Azərbaycan avtomobil dövlət qeydiyyat nişanı — Nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı Azərbaycan Respublikasının ərazisində və ya onun hüdudlarından kənarda yol hərəkətində olan hər bir nəqliyyat vasitəsini fərqləndirən, onun qabaq və arxa hissələrində (motosikletlərdə, traktorlarda və qoşqularda isə yalnız arxa hissəsində)müəyyən edilmiş yerlərdə bərkidilmiş xüsusi lövhədir. Azərbaycan Respublikasında nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı ərəb rəqəmlərindən və latın əlifbasının baş hərflərindən istifadə edilməklə tərtib olunur.
Nəqliyyat vasitəsi dövlət qeydiyyatı üzrə uçota alındıqda "Yol hərəkəti haqqında" Qanunun 27-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş orqanlar tərəfindən nəqliyyat vasitəsinin sahibinə nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı verilir. Nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının verilməsi üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məbləğdə haqq ödənilir.
Azərbaycan nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanlarına qoyulan tələblər AZS 599–2015 "Nəqliyyat vasitələri və onların qoşqularının dövlət qeydiyyat nişanları. Tipləri və əsas ölçüləri. Texniki tələblər" standartı ilə tənzimlənir.
SSRİ dövründə Azərbaycanda avtomobillərin qeydiyyatı SSRİ standartlarına uyğun olaraq, avtomobillər üçün АГ, АЖ və АЗ seriyalarından, qoşqu vasitələri üçün АЗ və АУ seriyalarından istifadə olunmuşdur. Müstəqillik əldə olunduqdan sonra avtomobillərin qeydiyyat nömrəsi dəyişilərək "RRHRRR AZ" formatına keçdi. İlk iki nömrə avtomobilin seriya nömrəsinin qeydiyyat rayonunu bildirirdi. 1993-cü ildə seriya nömrələrinin qeydiyyatında dəyişiklik edildi. 1991-ci ildəki qeydiyyat formatına bir hərf əlavə edildi, rəqəmlər ilə hərflər bir-birindən defislə ayrıldı, sağda olan "AZ" indeksi sol tərəfə yerləşdirildi və indeksin yuxarısında Azərbaycan bayrağı qeyd olundu. 2011-ci ildə seriya nömrəsinin görünüşü bir qədər dəyişdirildi: Azərbaycan bayrağı düzbucaqlı formada əks olundu (əvvəllər bayraq "dalğalı" formasında idi), həmçinin nömrələrə açıq-boz düzbucaqlı dördbucaq formasında qoruyucu çiplər yerləşdirildi. Bircərgəli nömrə nişanlarında çip, sol alt küncdə, ikicərgəli nömrə nişanlarında sağ üst hissədə (faktiki olaraq "AZ" kodu bu çiplərin üzərində yerləşir) qoyulur.
Növləri
Avtomobillər, avtobus və qoşqu vasitələri üçün qeydiyyat nişanları
Ağ fonda qara simvollardan istifadə olunur. Format — iki rəqəm (region kodu), iki hərf və üç rəqəm; qruplar defislə bölünür. Nömrənin sol hissəsində Azərbaycan bayrağı və düzbucaqlı dördbucaqda "AZ" avtomobil ölkə kodu yerləşir. Dövlət nömrə nişanının ikicərgəli variantında kodla bayraq daha yaxın sol yuxarı küncdə yerləşir, yuxarı sırada qeydiyyat regionunu bildirən iki rəqəm, altda isə hərfi seriya və üç rəqəm yerləşir. İkicərgəli nömrələrdə defislərdən istifadə olunmur.
Hüquqi şəxsin adına qeydiyyata alınan nömrələrin hərf seriyasının ilk hərfi A ilə başlayır.
Qoşqu vasitələri üçün hərf seriyasının ilk hərfi Z olan nömrələrdən istifadə olunur.
YP hərfi seriyası Dövlət yol polisinin nəqliyyat vasitələrində istifadə olunur.
Sərnişin daşımalarını həyata keçirən nəqliyyat vasitələri üçün qeydiyyat nişanları
Arxası göy fonda ağ simvollardan istifadə olunur. Hərf seriyasının ilk hərfi — 'T 'ilə başlayır.
Bu tip qeydiyyat nişanlarından istifadə edən sürücülər əsasən sərnişin daşımaları ilə məşğul olur. Adətən, rəsmi taksi sürücülərində və ictimai avtobuslarda rast gəlmək mümkündür.
Sərnişin daşımaları həyata keçirən avtomobillər üçün nəzərdə tutulmuş bu qeydiyyat nişanlarını almaq üçün avtomobilin xüsusi fərqləndirici nişanının olması vacibdir. Əks təqdirdə, arxa fon göy rəngli olan bu qeydiyyat nişanları almaq qeyri-mümkünsüzdür.
İctimai avtobuslar üçün isə heç bir xüsusi sənəd tələb edilmir.
