Azad Ağalar oğlu Bayramov 1953-cü ilin iyul ayının 4-də Bakı ş. anadan olmuşdur. Atası, Bayramov Ağalar İsmayıl oğlu (1914–1997), hərbi həkim idi. Zəngəzur mahalının qərb hissəsində 20-ci əsrə qədər yaşayan qədim sarallı tayfasının nümayindəsi idi. Anası isə Bayramova Əminə Səməd qızı (1924–2003), kimyaçı alim (elmlər namizədi) idi. Ailəlidir, 2 övladı və 2 nəvəsi vardır.
Təhsili və elmi fəaliyyəti
1970-ci ildə Azərbaycan Dövlət Universitetinin fizika fakültəsinə qəbul olmuş və 1975-ci ildə həmin universiteti "fizika" ixtisası üzrə bitirmişdir. Həmin ildən Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda baş laborant vəzifəsində işə başlamış və 2014-cü ilə qədər müxtəlif vəzifələrdə çalışmışdır. Bundan başqa, 1976–1984 illərdə Birləşmiş Nüvə Tədqiqatları İnstitutunda (BNTİ, Dubna ş., Moskva vilayəti, Rusiya), 1989–1992-ci illərdə Beynəlxalq Nəzəri Fizika (Triyest ş., İtaliya) və Milli Nüvə Tədqiqatları (Piza ş., İtaliya) İnstitutlarında çalışmışdır. 1997–2005 illərdə Milli Aviasiya Akademiyasında professor fəzifəsində çalışmışdır. 2011-ci ilin aprel ayından 2014-cü ilin sentyabr ayına qədər Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin "Riyaziyyat və Fizika" kafedrasında professor vəzifəsində işləmişdir. 2014-cü ilin sentyabr ayından 2021-ci ilə qədər AR Silahlı Qüvvələrin Hərbi Akademiyasında Adyunktuntura və Elmi İşlər Şöbəsində professor vəzifəsində çalışırdır. 2018–2019 illərdə AR Silahlı Qüvvələrin tarixində ilk dəfə yaradılmış Xüsusiləşdirilmiş Dissertasiya şürasının sədri olmuşdur. 2021-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının İdarəetmə Sistemləri İnstitutunda (indi isə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin) aparıcı işçi vəzifəsində çalışır. Azad Bayramov 1983-cü ildə nüvə fizikası sahəsində BNTİ-də namizədlik və 2000-ci ildə BDU-da doktorluq dissertasiyalarını müdafiə etmişdir. 1982-ci ildə o, Azərbaycan Dövlət Komsomol Mükafatı ilə, 1994-cü ildə isə Beynəlxalq Soros Mükafatı ilə təltif olunmuşdur.
O, 600 yaxın elmi əsərlərin, o cümlədən, 32 monoqrafiya və tədris kitablarının, 20 patent, 2 Beynəlxalq Avro-Asiya və 2 Birləşmiş Amerika Ştatlarının patentlərinin müəllifidir. Monoqrafiyalardan beşi (5) ABŞ-da çap olunub. 2008-ci ildə Risk Analizi Beynəlxalq Cəmiyyətinə üzv seçilmiş, Boston şəhərində keçirilən konfransa dəvət almış və məruzə ilə çıxış etmişdir.
1983-cü ildə Leyptsiq universitetində, 2002-ci ildə Bakıda, 2005-ci ildə Parisdə və Brüsseldə, 2006-cı ildə Romada, 2006-cı ildə İstanbulda, 2007-ci və 2008-ci illərdə Portuqaliyada, 2009-cu ildə Antaliyada. keçirilən NATO-nun ekologiya təhlükəsizliyinə və alternativ və bərpa olunan enerji mənbələrinə aid sessiyalarında iştirak etmişdir. 2008-ci ildə Almaniyanın Karlsru şəhərində və 2009-cu ildə Tiflis şəhərində MAGATE tərəfindən təşkil olunmuş Nüvə Forensik Ekologiyası mövzusunda keçirilən müşavirələrdə məruzə ilə çıxış etmişdir. 2011-ci ildə Tiflis, 2012-ci ildə Moskva və 2013-cü ildə isə Kiyev şəhərləridnə keçirilən Avropa Birliyinin 7-ci Elmi Çərçivə Programı üzrə "PİCTURE" elmi layihəsinin müzakirələrində ekspert kimi dəvət olunmuş və məruzələr ilə çıxış etmişdir.
