Azərbaycanın pul dövriyyəsi tarixi

Qədim dövlətlərimizdəki pullar

Makedoniyalı İsgəndərin adına kəsilmiş dəmir pul

Arxeoloji tədqiqatlar nəticəsində, dəfinə və tək şəkildə aşkar edilmiş numizmatik materialların analizi Azərbaycan ərazisində pul dövriyyəsinin e.ə. VII–VI əsrlərdə yaranmasını təsdiq edir. Y. A. Paxomovun fikrincə, Albaniya ərazisində pul dövriyyəsi e.ə. III əsrin əvvəllərində meydana çıxmışdır. Burada dövr edən pullar Makedoniyalı İskəndərin adından Suriya, Mesopotamiya və Kiçik Asiyada zərb edilmiş gümüş draxma və tetradraxmalar olmuşdur. E.ə. III əsrin sonu – II əsrin əvvəllərində Albaniyada pul-əmtəə münasibətlərinin inkişafı ilə əlaqədar olaraq sikkələrə tələbat artdığından yerli zərbxanalar fəaliyyətə başlamışdır. Yerli zərbxanalarda Makedoniyalı İskəndərin sikkələrinə oxşar gümüş sikkələr zərb edilmişdir. Bu sikkələr bədii baxımdan zəif tərtib edilmiş, sikkənin üzərində Makedoniyalı İskəndərin portreti, arxa tərəfində isə Zevsin kobud təsviri verilmişdir. Sonrakı dövrlərdə Albaniyanın pul dövriyyəsində Selevki, Frakiya, Viflniya, Pont, Baktriya, Afina sikkələrindən də istifadə edilmişdir. E.ə. II əsrdən başlayaraq Albaniya ərazisinə pont, arşaki və roma sikkələri də daxil olmağa başlamışdır. 1897-ci ildə Gülüstanda, 1925–1929-cu illərdə Bərdədə, 1933-cü ildə Ordubadda, 1958-ci ildə Xınıslıda, 1964-cü ildə Zəngilanda, 1966-cı ildə Qəbələdə antik dövrə aid gümüş pul dəfinələrinin aşkar edilməsi Albaniyada pul-maliyyə münasibətlərinin yüksək inkişafından xəbər verir. Azərbaycan VII əsrdə ərəb istilasına məruz qaldıqdan sonra Xilafətin pul dövriyyəsinə qatılır. IX–XI əsr Azərbaycan Feodal dövlətlərində, O cümlədən Şirvanşahlar – Məzghidlər, Sacilər, Salarilər, Rəvvadilər, Şəddadilər dövlətlərinin sikkələri, xüsusən də gümüş dirhəmlər nəinki Azərbaycanın daxili bazarının tələbatını ödəyir, hətta Qafqazda Xilafət sikkələri ilə yanaşı bir növ beynəlxalq pul vahidi rolunu da oynayırdı. XV–XVI əsrlərdə Şirvanşah sikkələri – tənqələr bütün Qafqazda ödəniş vasitəsi hesab edilirdi. Ölkənin cənubunda isə bir-birinin ardınca türkdilli sülalələr Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər dövləti meydana çıxırdı. Həmin dövlətlər gümüş və qızıl sikkələr kəsirdi. XVI əsrin əvvəlində Səfəvilər dövlətində buraxılan 9,4 qramlıq ağır gümüş sikkələr müəyyən mənada həmin dövlətin iqtisadi gücünə dəlalət edirdi. Gülüstan (1813) və Türkmənçay (1828) müqavilələrinə görə Azərbaycanın şimal hissəsi Rusiyanın tərkibinə keçdikdən sonra xanlıqlara sikkə kəsməyə qadağa qoyuldu. Azərbaycan ümum-Rusiya pul dövriyyəsinə daxil edildi. Azərbaycan ərazisində arxeoloji axtarışlar zamanı aşkar edilən müxtəlif dövrlərə aid pul nümunələri bu gün tarixi irsimiz kimi qorunur.

