Böyük Litva knyazlığı

Tarixi dövlət
Böyük Litva knyazlığı
Bayraq[d] Gerb
Bayraq[d] Gerb
1236 — 1795

Paytaxt Voruta (13th century) (?)
Kernavė (aft. 1279–bef. 1321)
Trakay (aft. 1321–1323)
Vilnüs (1323–1569)
Rəsmi dilləri Litva, polyak, qərbi rus, latın, alman
Valyuta Polşa zlotı
Ərazisi
  • 200.000 km² (1260)
  • 930.000 km² (1430)
  • 320.000 km² (1572)
  • 250.000 km² (1791)
  • 132.000 km² (1793)
Əhalisi
  • 4.840.000 nəf. (1770)
İdarəetmə forması monarxiya
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar


Böyük Litva knyazlığı (Великое князство Литовское, Руское, Жомойтское и иных; pol. Wielkie Księstwo Litewskie, lat. Magnus Ducatus Lituaniae) — tarixi Şərqi Avropa dövləti.

Tarixi

XIII-XIV əsrlərdə Böyük Litva knyazlığının ərazisi sürətlə böyüdü və hətta Qaradəniz sahillərinə çatdı. Həmin vaxt litvalı knyazlar Tevton ordeninə qarşı gərgin mübarizə aparırdılar, hansı ki, sonda 1410-cu ildə onlar Qrünvald döyüşündə birləşmiş Litva ərazilərinin orduları və müttəfiq Polşa tərəfindən məhv edildilər.

1385-ci ildə böyük Litva knyazı Yaqoyla (Jogaila) Krevsk Litva ilə Polşa arasında uniya yaratdı, hansı ki, bu ona Polşaya hakimliyə şans verdi. Nəhayət, o, 1386-cı ildə Polşa taxt-tacına sahib oldu. 1387-ci ildə Litvada xaçpərəstlik bərqərar oldu və qərbi xristianlıq rəsmi din kimi qəbul edildi. 1392-ci ildən Litvanı faktiki olaraq dahi knyaz Vitovt (Vytautas) idarə edirdi, o, Yaqoylanın qohumu və formal davamçısı idi. Onun hakimiyyəti illərində (1392–1430) Litva öz ən qüdrətli dövrünə çatdı. 1569-cu ildə Lyublində Polşa ilə uniya aktı bağlandı. Lyublina uniya aktına əsasən Litvanı və Polşanı birlikdə seçilmiş kral idarə edərdi, amma dövlət işləri ümumi seymdə həll olunacaqdı. Qanunlar sistemi, ordu və hökumət ayrı qalacaqdı.

Böyük Litva knyazı və onun yeddi oğulu

Magnus Ducatus Lithuania, Tobias Lotter, 1780

Yeddi oğul motivi tez-tez Litva xalq nağıllarında səslənir. Bu motivin Qediminasın oğullarının hakimiyyəti bölə bilməməsi dövrünün hadisələrinin təsirindən qaynaqlanıb-qaynaqlanmadığı sual olunur? Qediminas 1341-ci ildə xaçlılarla, Veliuona yaxınlığındakı baş verən döyüşdə öldürülür. Taxta adətlərə görə böyük oğlun vərəsəlik haqqına zidd olaraq, atası ilə Vilnüsda yaşayan kiçik oğlu Yaunutis yiyələnir. (Qediminas oğlanlarını, daimi qarnizonlara ehtiyacı olan əhəmiyyətli qalalara komandan kimi göndərir). Oğullar arasında çəkişmələr başlayır. Bundan xaçlılar istifadə edir. Jemaytiyanı zəbt etməyə çalışaraq, Kaunasdan Qardina qədər Nyamunasın son sahilini tuturlar. Litva Baltik dənizinə çıxışını itirir. Təhlükə çox böyük idi, belə ki, Orden Polşa kralı Böyük Kazimirlə bağladığı sazişə görə, dəniz sahilinə çıxış əldə edirdi. Yaranmış vəziyyətdə Qediminasın ölümündən üç il sonra onun böyük oğulları Yaunutisi taxtdan salırlar, amma öldürmürlər, hakimiyyəti aralarında bölürlər. Yaunutisi isə Zaslavla göndərirlər.

