Azərbaycan Dəniz Piyadaları və ya Dəniz Piyada Taburu — Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələrinin hərbi hissəsidir[1]. Azərbaycan Hərbi Dəniz Qüvvələrinin desant hücumu eskadronunun döyüş əməliyyatlarında xidmət edir[2][3][4]. Əsas təlim bazası Bakı buxtasında yerləşən Böyük Zirə adasındadır[5].
Tarix
Birinci Qarabağ müharibəsində cəbhə xəttində əlavə qoşunlara ehtiyac olduğuna görə Hərbi Dəniz Qüvvələrinin dəniz və quru hissələrinin heyətindən dəniz alayı qurulur. Alay düşmənin Ağdamdakı hücumunun qarşısını almaq üçün 19 aprel 1994-cü ildə cəbhəyə göndərilir[6] və döyüş tapşırığını uğurla başa vuraraq 25 iyulda geri dönür[7]. ABŞ Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti bölüyün döyüş fəaliyyəti ilə tanış olmaq üçün 2009-cu il sentyabrın 15-dən 18-dək Bakıda olmuşdur[8]. Bir sıra xarici ölkələrlə də təcrübə mübadiləsi aparılır[7].
İkinci Qarabağ müharibəsi
Hərbi Dəniz Qüvvələri üzvləri 2020-ci ildə İkinci Qarabağ müharibəsi dövründə döyüşlərdə iştirak etmişdir. Dəniz piyadaları Qubadlı rayonunun azad edilməsində iştirak edir[9]. 2020-ci ilin dekabrın 10-da Azadlıq meydanında keçirilən Qələbə Paradında digər hərbçilərlə birlikdə fəxri keçid edir. Dəniz birləşməsinə Birinci dәrәcәli kapitan Zaur Quliyev rəhbərlik etmişdir[10]. Kapitan Quliyev Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülmüşdür[11]. Dəniz Qoşunlarının şəxsi heyəti tapşırığını yerinə yetirib dekabrın 1-də bazaya qayıdır. Bu səbəbdən Dəniz Qüvvələrinin Komandiri Vitse-Admiral Sübhan Bəkirov şəxsi heyətə təşəkkür edir[12].
İstinadlar
|
---|
|
Rəhbərlər | | |
---|
Ümumi | |
---|
Mərkəzi ordular | Quru | |
---|
Hərbi Hava | |
---|
Hərbi Dəniz | |
---|
|
---|
Digər | |
---|
Hərbi təhsil | |
---|
Müdafiə sənayesi | |
---|