Bakı Ali Ümumqoşun Komandirlər Məktəbi (abr.BAÜKM) və ya BVOKU (rus.Бакинское высшее общевойсковое командное училище) — 29.11.1939 – 1991-ci illərdə SSRİ-nin ilk hərbi təhsil müəssisələrindən biri. Məktəb mövcud olan illərdə bir sıra ixtisaslar üzrə hərbi kadr hazırlamışdı. Azərbaycan SSR-nin paytaxtı olan Bakı şəhərində yerləşirdi.