Böyük Beqiçev

Böyük Beqiçev
Ümumi məlumatlar
Sahəsi 1800 km²
Uzunluğu
  • 50 km
Eni 40 km
Hündür nöqtəsi 201 m
Əhalisi 0 nəfər (2015-ci il)
Yerləşməsi
74°20′00″ şm. e. 112°42′00″ ş. u.HGYO
Ölkələr
Akvatoriya
Böyük Beqiçev xəritədə
Böyük Beqiçev
Böyük Beqiçev
Böyük Beqiçev xəritədə
Böyük Beqiçev
Böyük Beqiçev
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Paksa burnu
Adanın cənub sahili

Böyük Beqiçev[1] — ada Xatanqa körfəzinin Laptevlər dənizinə çıxış nöqtəsində qərarlaşır. İnzibati cəhətdən Yakutiyanın Anabar rayonu ərazisində yerləşir.

Uzunluğu 61 km, eni 57 km, sahəsi 1800 km² təşkil edir. Adadan qərbdə 7 km enə malik Pioner boğazı ilə ayrılmış Kiçik Beqiçev adası yerləşir. 14 km şimalda isə Preobrajeniya adası yerləşir. Adanın cənub qutaracağı ilə materik arasında məsafə 9 kilometrdir. Mərkəzi hissədə hündürlük 198 metrdir. Şimal-qərb və şimal-şərqdə hündürlük düzənliklər geniş sahə tutur. Ən uzun çayı İlistayadır (34 km). Uzunluğu 20 km olan cəmi 5 çayı vardır. Səthi Tundra ilə örtülmüşdür. Adada Müşk öküzü, Tülkü, Maral, sahil zonasında isə Morja rast gəlmək olar. Bəzən isə Ağ ayılar görünürlər. Adaların hər ikisi Nikifor Alekseyeviç Begiçevin şərəfinə adlandırılmışdır.

İstinadlar

  1. Якутская АССР, словарь — справочник, Якутск, 1980 г.

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!