Alqirdas özünü böyük knyazı elan etdi, Kastutis isə Trakaya knyazı adlandırıldı, çunki Trakay Litvanın qədim paytaxtı olmuşdu. Onların knyazlıqları siyasi və təsərrüfat baxımından eyni əhəmiyyətli deyildi. Kastutis Trakay və Qardinin, ayrıca vahid olaraq Jemaytiyanın sahibi idi, Alqirdas isə Böyük Litva knyazlığının paytaxtı Vilnüsun, Vilnüs knyazlığının və Rus knyazlığının sahibi idi. O vaxt Orden Macar və Çex kralları ilə birgə bir neçə dəfə Litvaya hücum etsə də, uğur əldə edə bilməmişdi. Çox güman ki, orden magistrləri Böyük Litva knyazlığını bir həmlə ilə tutulmasının mümkünsüz olduğunu anlayıb taktikalarını dəyişdilər, və kiçik amma tez-tez təşkil olunan hücumlarla diyarı əldən salmaq yolunu seçdilər. Güman olunur ki, Ordenin Böyük Magistri, Böyük Litva knyazları olan qardaşların arasındakı ədavətə ümid bağlayırdı.

1362-ci ildə xaçlılar dörd dəfə Böyük Litva knyazlığına hücum etdilər. Burada xüsusi ilə Kaunas qalasının müdafiəçilərinin taleyini qeyd etmək lazımdır. 1362-ci ilin qışı hər iki ordenin cəngavərləri Kaunas qalasını mühasirəyə aldılar. Onun müdafiəsinə Kastutisin oğlu Vaydotas başçılıq edirdi. Qalanın mühasirəsi bir neçə həftə davam etdi. Qalanın müdafiəçiləri son dərəcə qətiyyətlə müdafiə olunurdular, lakin aclıq onlara güc gəlirdi. Qalanı yandıranda müdafiəçilərinin bir hissəsi odda yandı. Tarixi mənbələrə görə cəmi otuz altı nəfər sağ qaldı. Ola bilsin ki, odda Knyaz Vaydotasda məhv oldu, çünki, sonrakı mənbələrdə onun barəsində məlumatlara rast gəlinmir. Kastutisa başqa zərbə oğlu Butautasdan gəldi. Orden təmsilçiləri onu atasına qarşı qaldırmağa nail oldular. Bir qrup boyarla o Mariyenburqa qaçdı burada Henrix adı ilə xristianlığı qəbul etdi, və həmin il Karalyauçusdan Litvaya böyük düşmən qüvvəsi gətirdi. Ancaq bu tarixi kəsimi nəzərdən keçirəndə elə bir təəssürat yaranmasın ki, Böyük Litva knyazlığı ancaq müdafiə olunurdu. Litvalılar dəfələrlə Ordenin torpaqlarına hücumlar edirdilər və bu hücumların əksəriyyəti də uğurlu idi. Lakin bu hücumlar Ordenin qüdrətini sarsıtmaq üçün kifayət deyildi. Bundan əlavə Alqirdas və Kastutisin 1370-ci il Karalyauçusdakı birgə əməliyyatını da nəzərə almaq lazımdır. Karalyauçus qalasını ələ keçirmək qərara alındı. Hər iki knyazın qoşunları müxtəlif yollarla hərəkət edirdi: şimaldan və cənub-şərqdən Karalyayçus yaxınlığında onlar birləşməli idi. Lakin Ordenin Magistri bunu anlayıb kiçik qalaların dəstələrinə onların yollarını kəsmək əmrini verdi. Kastutisin qoşunları geri döndü, Alqirdas isə Rudava yaxınlığında döyüşə girdi. Bu döyüş bir neçə illiyə Ordeni zəiflətdi. Döyüşdə marşal və qalaların komut rəisləri öldürüldü. Kastutis əsir götürülür və Mariyenburq qalasında dustaq edilir. Ancaq qaçmağa müvəffəq olur və ara vermədən xaçlılarla mübarizə aparır. Şiddətli döyüşlər Kaunas qalası ətrafında gedirdi, belə ki, o çox vacib strateji məntəqədə, Nyamunas və Neris çaylarının qovuşduğu yerdə yerləşirdi. Ordenlə müharibə yüz əlli il davam etdi. Bu dövr tarixdə litvalıların ölüm-dirim mübarizəsi kimi səciyyələndirilir. O dövrdə Roma papası, və Almaniya imperatoru Böyük Litva knyazlığı ilə danışıqlar aparmağa cəhd etdilər. 1358-ci ildə Vilnüsə imperator IV Karlın nümayəndələri gəldi. Qerman Vartberqin salnamələrində deyilir ki, litvalılara Böyük Litva knyazlığının sərhədlərinin tanımasını, Ordenin cəngavərlərinə isə knyazlığın ucqar hüdudlarında yerləşib monqol xanlarından xristianları müdafiə etmək təklif olundu. Bundan başqa Alqirdas rus torpaqlarına olan bütün iddiaları da rədd etdi. Belə tələblər Orden üçün qəbuledilməz idi. Danışıqlar uğursuz oldu.

