Bəhruz Vaqifoğlu |
---|
Bəhruz Vaqif oğlu Əhmədli |
Digər adı |
Bəhruz Əhmədli |
Doğum tarixi |
25 oktyabr 1982(1982-10-25) (42 yaş) |
Doğum yeri |
|
Həyat yoldaşı |
Gülnarə Məmmədli |
Uşağı |
2 |
Fəaliyyəti |
aktyor rejissor |
Fəaliyyət illəri |
2003-bu günə qədər |
Təhsili |
|
İstiqamət |
pantomim |
Mükafatları |
2016 |
IMDb |
ID5527794 |
Bəhruz Vaqif oğlu Əhmədli (25 oktyabr 1982, Zəngilan) — Azərbaycanın teatr və kino aktyoru, teatr rejissoru, Azərbaycanın əməkdar artisti (2016).
Həyatı
Bəhruz Vaqifoğlu (Əhmədli) 25 oktyabr 1982-ci ildə Zəngilan rayonunda anadan olub. 1988-1993-cü illərdə Zəngilan rayonu 1 saylı orta məktəbdə, 1993-2000-ci illərdə isə Bakı şəhəri 177 saylı orta məktəbdə orta təhsil almışdır. 2002-2003-cü illərdə hərbi xidmətdə olub. 2004-2008-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Aktyor sənəti" fakültəsində musiqili teatr rejissoru ixtisası üzrə rejissor Faiq Zöhrabovun kursunda ali təhsil almışdır.
Fəaliyyəti
Fəaliyyətinin ilk illərində Vahid Əliyevin rəhbərlik etdiyi dram dərnəyində aktyorluq sənətində ilk addımlarını atmış, sonra isə Nərimanov rayonu Uşaq Yaradıcılıq Mərkəzində İmran Vahabovun rəhbərlik etdiyi dram dərnəyinin üzvü olmuşdur.[1] 2003–2005-ci illərdə Nəsibə Zeynalova adına "Cənnət" xalq teatrında, 2005—2006-cı illərdə 1 illik müqavilə əsasında[2] Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında aktyor çalışmışdır. 2006-cı ildən Azərbaycan Dövlət Pantomim Teatrında aktyor kimi çalışır. 2009-cu ildən etibarən həmin teatrda paralel olaraq rejissor kimi də fəaliyyət göstərir.
Bəhruz Vaqifoğlu Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının istehsal etdiyi bir çox filmlərdə çəkilmiş, habelə "Günaydın, mələyim", "Cavad xan", "Vəkil hanı?", "Çölçü"[3], "Dərvişin qeydləri", "Yarımçıq xatirələr" kimi ekran əsərlərində maraqlı rollar yaratmışdır.
Gənclərin Ümumrespublika Teatr Festivalında dəfələrlə iştirak etmiş və qalib olmuşdur.[4]
Festivallar və mükafatlar
Gənclərin I Ümumrespublika Teatr Festivalı
2011-ci il.
- "O an bizim gözümüzlə" (ssenarist; II yer)
- "Mənim düşmən oyuncağım" (rejissor)
Gənclərin II Ümumrespublika Teatr Festivalı
2012-ci il.
- "Zibil düşüncə" (rejissor və ssenarist)[5]
"Affekt" Qısa Filmlər Festivalı
- Ən yaxşı aktyor (I yer)
Xalq teatrları arası festival
- Ən yaxşı ssenarist (I yer)
29 iyul 2016-cı ildə Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülmüşdür.[6] 1 may 2017-ci ildə[7], 9 may 2018-ci ildə[8], 10 may 2019-cu ildə[9], 10 may 2022-ci ildə[10] və 9 may 2024-cü ildə[11] Prezident Mükafatına layiq görülmüşdür.
Teatr səhnəsindəki rolları
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı
Azərbaycan Dövlət Pantomim Teatrı
Azərbaycan Teatr Xadimləri İttifaqı
Filmoqrafiya
Bədii filmlər
- Günaydın, mələyim! (film, 2008)
- Cavad xan (film, 2009)
- Sonuncu dərviş (film, 2009)
- Vəkil hanı? (film, 2011)
- Çölçü (film, 2012)
- Dərvişin qeydləri (film, 2013)
- Bakı, mən səni sevirəm (film, 2015)
- Yarımçıq xatirələr (film, 2015)
- Əli və Nino (film, 2015)
- Sevgi haqqında (film, 2015) (qısametrajlı bədii film)
- Müqəssir (film, 2016)
- Bir zamanlar Şəkidə (film, 2017) (ing. The Game) rol: Fuad[19][20]
- Xülya (film, 2017)
- Titrəmə (film, 2020)
Seriallar
- Həyat varsa... (serial, 2012-2014)
- Aydın (serial, 2013)
- İzi itməyən cinayətlər (serial, 2015) ("Vəsiyyətnamə" bölümü)
- Xosrov və Şirin (serial, 2021)
Sənədli-bədii filmlər
- İnci taleyi (film, 2012)
- Sirli bənövşə (film, 2013)
- Lend-Liz
- Son iclas (film, 2018)
- Azərbaycan Atabəyləri (film, 2024)
Kliplər
- Sarı gəlin (ifa: Abbas Bağırov)
- Dünya qəmli nağıl imiş (ifa: Vasif Məhərrəmli)
- Vurulmuşam (ifa: Mələkxanım Əyyubova)
- Lay-lay (ifa: Xumar Qədimova)
- Karuzo (ifa: Şahin İsmayılov)
- Sevəsən məni (ifa: Sevinc)
- Олы Юлнын Тузаны (rus. Пыль большой дороги; azərb. Ulu yolun tozanağı) (ifa: Alsu)[21]
- Я хочу целовать тебя миллиард раз (ifa: Ələsgər Əliyev)[22]
Reklamlar
- Akkord
- Hunday
- Bakcell
- Final çay
- Zalotoy sad
İstinadlar
Mənbə
- "Milli mimçilər". //"Cinema News" jurnalı.- 2008.- iyun.- səh. 42-43.
Xarici keçidlər