Azər Badamov |
Doğum adı |
Azər Camal oğlu Badamov |
Doğum tarixi |
18 avqust 1968(1968-08-18) (56 yaş) |
Doğum yeri |
|
Partiya |
|
Təhsili |
|
Fəaliyyəti |
siyasətçi |
|
Təltifləri |
|
Azər Camal oğlu Badamov (18 avqust 1968, Düztahir, Qusar rayonu) — Azərbaycan Respublikası Milli Məclisinin IV, V, VI çağırış[1] deputatı.[2]
Həyatı
Azər Badamov 18 avqust 1968-ci ildə Qusar rayonu Düztahir kəndində anadan olub. 1985-ci ildə Bakı şəhəri 5 saylı kimya təmayüllü orta məktəbini bitirdikdən sonra D. Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna daxil olub. İki il ordu sıralarında xidmət edib, 1992-ci ildə Azərbaycan Texnologiya İnstitutunu bitirib. 1988–2009-cu illər ərzində "Azərittifaq"ın tikinti briqadasında fəhlə, şəhər mərkəzi xəstəxanasında mühasib-müfəttiş, DSMF rayon şöbəsində birinci dərəcəli müfəttiş, "Şahdağ" firmasında iqtisadçı vəzifələrində işləyib. Azər Badamov sahibkarlıq fəaliyyətilə də məşğul olub. Həmçinin, 2009–2010-cu illərdə Qusar Rayon Telekommunikasiya Qovşağının rəisi vəzifəsində işləyib.[2]
Siyasi fəaliyyəti
Azər Badamov Milli Məclisinin IV, V və VI çağırış deputatıdır. 2010, 2015, 2020-ci illərdə parlament seçkilərində 51 saylı Qusar Seçki Dairəsindən millət vəkili seçilib.[2]
İctimai birliklər və dini qurumlar komitəsi[3] və Aqrar siyasət komitəsinin[4] tərkibindədir.
Yeni Azərbaycan Partiyasının VII qurultayında (5 mart 2021-ci il) YAP İdarə Heyətinin üzvü seçilib.[5]
2024-cü il oktyabrın 8-də Azərbaycan - Çili parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri seçilib.[6]
İstinadlar