Ağaver — Türkiyənin İğdır ilinin İğdır ilçəsinə daxil olan kənd.
Tarixi
20 avqust 1745-ci ildə Nadir Şah ilə Osmanlıların "Vağaver" adı verilən yerdə döyüşməsi qeyd edilmişdir[1]. 1901 və 1928-ci illərdə aparılaq qeydlərə görə kəndin adı ermənicədə "duz hörən" anlamına gələn "Ağaver" şəklinde keçir. 1960-cı ildən sonra adı "Çavuşbaxça" olaraq dəyişdirilir[2]. Uzun illər bu adla qeydlərə keçir. 2010-cu ildə təkrar "Ağaver" olaraq adlandırılır.
Coğrafiya
Kənd İğdır il mərkəzindən 12 km uzaqlıqdadır.[3] Ağaver kəndinin şərqində Kadıqışlaq, cənub-şərqində Yüzbaşılar, güneyində Qazancı və Sarıçoban kəndlərinin əkin tarlaları, qərbində isə Hakmehmet kəndi yerləşir.
Əhalisi
1886-cı il məlumatına görə kənddə 241 nəfər azərbaycan türkü yaşayırdı[4].
İstinadlar
Mənbə