Motosikllər və xüsusi texnika vasitələri üçün qeydiyyat nişanları
Ağ fonda qara simvollardan istifadə olunur. Motosikllər üçün nəzərdə tutulmuş qeydiyyat nişanları iki cərgədən ibarət olur və sol üst küncdə Azərbaycan bayrağı və "AZ" kodu yerləşir. Bu növ qeydiyyat nişanlarında yuxarı sırada iki rəqəm (region kodu) və defis vasitəsilə ayrılmış bir hərf yer alır. Qeydiyyat nişanının aşağı hissəsində isə üç rəqəm yerləşir. Xüsusi texnika və avadanlıqlar üçün nəzərdə tutulmuş qeydiyyat nişanları motosiklet nömrələrinə çox oxşardır, yalnız defis vasitəsilə ayrılmış bir hərf və üç rəqəm alt hissədə, region kodu isə üst hissədə yerləşir.
Qeydiyyat üzrə daimi uçota alınan nəqliyyat vasitəsinin dövlət qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanları avtomobillərə iki ədəd, motosikl və qoşqulara bir ədəd verilir.
Tranzit avtomobillər üçün qeydiyyat nişanları
Ağ fonda qara simvollardan istifadə olunur. İki hərf və defis istifadə olunmadan yazılmış 3 rəqəmdən ibarətdir.
Sol tərəfdə ensiz yaşıl zolaq yerləşir. Bu zolaqla kəsr formalı "AZ" (surətdə) və "TR" (məxrəcdə) kodları qeyd olunub. Xırda şriftlərlə sağ küncdə qeyd olunan rəqəmlər isə avtomobil aid olduğu regionun kodunu bildirir.
Ölkənin ali rəhbərliyinin qeydiyyat nişanları
Bu nömrə nişanı növü adi avtomobil nömrələrinə oxşardır, amma nömrələrdə defislər yoxdur. Nömrənin sol hissəsindəki bayraq mərkəzə (hərfi seriyanın və üç rəqəmin arasında) köçülmüşdür və lövhənin enini əhatə edir. Bu nömrələrə adətən icra başçılarında, dövlət işlərində işləyən şəxslərə verilən avtomobillərin üzərində rast gəlmək mümkündür.
Xarici vətəndaşlara aid avtomobillər üçün qeydiyyat nişanları
Azərbaycan ərazisində müvəqqəti və daimi yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, habelə xarici hüquqi şəxslərin nümayəndəlik və filiallarının nəqliyyat vasitələri istifadə edə bilər. Açıq-narıncı fonunda qara simvollardan istifadə olunur.
Nişan — bir hərf və altı rəqəmdən (ikicərgəli nömrədə hərf yuxarı sırada yerləşir, rəqəmlər aşağı sırada yerləşir)və solda dövlət bayrağı və "AZ" kodundan ibarətdir.
Qeydiyyat nişanının hərflərə görə bölünməsi:
M — avtomobil xarici şirkətin nümayəndəliyinin əməkdaşına aiddir;
H — avtomobil xarici vətəndaşa aiddir;
P — avtomobil ölkədən ixrac üçün nəzərdə tutulmuşdur.
Fəxri konsulluqların nəqliyyat vasitələrinə "FK" seriyası üzrə dövlət qeydiyyat nişanı verilir.
Diplomatik avtomobillər üçün qeydiyyat nişanları
Qırmızı fonda ağ simvollarla yerinə yetirilir. Nişan — hərf(lər) dörd/beş rəqəmdən ibarətdir. Birinci üç rəqəm nümayəndəliyin ölkəsini ifadə edir; ikicərgəli nömrələrdə hərf üst sırada, rəqəmlər alt sırada yerləşir.
Bu tip qeydiyyat nişanlarının digərlərindən fərqli cəhəti üzərində Azərbaycan Respublikasının Dövlət Bayrağının yer almamasıdır.
Şəhərlərin kodları
Qeydiyyat nişanı
Məntəqə
Qeydiyyat nişanı
Məntəqə
Qeydiyyat nişanı
Məntəqə
01
Abşeron
26
Xankəndi
51
Samux
02
Ağdam
27
Xaçmaz
52
Salyan
03
Ağdaş
28
Xocavənd
53
Siyəzən
04
Ağcabədi
29
Xızı
54
Sabirabad
05
Ağstafa
30
İmişli
55
Şəki
06
Ağsu
31
İsmayıllı
56
Şamaxı
07
Astara
32
Kəlbəcər
57
Şəmkir
08
Balakən
33
Kürdəmir
58
Şuşa
09
Bərdə
34
Qax
59
Tərtər
10/90/77/99
Bakı
35
Qazax
60
Tovuz
11
Beyləqan
36
Qəbələ
61
Ucar
12
Biləsuvar
37
Qobustan
62
Zaqatala
13
İstifadə olunmamış
38
Qusar
63
Zərdab
14
Cəbrayıl
39
Qubadlı
64
Zəngilan
15
Cəlilabad
40
Quba
65
Yardımlı
16
Daşkəsən
41
Laçın
66
Yevlax
17
Şabran
42
Lənkəran
67
Babək
18
Şirvan
43
Lerik
68
Şərur
19
Füzuli
44
Masallı
69
Ordubad
20
Gəncə
45
Mingəçevir
70/75
Naxçıvan MR
21
Gədəbəy
46
Naftalan
71
Şahbuz
22
Goranboy
47
Neftçala
72
Culfa
23
Göyçay
48
Oğuz
73
Sədərək
24
Hacıqabul
49
Saatlı
74
Kəngərli
25
Göygöl
50
Sumqayıt
75
Naxçıvan
Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!