Azərbaycan Xalq Cumhurriyətinin manat pul vahidi (1920)

İlk milli valyutamız

Müsəlman dünyasında ilk demokratik dövlət olan Azərbaycan Cümhuriyyətinin – Azərbaycan Demokratik Respublikasının ilk müstəqil pul emissiyası 1919-cu ilin əvvəlində tədavülə buraxılan 25, 50, 100 və 250 manatlıq əskinaslarla başlayır. Əskinasın üz tərəfində Cümhuriyyət, arxa tərəfində isə rus dilində "Azərbaydjanskaya Respublika" ifadələri, əskinasın nominal dəyəri və buraxıldığı tarix göstərilmişdir.1919–1920-ci illərdə buraxılmış pul vahidlərinin adları Azərbaycan dilində manatla, rus dilində isə rubl ilə verilmişdir. Burada əsas məqsəd uzun illər işlədilən və hələ də dövriyyədə qalan Rusiya pul nişanlarına öyrəşən əhalinin tədricən yeni milli pul vahidinə inamının artırılması idi. Eyni zamanda, Azərbaycan Cümhuriyyətinin bu sahədəki iqtisadi siyasəti milli valyuta – manatın beynəlxalq miqyasda tanınması ilə bağlı olmuşdur. Məhz buna görə də Fransa hökumətinin dəstəyini hiss edərək (qismən də fransız dilinin beynəlxalq dil olduğunu nəzərə alaraq), Cümhuriyyət 500 manatlıq əskinasların üzərində Respublikanın və nominalın adlarını fransız dilində də verməyi lazım bilmişdi.

5 000 000 rubl (1923)

Sovet dövründəki pul nişanları

100 000 000 rubl (1924)

