Açıq çiyinli don — çiyin qayışları və ya digər görünən vasitələri olmayan geyim növüdür. O, adətən altdan geyinilən korset və ya büsqalter tərəfindən saxlanılır, korsetin sıx olması paltarın yerindən aşağıya tərəf enməsinə mane olur.
Tarixi
Deyilənə görə müasir Açıq çiyinlipaltar ilk dəfə 1930-cu illərdə ortaya çıxdı, burada Mainbocher və 1940-cı illərin sonundan etibarən Christian Dior kimi dizaynerlər tərəfindən populyarlaşdırıldı. Life jurnalının 18 iyul 1938-ci il sayında iddia edilirdi ki, "tamamilə qayışsız, qolsuz gecə paltarı" 1937–38-ci illərin ixtirasıdır. Bununla belə o, 1930-cu ildə aktrisa Elizabet Holman tərəfindən əvvəlcədən hazırlanmışdı. O, həmin il açıq çiyinli paltarda çəkilmişdir. Holman həmin paltarla əlaqələndirildi və müntəzəm olaraq onu icad edən və tanıdanlardan biri kimi tanınır.
Paltarlar İkinci Dünya müharibəsindən sonra da populyar olaraq qaldı, üslub bəzən "çılpaq görünüş" kimi təsvir edildi. Bu dövrün ən məşhur paltarlarından biri Rita Heyvortun Gilda mahnısı və rəqs proqramı üçün geyindiyi qara paltar idi. Heyvortun performansı izləyicilərə göstərdi ki, bu paltarlar bədəndən sürüşmə riski olmadan hərəkət etmək və rəqs etmək üçün kifayət qədər təhlükəsiz ola bilər. İkinci Dünya müharibəsindən sonra da populyar olaraq qaldı, forması bəzən "çılpaq görünüş" kimi təsvir edilirdi.
2012-ci ildə Açıq çiyinli paltarlar Qərb gəlinlikləri üçün ən çox tələb olunan üslub kimi təsvir edilmişdir. Amerikalı dizayner Vera Vonqun bəzən 21-ci əsrin ilk on illiyində açıq çiyinli paltarın gəlin paltarı tərzini təqdim etdiyi hesab edilir. Baxmayaraq ki, 1990-cı illərdən etibarən rəsmi mülki toyların artan populyarlığı ilə bu paltarlar getdikcə daha istifadəli bir seçim idi. Ancaq dini toylar üçün çiyin formalı paltarlar potensial olaraq mübahisə yaradır.
Geyim haqqında din adamlarının fikirləri
Din xadimləri tərəfindən açıq geyimlər qınaq olundu. 2005-ci ildə bir müsəlman din xadimi mini ətəklər və açıq-saçıq geyimlər kimi digər açıq-saçıq geyimlərlə birlikdə çiyni açıq geyimləri "şeytani" elan etdi. Amerikalı kilsə rəhbərlərindən biri S. V Kimbal bu paltarların nə doğru, nə də geyim kimi təsdiqləndiyini və heç bir zaman müqəddəs qadınının belə paltar geyinməməli olduğunu bəyan etdi. Bu cür fikirlər onların inandıqları dinin əksər nümayəndələrinin fikirlərini əks etdirməyə bilər, lakin bir qayda olaraq geyimlər məscid, katolik kilsələri və ya yəhudi məbədləri kimi dini yerlərə yalnız çiyinlər və qollar örtülü gəlmələri qəbul edilir.