Azərbaycan Dövlət Din Tarixi Muzeyi

Azərbaycan Dövlət Din Tarixi Muzeyi
Xəritə
Əsası qoyulub 17 sentyabr 1990
Mövzu din
Ölkə
Yerləşir Bakı
Kolleksiyası 4000 eksponat [1]
Telefon (99412) 4939243
İş rejimi 09:00 - 18:00, Bazar ertəsi, Çərşənbə,
Çərşənbə axşamı, Cümə axşamı, Cümə, Şənbə, Bazar günü
40°22′09″ şm. e. 49°50′32″ ş. u.HGYO
dintarixi.az

Azərbaycan Dövlət Dini Tarixi MuzeyiAzərbaycan Respublikası Mədəniyyət Nazirliyi tabeliyində olmuş muzey.[2]

Tarixi

Azərbaycan SSR Nazirlər Sovetinin 1967-ci il tarixli 130 saylı sərəncamına əsasən yaradılmış Ateizm tarixi muzeyi Nazirlər Kabinetinin 17 sentyabr 1990-cı il tarixli 414 saylı qərarına müvafiq adı dəyişdirilərək Dövlət Din Tarixi Muzeyinə çevrilmişdir. 1993-cü ilin iyun ayından etibarən muzey müvəqqəti olaraq, Muzey Mərkəzində yerləşdirilib.[3] 2 oktyabr 2018-ci ildə Nazirlər Kabineti tərəfindən Mədəniyyət Nazirliyinin təklifi nəzərə alınaraq, Azərbaycan Dövlət Din Tarixi Muzeyi Azərbaycan İstiqlal Muzeyinə birləşdirilib.[4][5][6]

Eksponatları

Azərbaycan Dövlət Din Tarixi Muzeyinin elmi fondu qədim dövrlərdən başlayaraq ibtidai insanların dini təsəvvürlərini əks etdirən materiallardan, buddizm, iudaizm, xristianlıq və islam dinlərinə aid rəngkarlıq, heykəltəraşlıq, qrafika nümunələrindən, fotoşəkillərdən, kitab və əlyazmalardan, qəzet və jurnallardan, sənədlərdən və digər əşyalardan ibarətdir. Buddizm dininə aid muzey əşyaları içərisində tökmə üsulu ilə hazırlanmış və müxtəlif daşlarla bəzədilmiş Budda heykəlini, parça üzərində ikonaları göstərmək olar. İudaizmə aid olan əşyalardan ötən əsrin əvvəllərində çap olunmuş “Talmud” nüsxələrini, sinaqoqların interyerinin tərtibatında istifadə olunan müxtəlif dini əşyaları qeyd etmək olar. Xristianlığa aid “İncil” nüsxələri, metal və kətan üzərində işlənmiş ikonalar, kilsə xidmətçilərinə məxsus geyim nümunələri, rəssamların dini mövzuda çəkdikləri rəsm əsərləri və digər maraqlı materiallar var. Muzeyin İslam dininə aid bölməsində müxtəlif illərdə tərtib və nəşr olunmuş “Qurani-Kərim”in əlyazmaları və təfsirlərinin ayrı-ayrı nüsxələri, Azərbaycan rəssamlarının dini mövzuda işlədiyi rəsm əsərləri, dini ayinlərin yerinə yetirilməsi üçün lazım olan müxtəlif əşyalar, fotoşəkillər, qəzetlər, jurnallar və. s. toplanmışdır.[7], [8]

Həmçinin bax

İstinadlar

  1. "Azərbaycan Dövlət Dini Tarixi Muzeyi". http://azerbaijan.tourism.az. İstifadə tarixi: 02.02.2021.[ölü keçid]
  2. "Azərbaycan Dövlət Dini Tarixi Muzeyi". www.tourism.az. 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.02.2021.
  3. "Din Tarixi muzeyinin yaranma tarixi". http://dintarixi.az. İstifadə tarixi: 02.02.2021.[ölü keçid]
  4. "Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı". 2020-06-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-06.
  5. "Azərbaycan Dövlət Din Tarixi Muzeyi İstiqlal Muzeyinə birləşdirilib". 2020-06-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-06.
  6. "Dövlət Din Tarixi Muzeyi İstiqlal Muzeyinə birləşdirilib". 2020-06-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-06.
  7. "Azərbaycan Dövlət Din Tarixi Muzeyi". dintarixi.az. İstifadə tarixi: 02.02.2021.[ölü keçid]
  8. "Azərbaycan Dövlət Din Tarixi Muzeyi". https://web.archive.org. Archived from the original on 2017-10-17. İstifadə tarixi: 02.02.2021.

Xarici keçidlər

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!