Azərbaycanda ikinci pul emissiyası 1920-ci ildə Azərbaycan Sovet Sosialist Respublikasının (ASSR) adından dövriyyəyə buraxılmışdır. Bu emissiya çərçivəsində birinci əskinas – 1.000 rubl (böyük format- da), sonra isə 5 (2 variantda), 100 (2 variantda) və 1.000 (kiçik formatda) manatlıq, 1921-ci ildə isə yeni dizaynla dörd yeni nominal – 5.000, 10.000, 25.000 (2 variantda) və 50.000 manatlıq əskinaslar tədavülə buraxılmışdır.1921-ci ildən başlayan iqtisadi böhran nəticəsində 1922-ci ildə 3 yeni əskinas – 100.000 (3 variantda), 250.000 (2 variantda) və 1.000.000 (2 variantda) manatlıq əskinaslar, 1923-cü ilin əvvəlində isə 5.000.000 manat nominallı pul nişanı dövriyyəyə buraxıldı. ASSR-in 1920–23-cü illərdə həyata keçirdiyi emissiyanın əskinaslarının üzərində onların dəyəri Azərbaycan dilində manatla, rusca isə rublla göstərilmişdir. Bütün əskinaslarda dövlət atributlarının elementləri – "aypara və ulduz", "oraq və çəkic" təsvir edilmiş, üzərində buraxdığı tarix əks olunmuşdur. 1923–24-cü illər ərzində Azərbaycan ərazisində Zaqafqaziya Sovet Federativ Sosialist Respublikasının (ZSFSR) 4 pul emissiyası olmuşdur. Belə ki, 1923-cü ildə Zaqafqaziya rublu dövriyyəyə buraxıldı. 1922–1923-cü illərdə Cənubi Qafqaz respublikalarında güclənən təsərrüfat böhranı və inflyasiya nəticəsində, 1924-cü ilin əvvəlində ZSFSR hökumətinin qərarı ilə tədavülə 25, 50, 75, 100, 250 milyon və 1 milyard rublluq əskinaslar buraxılmışdır. Bu dövrdə ZSFSR-in pul təsərrüfatı dövriyyəyə dünya pul tədavülü tarixində yalnız bir dəfə 10 milyard nominallı əskinas buraxması ilə xarakterikdir. ZSFSR pul vahidləri Azərbaycan, Gürcüstan və Ermənistanda dövriyyədə olmuşdur. Bu üç respublika arasında iqtisadi durum Azərbaycanda yüksək olduğundan Azərbaycan manatı – ZSFSR rublundan dəyərli idi. Zaqafqaziya Federasiyasının bütün 4 emissiyasının əskinaslarının dizaynı eyni tərzdə yerinə yetirilmişdir. Belə ki, əskinasların üz tərəfində mərkəzdə Tiflisdə yerləşən ZSFSR-in Mərkəzi İcraiyyə Komitəsinin binası, arxa tərəfdə isə ulduz içərisində aypara, oraq və çəkic təsvirləri verilmişdir. Bütün əskinasların üzərində buraxıldığı tarix göstərilmişdir. 1 və 10 milyardlıq əskinasların arxa tərəfində qadın təsviri və onun yanında isə taxıl, meyvə və tərəvəz təsvirləri verilmişdir.1923-cü ildə SSRİ Dövlət Bankı yaradıldı və onun Bakı filialı açıldı, bununla da Azərbaycanın bank sistemi Moskvadan idarə olunmağa başlandı. 1936-cı ildə SSRİ-nin qəbul edilmiş Konstitusiyasına əsasən Azərbaycan SSRİ-nin tərkibinə daxil oldu. SSRİ Dövlət Bankının Azərbaycan filialı 1991-ci ilədək fəaliyyət göstərdi və SSRİ məkanında vahid valyuta funksiyasını sovet rublu həyata keçirdi. SSRİ dövründə İttifaqa daxil olan digər respublikalar kimi Azərbaycanda da nağd pul dövriyyəsinin təşkili mərkəzləşdirilmiş qaydada həyata keçirilirdi.1936-cı ildə qəbul edilmiş Konstitusiya aktına görə, Dövlət gerbində 11 respublikanın adının göstərilməsilə əlaqədar olaraq tədavülə buraxılan əskinaslarda dövlətin adı və pulun nominalı 11 dildə göstərilmişdir. Əskinaslar dövriyyədə 1947-ci il pul islahatlarına qədər qalmışdır. Sovet dövründə 3 pul islahatı (1947, 1961, 1991) həyata keçirilmişdir. Sonuncu, 1991-ci ildə həyata keçirilən pul islahatı əhalinin yaddaşlarında "Pavlov islahatı" kimi qalmışdır. O vaxt 50 və 100 rublluq əskinaslar dövriyyədən üç gün müddətində çıxarıldı. SSRİ dövründə ən üzunmüddətli tədavüldə olan pul nişanları 1961-ci il islahatlarından sonra dövriyyəyə buraxılan 1, 3, 5 rubl dəyərində SSRİ Dövlət Xəzinədarlıq biletləri və 10,25,50 və 100 rubl dəyərində SSRİ Dövlət Bankının biletləri olmuşdur. Bununla yanaşı, 1961-ci ildə dövriyyəyə yeni dizaynla 1, 2, 3, 5, 10, 15, 20, 50 qəpik və 1 rubl dəyərində sikkələr buraxılmışdır.

