Aşıq Günay Ulduz |
Doğum adı |
Günay Murad oğlu Ulduz |
Doğum tarixi |
1954 |
Doğum yeri |
|
Atası |
Aşıq Murad Ulduz |
Fəaliyyəti |
şair |
Fəaliyyət illəri |
1970-ci ildən |
Musiqi aləti |
Saz |
Aşıq Günay Ulduz (Günay Murad oğlu Ulduz; 1954, Türkiyə) — Türk aşıq.[1]
Həyatı
Aşıq Günay Ulduz 1954-cü ildə Türkiyənin Arpaçay qəzasının Qaraxan kəndində doğulmuşdur.[2]
İlk təhsilini doğma kəndində, orta təhsilini və liseyi isə Qars Alpaslan Liseyində bitirmişdir.
Aşıqlıq sənətinə və şeirə bağlılığı kiçik yaşlarından başlamış və liseydə oxuyarkən şeir yazmağa, aşıqlığı öyrənməyə başlamışdır. Bir neçə il atası Qaraxanlı Aşıq Murad Ulduza şəyirdlik edərək bu sənəti ondan yetərincə öyrənmişdir.
Xüsusilə liseydə oxuduğu illərdə iştirakçısı olduğu aşıq məclislərində özünü daha da tanıtdırmışdır.
Liseyi bitirdikdən sonar Hocattəpə Universitetinin sosial biliklər fakültəsinin arxeoloji ixtisasına qəbul olmuşdur. 2 il burada təhsil aldıqdan sonra aşıqlıq sənətinə bağlılığına görə və ailə başçısı olduğuna görə universiteti tərk etmişdir. Bir il doğma kəndində müəllim işlədikdən sonra aşıq araşdırıcısı və tədqiqqatçısı kimi fəaliyyətə başlamışdır.
Şeirləri müxtəlif araşdırmalarda yer alan Günay Ulduz 1971-ci ildən bu günə qədər bir çox yarışmalara və şənliklərə qatılmış, müxtəlif ordenlər almışdır.
1996-cı ildə Qars Xalq Aşıqları Aşıq Şenlik Mədəniyyət və Yaşatma birliyini yaradaraq yox olmaqda olan aşıq mədəniyyətini, sənətini və aşıqları xalqa tanıtmağa, təbliğ etməyə başlamışdır. Həmin vaxtlardan bəri Qarsın yerli televiziyası olan "Sərhət TV"-də "Aşıqlarımız" adlı proqram apararaq bu sənəti xalqa sevdirmişdir.
Günay Ulduzun həm ustadların sözlərinə oxuduğu, həm də öz mahnılarından ibarət bir neçə albomu hazırlanıb buraxılmışdır.
Ailəsi
Ailəlidir, 4 övladı var. Onun oğlu Ömür Can Ulduz da onun sənətini davam etdirir.
Qaraxanlı Aşıq Murad Ulduzun oğludur.
İstinadlar
Xarici keçidlər