Böyük Livan dövləti[1] (ərəb. دولة لبنان الكبير; fr. État du Grand Liban), sonrakı adı ilə Livan Respublikası[1] (ərəb. الجمهورية اللبنانية al-Jumhūrīyah al-Lubnānīyah; fr. République libanaise) — Birinci Dünya müharibəsindən sonra Osmanlı imperiyasının keçmiş ərazilərində, Millətlər Liqasının qərarı ilə Fransaya bu ərazi üçün mandat verildikdən sonra[2] Fransanın mandatının bir hissəsi. Bundan əvvəlki dövrdə Livan Beyrut vilayətinin mərkəzi hissəsində muxtar bir qurum kimi Böyük Suriya adlanan ərazinin bir hissəsi idi.
General Quro Livan ilə cənub və qərb sərhədlərində bir neçə Suriya kəndini parçalayaraq Livana birləşdirmiş, paytaxtı Beyrut təyin edərək indiki sərhədləri ilə dövlətin qurulmasını elan etmişdir.[3]
İstinadlar
Əlavə ədəbiyyat
Xarici keçidlər