500 AZN (1993)

Müstəqilliyin ilk milli pul nişanları

Azərbaycanın XX əsrin sonunda müstəqillik əldə etməsi suveren dövlətin mühüm atributlarından biri sayılan milli valyutanın dövriyyəyə buraxılmasını şərtləndirdi. Belə ki, ölkədə pul tədavülünün yaradılmasının və təşkil edilməsinin əsası, Azərbaycan Respublikası Prezidentinin 11 fevral 1992-ci il tarixli "Azərbaycan Respublikası Milli Bankının yaradılması haqqında" Fərmanı ilə Milli Bankın yaradılması və Azərbaycan Respublikası Prezidentinin 15 iyul 1992-ci il tarixli "Azərbaycan Respublikası milli valyutasının dövriyyəyə buraxılması haqqında" Fərmanına müvafiq olaraq milli valyutanın dövriyyəyə buraxılması ilə qoyulmuşdur. Bununla əlaqədar olaraq, 1992-ci ilin avqustunda 1, 10 və 250 manatlıq əskinaslar, noyabrında 5, 10, 20 və 50 qəpiklik sikkələr, dekabrında 5 manatlıq əskinas, 1993-cü ilin martında isə 50, 100, 500 və 1000 manat nominallı kağız əskinaslar dövriyyəyə buraxıldı. Azərbaycan Respublikasının 1-ci pul emissiyası 1992-ci ildə Fransa Mərkəzi Bankı tərəfindən çap edilmişdir. Yeni dizaynla 1 və 10 manatlıq əskinaslar həmin şirkətdə istehsal olunmuşdur. Milli Bank tərəfindən ölkədə nağd pul dövriyyəsinin nizamlanması, nağd pula olan tələbatın optimallaşdırılması məqsədilə 1994-cü ildə 10.000 manatlıq, 1996-cı ildə isə 50.000 manatlıq əskinaslar çap etdirilərək dövriyyəyə buraxıldı.1994-cü ildə Almaniyada "Giesecke & Devrient" şirkəti tərəfindən istehsal edilən 10.000 manatlıq əskinasın üzərində "Şirvanşahlar" kompleksinin ümumi görünüşü, arxa tərəfində isə ənənəvi olaraq milli ornamentlə haşiyələnmiş çərçivədə həm rəqəmlə, həm də söz ilə nominal verilmişdir. İngiltərənin "De La Rue" şirkəti tərəfindən çap edilən 50.000 manat dəyərində əskinaslar 1996-cı ildən dövriyyəyə buraxılmış və bu pul vahidinin üzərində orijinal üslubda Naxçıvanda olan memarlıq abidəsi – "Mömünə Xatun türbəsi", arxa hissəsində isə ənənəvi olaraq milli ornamentlə haşiyələnmiş çərçivədə nominalın dəyəri həm rəqəmlə, həm də sözlə verilmişdir. İngiltərədə 2001-ci ildə "De La Rue" şirkəti tərəfindən yeni dizaynla 1000 manat dəyərində əskinas buraxılmışdır. Bu əskinas Azərbaycanda neftin çıxarılması və istehsal edilməsinə həsr edilmişdir. Əskinasın dizaynında ənənəvi çərçivələr və ornamentlər istifadə edilmişdir.

Yeni pul nişanlarının dövriyyəyə buraxılması

100 AZN (2006)

Azərbaycan Respublikası Prezidenti tərəfindən 7 fevral 2005-ci il tarixdə "Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında" Fərman imzalanmışdır. Fərmana uyğun olaraq, 2006-cı il yanvarın 1-dən etibarən yeni manata keçidlə əlaqədar 1 yeni manat AZN 5000 köhnə AZM-ə bərabər tutuldu. AZM və AZN-in birgə 1 il ərzində – 2006-cı ildə dövriyyədə oldu və yalnız 2007-ci il yanvarın 1-dən isə yeni manata tam keçid təmin edildi. Lakin AZM-lərin AZN-lərə dəyişdirilməsi prosesinə heç bir məhdudiyyət qoyulmadı və hazırda da bu proses xırda həcmdə olsa da davam etməkdədir. Dövriyyəyə buraxılan yeni manat 1, 5, 10, 20, 50, 100 ekvivalentində olan əskinaslar və 1, 3, 5, 10, 20, 50 metal pul nişanlarından ibarət oldu. Denominasiya prosesində tədavülə yeni nəsil pul nişanlarının buraxılmasının əsas məqsədi manatın nominal məzənnəsinin dünyanın aparıcı valyutalarının məzənnələrinə uyğun formalaşdırmaq, milli pul nişanları dizaynını, mühafizəsini, nominal strukturunu beynəlxalq standartlara uyğunlaşdırmaq, məzənnə və qiymətlər miqyasını optimallaşdırmaq, uçot və hesablaşma sistemini sadələşdirməkdən ibarət idi. Bununla yanaşı, yeni nəsil pul nişanlarına keçid pul nişanlarında milli və tarixçilik ənənələrinin daha qabarıq ifadə edilməsini, ölkədə pul dövriyyəsini yaxşılaşdırılmasını, o cümlədən nağd pulun istehsalı, daşınması, saxlanması və emalı ilə bağlı dövlət xərclərinə qənaət edilməsini təmin etdi. Azərbaycanın yeni nəsil əskinas və sikkələrinin dizaynları vahid konsepsiya əsasında hazırlanmışdır. Yeni pulların dizayn mövzusu "Müstəqil Azərbaycan" müəyyən edilmişdir

