Bako Sahaki Sahakyan (erm. Բակո Սահակյան, 30 avqust 1960, Stepanakert) — Qondarma Dağlıq Qarabağ Respublikasının 3-cü prezidenti. Xocalı soyqırımında iştirak etmişdir.[1] İlk dəfə 19 iyul 2007-ci ildə prezident seçilib. 19 iyul 2012-ci ildə ikinci dəfə beş il müddətinə yenidən seçilib, təxminən üçdə iki səs toplayıb.[2] 2017-ci ildə üç il müddətinə dolayı olaraq yenidən seçildi. İki dəfə beş il müddətinə prezident postunu tutan Arkadi Qukasyanın əvəzinə Saakyan gəldi.
Həyatı
Saakyan 1960-cı ildə Azərbaycan SSR-nin Xankəndi şəhərində anadan olub. Sovet ordusunda xidmət etdikdən sonra Xankəndi fabrikində doqquz il işləmişdir. 1990-cı ildə Dağlıq Qarabağ Müdafiə Ordusuna qoşuldu və bu vəzifədə komandir müavini oldu.[3] 1999-cu ildə Qondarma Dağlıq Qarabağ Respublikasının Daxili İşlər naziri seçilib. 2001-ci ildən 2007-ci ilin iyununa qədər Dağlıq Qarabağın təhlükəsizliyinə rəhbərlik etmiş,[2][4][5] 2007-ci ildə Dağlıq Qarabağda keçiriləcək prezident seçkilərində iştirak etmək üçün istefa vermişdi. 2023-cü il oktyabr ayının 3-də Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılaraq Bakıya gətirilmişdir.[6]
İstinadlar
Xarici keçidlər
Lüğətlər və ensiklopediyalar | |
---|