Babazənən yüksəkliyi

Babazənən yüksəkliyi
Ümumi məlumatlar
Dağ sistemi Kiçik Qafqaz
Mütləq hündürlüyü 41,2 m
Yerləşməsi
39°37′28″ şm. e. 49°02′04″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon
  • Salyan
Babazənən yüksəkliyi xəritədə
Babazənən yüksəkliyi
Babazənən yüksəkliyi
Babazənən yüksəkliyi xəritədə
Babazənən yüksəkliyi
Babazənən yüksəkliyi

Babazənən yüksəkliyiAzərbaycan Respublikasının Salyan rayonu ərazisində Salyan şəhərinin şimal-şərqində Duzdağ gölünün şimalında yerləşir. Cənub-şərqi Şirvan düzündəki yüksəklik BabazananBabazanlı olaraq da adlanır. Hündürlüyü 41,2 metrdir.

2008-ci ildə Babazənən dağında kütləvi məzarlıq aşkarlanıb. Məzarlıq ərazidə heyvan otaran çobanlar tərəfindən tapılıb. Dağın yamacında yaranmış yarğana baxarkən çobanlar orada çoxlu sayda insan sümüklərinin olduğunu görüblər. Aşkar edilmiş kütləvi məzarlığın 1918-ci ildə ermənilərin rayonda törətdikləri soyqırım zamanı yarandığı güman edilir. Tarixi faktlarda da göstərilir ki, 1918-ci ildə ermənilər bu ərazilərdə qırğınlar törədiblər. Əhali sağ qalmaq üçün Babazənən dağında gizlənsə də, ermənilər onları tapıb qətlə yetiriblər[1].

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya İnstitutunda Babazənən dağında aşkar edilmiş sümük qalıqlarına vizual baxış keçirilib. Baxış zamanı həmin sümüklərin Xəzər antropoloji quruluşuna aid qadın sümükləri olduğu müəyyənləşib. Məzarlıq aşkar olunan ərazi hazırda mühafizə olunur[2].

Bəzi mənbələrdə yüksəkliyin adı Babasənan variantında da işlənmişdir. Mütəxəsislərin bir qismi oronimin ikinci komponentini fars dilindəki "qadın" sözünün qarşılığı, digər qismi isə Sənan şəxs adı ilə əlaqələndirirlər. Əslində isə Babasinən variantında qəbul olunmalı olan bu oronim "baba" və "sinən" (türk dilində "enən", "düşən", "yatan", "kiçilən") sözlərindən ibarətdir[3].

Yüksəklikdə eyniadlı mineral bulaq olan Babazənən bulağı da mövcuddur. Bir çox tədqiqatçılara görə, burada əsasən qadın xəstəlikləri müalicə olunduğu üçün bulaqlar Babazənən (qadın piri) adı ilə tanınır. Babazənən bulağının suyu isti və kükürdlüdür. Yerli əhali tərəfindən müalicə üçün istifadə edilir[3].

İstinadlar

Həmçinin bax

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!