Read other articles:

  Palau de Santa Eulaliaبالاو دي سانتا إيولاليا (بالكتالونية: Palau de Santa Eulàlia)‏[1]  بالاو دي سانتا إيولاليا بالاو دي سانتا إيولاليا موقع بالاو دي سانتا إيولاليا في مقاطعة جرندة (إسبانيا) تقسيم إداري البلد  إسبانيا[2] المنطقة كتالونيا المسؤولون المقاطعة جرندة خصائص جغرافي...

 

2011 film by Hong Sang-soo The Day He ArrivesTheatrical release posterKorean nameHangul북촌 방향Hanja北村 方向Revised RomanizationBukchon BanghyangMcCune–ReischauerPukch'on Panghyang Directed byHong Sang-sooWritten byHong Sang-sooProduced byKim Kyoung-heeStarringYoo Jun-sangKim Sang-joongSong Seon-miKim Bo-kyungCinematographyKim Hyung-kooEdited byHahm Sung-wonMusic byJeong Yong-jinProductioncompanyJeonwonsa FilmsDistributed byJeonwonsa FilmsJoseE FilmsRelease dates 19 May ...

 

„Tauet, Himmel, den Gerechten“, Melodie von Norbert Hauner (1777) in drei heute gebräuchlichen Fassungen Tauet, Himmel, den Gerechten ist der Name eines deutschen Adventslieds, das in mehreren Text- und Melodiefassungen vorliegt und in der katholischen Tradition der Roratemessen steht. Inhaltsverzeichnis 1 Geschichte 2 Inhalt 3 Textfassungen 4 Literatur 5 Weblinks 6 Einzelnachweise Geschichte Die Erstfassung des Textes stammt vom Jesuitenpater Michael Denis (1729–1800) und erschien 177...

يجب أن تُنقل صفحات هذا التصنيف إلى تصنيف:مؤسسات أكاديمية (إن كان هذا التصنيف مضمناً في قالب بحيث يضاف في الصفحات بصورة آلية فلن ينقلها البوت) أكاديميات في المشاريع الشقيقة: صور وملفات صوتية من كومنز.

 

2016 Nicaraguan general election ← 2011 6 November 2016 (2016-11-06) 2021 → Presidential election   Candidate Daniel Ortega Maximino Rodríguez Party FSLN PLC Running mate Rosario Murillo Martha McCoy Popular vote 1,806,651 374,898 Percentage 72.44% 15.03% Ortega  50–60%  60–70%  70–80%  80–90% President before election Daniel Ortega FSLN Elected President Daniel Ortega FSLN Parliamentary ...

 

Brazilian footballer In this Portuguese name, the first or maternal family name is Maciel and the second or paternal family name is Mota. Formiga Formiga in 2016Personal informationFull name Miraildes Maciel Mota[1]Date of birth (1978-03-03) 3 March 1978 (age 45)Place of birth Salvador, Bahia, Brazil[2]Height 1.62 m (5 ft 4 in)[3]Position(s) MidfielderSenior career*Years Team Apps (Gls)1993–1995 Euroexport 1996 Saad 1997–1998 São Paulo 1999...

