Bakı kommersiya məktəbi — XX əsrin əvvəllərində Bakıda fəaliyyət göstərmiş təhsil müəssisəsi. Məktəbi yaratmaqda məqsəd müəyyən ixtisaslarda çatışmayan mütəxəssisləri hazırlamaq olub.
Məktəb müəyyən peşələr üzrə çatışmayan mütəxəssislərin hazırlaması nəzərdə tutulmuşdu.[2]
Təhsil kursu
Burada təhsil kursu 8 sinifdən ibarət idi ki, onlardan son ikisi ixtisas kursu hesab olunurdu.[5] Hazırlıq sinifləri rus dilini bilməyənlər üçün idi. Xüsusi fənlərdən ən çox diqqət kommersiya haqqı hesabına, mühasibata, əmtəəşünaslığa, siyasi iqtisada verilirdi. Xarici dillərdən fərqli olaraq, azərbaycanlıların ana dili musiqi fənni kimi mütləq fənn hesab olunmurdu.[5]
Tədris proqramı
Tədris proqramında ölkənin xüsusiyyətləri, Qafqazın coğrafiyası, tarixi və mədəniyyəti nəzərə alınmırdı.[5]
Məktəbin qəyyumluq şurasına daxil olmuş Əlimərdan bəy Topçubaşov təhsil alan kontingentin milli və dini xüsusiyyətlərini nəzərə almağın zəruriliyi məsələsini irəli sürürdü.[5] Rusiyanın Şərqlə ticarət əlaqələrinin genişlənəcəyini nəzərə alan Əlimərdan bəy Topçubaşov məktəbdə təhsil alanlara Şərq dillərini, həmçinin Qafqaz ölkələri ilə qonşu ölkələrin iqtisadi coğrafiyasını öyrənməyi lazım bilirdi.[5]
Doğma dilin tədrisinə etinasızlıq nəticəsində onun qeyri-icbari fənn olması Ə. Ağayevin də etirazına səbəb olurdu.[5][6]
Müəllimləri
Məktəb Rusiya ali məktəblərini bitirmiş ixtisaslı müəllimlərlə komplektləşdirilmişdi.[5]
1915-ci ilədək məktəbi 191 mütəxəssis bitirmişdi.[5] 1909-cu ildəki ilk məzunlardan Əbdülqasım Cəfərov və İskəndər Hacıyev təhsilini davam etdirmək hüququndan istifadə edərək, sonralar Rusiyada ali iqtisadi təhsil ala bilmişdilər.[5][8]
Şəkilləri
İstinadlar
↑Hüseyn Əhmədov. Azərbaycan məktəb və pedaqoji fikir tarixi. Bakı: Elm və təhsil, 2014. — səh. 259.