdu. Yerli hakimiyyət orqanı olaraq, müvəqqəti hökumətə etimad göstərmişdi. Tərkibinə Fəhlə Deputatları Sovetlərinin, Bakı Şəhər Dumasının və müxtəlif ictimai təşkilatların nümayəndələri daxil idilər. İcraiyyə Komitəsinin sədri Luka Bıç, üzvlərinin əksəriyyəti qeyri-müsəlman millətlərin nümayəndələri idilər. Komitədə azərbaycanlı əhalini Məmmədhəsən HacınskiMəhəmməd Əmin Rəsulzadə təmsil edirdilər.

Milli neft sənayeçiləri komitəyə maddi yardım göstərirdilər. Rusiyada oktyabr çevrilişi nəticəsində bolşeviklər hakimiyyəti ələ keçirdikdən sonra Bakı Fəhlə və Əsgər Deputatları Sovetində əsas vəzifələrə yiyələnən bolşeviklər sovetin təkhakimiyyətliliyinə nail olmaq üçün digər siyasi hakimiyyət strukturlarının, o cümlədən İctimai Təşkilatların İcraiyyə Komitəsinin ləğvinə çalışırdılar. Bakı Sovetinin bolşeviklərdən ibarət İcraiyyə Komitəsi 1917 il noyabrın 13-də iclas keçirərək, İctimai Təşkilatların İcraiyyə Komitəsinin ləğvi haqqında elan vermək barədə qərar qəbul etdi. Qərara görə, İctimai Təşkilatların İcraiyyə Komitəsinin sədri vəzifəsinə Stepan Şaumyan seçilməli və o, komitəni ləğv etməli idi.

Komitə 1917-ci il noyabrın 17-də özünü ləğvi barədə qərar çıxardı və noyabrın 22-də Bakı İctimai Təşkilatlar Şurası buraxıldı.

Həmçinin bax

Ədəbiyyat

  • Azərbaycan tarixi, 7 cilddə, c.5, B., 2001;
  • Azərbaycanda sosialist inqilabının qələbəsi uğrunda bolşeviklərin mübarizəsi. Sənədlər və materiallar. 1917–1918-ci illər, B., 1960.

İstinadlar

  1. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. İki cilddə. I cild. Bakı, 2004. səh 236.

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!