Babək Hüseynoğlu (1951, Zəngibasar rayonu – 2005) — Jurnalist.
Həyatı
Babək Hüseynoğlu 1951-ci ildə Zəngibasarda doğulub. Yerevan Dövlət Pedaqoji İnstitutunu bitirib. "Sovet Ermənistanı" qəzetində məsul katib, "AzTV"-də şöbə müdiri vəzifələrində çalışıb. 1990-cı ilin avqustundan 1993-cü ilədək "Aydınlıq" qəzetinin baş redaktoru olub. 1993-cü ilin avqustundan 1996-cı ilin sentyabrınadək Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətinin sədri işləyib.[1]
İstinadlar