Onun 25 ilə yaxın pedaqoji stajı vardır. 80-ci illərdən başlayaraq o, Azərbaycan Neft Akademiyasında, Bakı Dövlət Universitetində, 2002–2005-ci illərdə Azərbaycan Milli Aviasiya Akademiyasında "Aerokosmik monitorinqi" kafedrasında professor vəzifəsində çalışmışdır.
2008-ci ildən on (10) Beynəlxalq Elmi Qrant üzrə aparılan işlərdə iştirak etmişdir. Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyin Elmi Şurasının üzvü olmuşdur. 2009-cu ildə Amerikanın Elektrik və Elektronika Mühəndisləri İnstitutunun (IEEE) və Rusiyanın Elmlər Akademiyasının Nanotexnologiya Cəmiyyətinin üzvü seçilmişdir. 1995–2015 illərdə Tələbə Qəbul Dövlət Komissiyasının üzvü idi, Fəxri Fərman ilə təltif olunmuşdur.
2009-cu ildə o, nail olduğu yüksək elmi nəticələrimə görə İngiltərənin Kembric Universitetinin Beynəlxalq Biblioqrafik Mərkəzin medalı ilə təltif olunmuş və onun adını mərkəzin ensiklopediyasına daxil ediblər. 2010-cu ildə onun adı Azərbaycan Milli Ensiklopediyasına daxil olunmuşdur.
A. A. Bayramov 7 elmlər namizədi və 2 elmlər doktorunun rəhbəri olmuşdur.
O, 2002–2005-ci illərdə Milli Aviasiya Akademiyasının və 2012–2014-cü illərdə AMEA-nın Radiasiya Problemləri İnstitutun İxtisaslaşdırılmış Müdafiə Şuralarının üzvü olmuşdur.
2012-ci ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən qiymətli hədiyyə ilə, sonrakı illər dəfələr ilə fəxri fərmanlar ilə təltif olunmuşdur. 20 ildən artıq Dövlət Tələbə Qəbulu Komissiyası, fəxri fərmanlar ilə təltif olunmuşdur.
Monoqrafiyaları
1. Байрамов А.А., Ибрагимов З.А., Пашаев А.М. Влияние радиационного излучения на человека. Меры защиты и профилактики. Учебное пособие, "Чашыоглы", Баку, 1999, 157с.
2. Байрамов А.А. Многонуклонные взаимодействия в пион-углеродных реакциях при энергии 5 ГэВ. Монография, "Элм",Баку, 1999,177с
3. Пашаев А.М., Байрамов А.А., Гамов Г.Г., Султанов В.З. Руководство по электросвязи в ГА Азерб. Респ. РЭ ГА – 2000. Изд. НАА, Баку, 2000, 140с.
4. Paşayev А.М., Bayramov А.А., Ağayeva S. H. Radiasiyadan mühafizə. Təhsil Nazirliyinin əmri ilə dərslik vəsaiti, "Çaşıoğlu", Bakı, 2001, 180s.
7. H.О. Ocaqov, İ. İ. İsmaylov, А.А. Bayramov, S.А. Səbzəliyev, Е. İ. Yüsifov Elektromaqnit çirklənməsi və sağlamlıq. Əhali üçün yaddaş kitabçası, "Fövqal", Bakı, 2002, 23s.
8. А.Ш.Мехтиев, А.А.Байрамов Экологический анализ объектов окружающей среды. Приказом Министерства Образования учебное пособие, НАА, Баку, 2005, 294с.
9. A. A. Bayramov Ətraf mühitin, təbii ehtiyatların öyrənilməsində aerokosmik üsullar. Monoqrafiya,Еlm, Bakı 2006, 158s.
11. A. A. Bayramov, K. Ş. Ramazanov Avtomatik layıhələndirmə sistemlərinin əsasları. Təhsil Nazirliyinin əmri ilə dərslik vəsaiti, "ABAQrup", Bakı, 2006, 262s.