XIV əsr Böyük Litva knyazlığı üçün həm də ona görə əhəmiyyətli idi ki, Böyük Moskva knyazlığı rus torpaqlarını birləşdirən mərkəzə çevrilirdi. Knyazlıq İsveç, Orden və Litvaya getdikcə daha uğurlu müqavimət göstərirdi. Alqirdas, rus torpaqlarının birləşdirilməsinin mərkəzi olmaq uğrunda, Moskva ilə Tver arasında olan ziddiyyətdən istifadə edib buna mane olmağa çalışırdı. Lakin Litva zadəganlarının Rusiyanın şimal-qərb torpaqlarını zəbt etmək cəhdləri uğursuz idi. Bu həm də xaçlılara müqaviməti zəiflədirdi. XIV əsrdə Qızıl Ordu ilə döyüşlər davam edirdi. Bu əsrdə Ordunu daxili çəkişmələr əldən salırdı, Alqirdas bundan istifadə edə bildi. Alqirdasın qoşunları Şərqi Avropanın əhəmiyyətli iqtisadi və siyasi mərkəzi olan Kiyevi tutdu. Onun oğlu Vladimir buraya hakim təyin olundu, sonralar Vladimir Podola tatar knyazlarının qardaşlarının üstünə bir yürüş təşkil etdi. 1363-cü ildə Siniye Vodı yaxınlığında xanların qoşunu darmadağın edildi, knyazlığın əraziləri Qara dənizə qədər uzandı.

Tarixçilər bildirir ki, Alqirdasın ölümündən sonra Litvada siyasi böhran baş verdi. Böyük knyaz kimi Alqirdasın ikinci arvadı, Tver knyaginyası Yulionadan olan Yoqaylo təsdiq olundu. Boyarların Kastutisi dəstəkləməsinə baxmayaraq, Kastutisin Ordenlə mübarizədə nailiyyətləri çox idi, o, təcrübəli döyüşçü idi və yaşca da böyük idi, o elə Trakay və Jemayçunun hakimi olaraq qaldı. Kastutis Yoqaylonun hakimiyyətini tanıdı, lakin həmişə olduğu kimi çəkişmələr başladı, bu isə mərkəzi hakimiyyəti zəiflədirdi və müstəqilliyi itirmək təhlükəsi yaradırdı. Böyük Litva knyazlığının siyasətində ziddiyyətlər yarandı. Eyni vaxtda Ordenlə mübarizə aparmaq və rus torpaqlarını zəbt etmək mümkün deyildi. Müharibələrin ağır nəticələri Böyük Litva knyazlığının şəhərlilərinin çiyninə böyük yük kimi düşürdü. Onda Yoqayla Ordenlə 10 illik müqavilə bağladı. Kastutis bunu təqdir etdi. Lakin tarixi xəyanət ili adlandırılan 1380-ci ildə, Yoqayla Livoniya Ordeni ilə gizli saziş bağladı. Bu sazişə görə Yoqayla ordenin hücumu zamanı Kastutisə kömək etməməyi boyununa aldı və Jemaytiya, Trakaya və Qardin barədə Alman ordeni ilə saziş bağladı. Bir ildən sonra Kastutis Yoqaylanın xəyanəti barədə xəbər tutub, onu hakimiyyətdən güclə məhrum edib, Vitebska hakimlik etməyə göndərdi. Yoqayla sonralar da almanlarla gizli sövdələşmələrdən çəkinmirdi, onu qardaşları Skirqayla və Kaributas dəstəkləyirdi. Kastutis Kaributaya qarşı çıxanda Vilnüsda Yoqaylanın xeyrinə çevriliş baş verdi. Yoqayla xaçlıların köməyi ilə Trakaya daxil oldu. Kastutis və onun oğlu Vitautas hiylə ilə ələ keçirilib Kreves qalasının qazamatına göndərildi. Kastutis boğularaq öldürüldü, Vitautas isə arvadının köməyi ilə qaçdı.

Yoqayla hakimiyyətə qayıtdı, lakin Vitautas və Rus knyazları onun hakimiyyətini tanımırdı. 1382-ci ildə Ordenlə sazişə görə litvalıları xristianlığı qəbul etməyi və Dubisə qədər Jemaytiyanı ona verməyi boyunlarına götürdülər. Xəyanətlər davam edirdi.