Amity University, JharkhandTypePrivateEstablished2016 (2016)AffiliationUGCLocationRanchi, Jharkhand, India23°20′53″N 85°19′34″E / 23.3479694°N 85.3260218°E / 23.3479694; 85.3260218CampusUrbanWebsiteamity.edu/ranchi/ Amity University, Jharkhand, also known as Amity University, Ranchi, is a private university[1] located in Ranchi, Jharkhand, India. The university was established in 2016 by the Amity Education Group through the Amity University Ac...

 

German chemist (1818–1892) August Wilhelm von HofmannBorn(1818-04-08)8 April 1818Giessen, GermanyDied5 May 1892(1892-05-05) (aged 74)Berlin, GermanyAlma materUniversity of GiessenKnown forHofmann rearrangementHofmann eliminationHofmann voltameterHofmann–Löffler reactionHofmann–Martius rearrangementBall-and-stick modelSpousesHelene Moldenhauer (1846)Rosamond Wilson (1856)Elise Moldenhauer (1866)Bertha Tiemann (1873)[1]AwardsRoyal Medal (1854)Copley Medal (1875)Far...

 

American election This article needs additional citations for verification. Please help improve this article by adding citations to reliable sources. Unsourced material may be challenged and removed.Find sources: 1982 Texas gubernatorial election – news · newspapers · books · scholar · JSTOR (July 2015) (Learn how and when to remove this template message) 1982 Texas gubernatorial election ← 1978 November 2, 1982 1986 →   Nomi...

Die Villa Laetitia in der Zillerstraße 2 liegt im Stadtteil Niederlößnitz der sächsischen Stadt Radebeul. Mit dem Garten bildet sie das nordöstliche Eckgrundstück an der Kreuzung der Zillerstraße mit der Borstraße. Villa Laetitia mit Anbauten, von der Zillerstraße aus Gegenüber liegt die Villa Zillerstraße 1; auf der an der Borstraße gegenüberliegenden Straßenseite steht die Kirche Christus König mit dem katholischen Pfarramt (Borstraße 11). Auf dem diagonal gegenüberlie...

 

Irish philanthropist The Right HonourableThe Lady ArdilaunBorn27 August 1850Macroom Castle, Macroom, County Cork, IrelandDied13 December 1925Dublin, County Dublin, Irish Free StateNationalityBritish / Irish Olivia Charlotte Guinness, Baroness Ardilaun (27 August 1850 – 13 December 1925), best known as Lady Ardilaun was, after the British monarch, the richest woman of her time in Britain and Ireland.[1] A daughter of the Earl of Bantry, she was connected to Muckross House, Macroom Ca...

 

United States historic placeDock BridgeU.S. National Register of Historic PlacesNew Jersey Register of Historic Places Amtrak Dock Vertical Lift bridge.Dock BridgeShow map of Hudson County, New JerseyDock BridgeShow map of New JerseyDock BridgeShow map of the United StatesLocationPassaic RiverNewark - HarrisonNew JerseyCoordinates40°44′9″N 74°9′43″W / 40.73583°N 74.16194°W / 40.73583; -74.16194Area1 acre (0.40 ha)Built1935ArchitectWaddell & Hardest...

English professional golfer Ian PoulterPoulter at the 2009 Telus Skins GamePersonal informationFull nameIan James PoulterNicknameThe PostmanBorn (1976-01-10) 10 January 1976 (age 47)Hitchin, Hertfordshire, EnglandHeight6 ft 1 in (1.85 m)Weight189 lb (86 kg; 13.5 st)Sporting nationality EnglandResidenceOrlando, Florida, U.S.Milton Keynes, Buckinghamshire, EnglandCareerTurned professional1995Current tour(s)LIV GolfFormer tour(s)PGA TourEuropean TourChalle...

