Aşıq Məhəmməd Kolanlı — XX əsr Azərbaycan aşığı.
Həyatı
Aşıq Məhəmməd Kolanlı (Səfərov) 1903-cü ildə Ağdam rayonunun Kolanı bölgəsinin Qalayçılar kəndində anadan olub. Qarabağ aşıq mühitinin ustad aşıqlarındandır. 1942-ci ildə İkinci Dünya müharibəsinə yollanmış, 1944-cü ildə yaralanaraq cəbhədən qayıtmışdır[1]. Aşıq Xosrov Məhəmmədoğlunun atasıdır.
Aşıq Məhəmməd Kolanlı 1977-ci ildə vəfat etmişdir.
Yaradıcılığı
Aşıq Məhəmməd Kolanlı ustad aşıq kimi 25 dastanı ("Abbas və Gülgəz", "Şah İsmayıl və Gülgəz", "Məhəmməd və gürcü qızı", "Alıxan və Pəri xanım", "Dilsuz və Xəzangül", "Əmrah", "Novruz və Qəndab", "Valeh və Zərnigar" və b.) sinədən bilmiş, 16 şagirdi (Boyəhmədli Aşıq Mustafa, Aşıq Möhübbət (Kor Möhübbət), Sırxavəndli Aşıq Yunis, Papravəndli Aşıq Əli Mirzəyev, böyük oğlu Kərəm, kiçik oğlu Aşıq Xosrov, Aşıq Hüseyn Məmmədov və b.) olmuşdur[1].
Ustad sənətkar öz həyatından bəhs edən "Məhəmməd və Şahandaz" dastanını yaratmışdır[1].
İstinadlar