Həmçinin bax

Ədəbiyyat

  • Антонович В. Б. Очерк истории великого княжества Литовского до половины XV ст. — Вып. 1. — К., 1878.  (rus.)
  • Дашкевич Н. П. Заметки по истории Литовско-Русского государства. — К., 1885.
  • Wolff J. Senatorowie i dygnitarze Wielkiego Księstwa Litewskiego. 1386−1795. — Kraków, 1885.  (pol.)
  • Boniecki A. Poczet rodów w wielkiem księstwie litewskiem w XV и XVI w. — Warszawa, 1887.  (pol.)
  • Владимирский-Буданов М. Ф. Очерки из истории литовско-русского права. — Ч. 1−2. — К., 1889–1890.
  • Любавский M. K. Областное деление и местное управление Литовско-Русского государства ко времени издания первого литовского статута: Исторические очерки. — М., 1892.
  • Любавский M. K. Литовско-русский сейм: опыт по истории учреждения в связи с внутренним строем и внешней жизнью государства. — М., 1900.
  • Довнар-Запольский М. В. Государственное хозяйство Великого княжества Литовского при Ягеллонах. — Т. 1. — К., 1901.
  • Лаппо И. И. Великое княжество Литовское за время от заключения Люблинской Унии до смерти Стефана Батория (1569–1586). — Т. 1. — СПб., 1901.
  • Максимейко Н. А. Сеймы литовско-русского государства до Люблинской унии 1569 г. — Харьков, 1902.
  • Малиновский И. Рада Великого княжества Литовского в связи с боярскою думою древней России. — Ч. 2. — Вып. 2. — Томск, 1912.
  • Любавский M. K. Очерк истории Литовско-Русского государства до Люблинской унии включительно. С приложением текста хартий, выданных княжеству Литовскому и его облаястям. — 2-е изд. — М., 1915.
  • Грушевский А. С. Города Великого княжества Литовского в XIV−XVI вв.: Старина и борьба за старину. — К., 1918.
  • Halecki O. Dzieje unii jagiellońskiej. — T. 1−2. Kraków, 1919–1920. (польск.)
  • Kutrzeba S. Historia ustroju Polski w zarysie — T. 2: Litwa. — 2 wyd. — Lwów-Warszawa, 1921. (польск.)
  • Łowmiański H. Studia nad początkami społeczeństwa i państwa litewskiego. — T. 1−2. — Wilno, 1932. (польск.)
  • Пресняков А. Е. Лекции по русской истории. — Т. II. — Вып. 1.: Западная Русь и Литовско-Русское государство. — М., 1939.
  • Бережков Н. Г. Литовская метрика как исторический источник. О первоначальном составе книг Литовской метрики по 1522 г. Ч. 1. М., 1946.
  • Похилевич Д. Л. Крестьяне Белоруссии и Литвы в XVI−XVIII вв. — Львов, 1957.
  • Похилевич Д. Л. Крестьяне Белоруссии и Литвы во второй половине XVIII в. — Вильнюс, 1966.
  • Пичета В. И. Аграрная реформа Сигизмунда-Августа в Литовско-Русском государстве. — 2-е изд. — М., 1958.
  • Пашуто В. Т. Образование Литовского государства. — М., 1959.
  • Пичета В. И. Белоруссия и Литва в XV−XVI вв. — М., 1961.
  • Dundulis B. Lietuvių kova dėl Žemaitijos ir Užnemunės XV amžiuje. — Vilnius, 1960.  (lit.)
  • Jurginis J. Baudžiavos įsigalėjimas Lietuvoje. — Vilnius, 1962.  (lit.)
  • Греков И. Б. Очерки по истории международных отношений восточной Европы XIV−XVI вв. — М., 1963.
  • Ochmanski J. Historia Litwy. — Wrocław-Warsawa-Kraków, 1964.  (pol.)
  • Łowmiański H. Studia nad dziejami Wielkiego Ksiȩstwa Litewskiego. — Poznań, 1983.  (pol.)
  • Шабульдо Ф. М. Земли Юго-Западной Руси в составе Великого Княжества Литовского. — К., 1987.
  • Грушевський М. Історія України-Руси. — Т. III−IV. — 2-е від. — К., 1993.  (ukr.)
  • Насевіч В. Л. Пачаткі Вялікага княства Літоўскага: Падзеі і асобы. — Мн., 1993.
  • Александров Д. Н. Южная, юго-западная и Центральная Русь и образование Литовского государства / Отв. ред. акад. Б. А. Рыбаков. — М., 1994. — 272 с. — 5 000 экз.
  • Kiaupienė J., Kuncevičius A. Lietuvos istorija iki 1795 metų. — Vilnius, 1995.
  • Rowell S. C. Lithuania Ascending: A Pagan Empire within East-Central Europe, 1295−1345. — Cambridge: University Press, 1995. — 375 p. (ing.)
  • Краўцэвіч А. К. Стварэнне Вялікага Княства Літоўскага. — 2-е выд. — Жэшаў, 2000.
  • Baranauskas T. Lietuvos valstybės ištakos. — Vilnius: Vaga, 2000. — 317 p.
  • Petrauskas R. Lietuvos diduomenė XIV a. pabaigoje — XV a.: sudėtis-struktūra-valdžia. — Vilnius, 2003.
  • Гудавичюс Э. История Литвы с древнейших времен до 1569 года / Перевод с литовского Г. И. Ефромова. — Т. I. — М., 2005.

Xarici keçidlər

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!