 

Questa voce sull'argomento film commedia è solo un abbozzo. Contribuisci a migliorarla secondo le convenzioni di Wikipedia. Segui i suggerimenti del progetto di riferimento. La stoffa dei sogniEnnio Fantastichini in una scena del filmPaese di produzioneItalia, Francia Anno2016 Durata103 min Generecommedia, drammatico RegiaGianfranco Cabiddu SoggettoEduardo De Filippo, Gianfranco Cabiddu SceneggiaturaGianfranco Cabiddu, Ugo Chiti, Salvatore De Mola ProduttoreIsabella Cocuzza, Art...

 

American television series House of LiesGenreComedy-dramaCreated byMatthew CarnahanBased onHouse of Lies: How Management Consultants Steal Your Watch and Then Tell You the Timeby Martin KihnStarringDon CheadleKristen BellBen SchwartzJosh LawsonDawn OlivieriDonis Leonard Jr.Glynn TurmanCountry of originUnited StatesOriginal languageEnglishNo. of seasons5No. of episodes58 (list of episodes)ProductionExecutive producersMatthew CarnahanJessika BorsiczkyStephen HopkinsDon CheadleRunning time30 min...

An international film festival for cinematography The International Film Festival of the Art of Cinematography CamerimageCamerimage 2019, Jordanki Cultural Centre, ToruńLocationPoland 1993–1999 Toruń 2000–2009 Łódź 2010–2018 Bydgoszcz 2019–present Toruń Founded1993Artistic directorMarek ŻydowiczWebsitecamerimage.pl/en/ The International Film Festival of the Art of Cinematography Camerimage (Polish: Międzynarodowy Festiwal Sztuki Autorów Zdjęć Filmowych Camerimage) is a fest...

 

Men of the Northumberland Fusiliers in a reserve trench at Thiepval, during the Battle of the Somme, September 1916. This is a list of Northumberland Fusiliers battalions in World War I. When the First World War broke out in August 1914, the Northumberland Fusiliers, a fusilier infantry regiment of the British Army, consisted of 7 battalions, eventually expanding to 52 battalions, although not all existed at the same time,[1][a] of which 29 served overseas.[4][b ...

 

Dr.Medasani Mohan Dr Medasani Mohan (born 19 April 1955) is a famous Avadhani.[1] he was the director of Annamacharya Project initiated by the Tirumala Tirupati Devasthanam. He belongs to Nadimpalli village of Andhra Pradesh in India. .[2] He participated in International Internet Avadhanam (IIA). He holds the record of answering 5,000 scholars at a time.[3] Early life He was born on April 19, 1955, in a village called Nadimpalli, which belongs to Chandragiri Mandal, C...

Nuno Borges Nuno Borges al Roland Garros nel 2022 Nazionalità  Portogallo Altezza 185[1] cm Peso 78[1] kg Tennis Carriera Singolare1 Vittorie/sconfitte 12 - 21 (36.36%) Titoli vinti 0 Miglior ranking 63º (10 aprile 2023)[1] Ranking attuale ranking Risultati nei tornei del Grande Slam  Australian Open 1T (2023)  Roland Garros 2T (2023)  Wimbledon 1T (2022, 2023)  US Open 2T (2022) Doppio1 Vittorie/sconfitte 11 - 6 (64.71%) Titoli vinti 1 Migli...

 

Voce principale: Paganese Calcio 1926. Unione Sportiva PaganeseStagione 1981-1982Sport calcio Squadra Paganese Allenatore Lucio Mujesan Presidente Vincenzo De Risi Serie C16º nel girone B. Maggiori presenzeCampionato: Fiorucci, Giordano, Oddo, Truddaiu (34) Miglior marcatoreCampionato: Fracas (12) 1980-1981 1982-1983 Si invita a seguire il modello di voce Questa voce raccoglie le informazioni riguardanti la Unione Sportiva Paganese nelle competizioni ufficiali della stagione 1981-1982. ...

 

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!