12. M. K. Kerimov, M. A. Kurbanov, A. A. Bayramov, A. I. Mamedov Matrix Active Micro- and Nanocomposites Based on the Polymer, Semiconductive and Ferropiezoceramic Materials. Nanocomposites and Polymers with Analytical Methods / Book 3. Book edited by: John Cuppoletti, 2011, INTECH Open Access Publisher. ISBN 979-953-307-136-6, pp.375–404
13. A. A. Bayramov Elektrik bəhsi üzrə laboratoriya işlərinə rəhbərlik. Təhsil Nazirliyinin əmri ilə metodik vəsait. AAHM, "Tərəqqi", 2012, 93 s.
14. A. A. Bayramov Hərbi mühəndis ekologiyası. Təhsil Nazirliyinin əmri ilə dərs vəsaiti. AAHM, "Tərəqqi",2014, 370s.
15. A. A. Bayramov, E. X. Məmmədov Xüsusi Nisbilik Nəzəriyyəsinin Elementləri. Təhsil Nazirliyinin əmri ilə dərs vəsaiti. AAHM, Bakı, 2015, 138s.
16. A. A. Bayramov, N. A. Bayramova Ekologiyadan testlər. Təhsil Nazirliyinin əmri ilə dərs vəsaiti. AAHM, "Tərəqqi", 2015, 248s.
17. A. A. Bayramov, A. P. Abdullayev, T. İ. İsmaylov Fizika fənni üzrə laboratoriya işləri. Təhsil Nazirliyinin əmri ilə metodiki vəsait. AAHM, Bakı, 2015, 35s.
18. A. A. Bayramov Materialların radioaktiv çirklənməsinin təyin etmə qaydaları. Metodiki vəsait. AAHM, "Tərəqqi", Bakı, 2015, 52s.
19. A. A. Bayramov, E. Q. Həşimov, Ə. M. Talıbov Hərbi texnika və yüklərin radioaktiv çirklənməsinin yoxlanma qaydaları. Radiasiya təhlükəsizliyi. Metodiki vəsait. SQ HA, "Hərbi Nəşriyyat", Bakı, 2015, 56 s.
20. A. A. Bayramov, E. X. Məmmədov Fizika məsələləri (Mexanika bölməsi). Təhsil Nazirliyinin əmri ilə dərs vəsaiti. AAHM, Bakı, 2015, 420 s.
21. A. A. Bayramov, E. X. Məmmədov Atom və nüvə fizikası. Dərs vəsaiti. SQ Hərbi Akademiyası. "Hərbi Nəşriyyat", Bakı, 2016, 218 s.
22. E. Q. Həşimov, A. A. Bayramov Görünməyən hərbi obyektlərin aşkar edilməsi üçün CİS və seysmolokasiya üsullarının tətbiqi. Monoqrafiya,"Hərbi Nəşriyyat", Bakı, 2017, 250 s.
23. Həşimov E. Q., Həsənov A. H., Bayramov A. A. Qoşunların geoinformasiya təminatı. Proqram. Bakı, Hərbi nəşriyyat, 2017, 11 səh.
24. H. K. Piriyev, E. Q. Həşimov, A. A. Bayramov Taktiki fəaliyyətlərin riyazi modelləşdirilməsi. Monoqrafiya, "Hərbi Nəşriyyat", Bakı, 2018, 226 s.
25. A. A. Bayramov, A. Q. Həsənov Tədqiqat nəticələrinin işləmə üsulları. Dərs vəsaiti. Hərbi Nəşriyyat. Bakı, 2018, 100 s.
26. A. A. Bayramov, E. H. Hashimov, Y. A. Nasibov Unmanned Aerial Vehicles Application For Military GIS Tasks Solution. Automated Systems in the Aviation and Aerospace Industries. IGI Global, PA, USA, 2019. Eds. S. Tetiana, Y. Sikirda, N. Rizun, D. Kucherov, K. Dergachov. 453 p. Chapter 10. pp. 273–296. ISBN13: 9781522577096
27. A. P. Abdullayev, A. A. Bayramov, E. X. Məmmədov Fizika məsələıləri. "EDU Company" təhsil mərkəzi. Bakı 2019. 324 s.
28. A. A. Bayramov, E. H. Hashimov Application SMART for small Unmanned Aircraft System of Systems. Handbook of Research on Artificial Intelligence Applications in the Aviation and Aerospace Industries. IGI Global, PA, USA, 2019. Eds. T. Shmelova, Y. Sikirda, A. Sterenharz, 390 p. Chapter 8. Application SMART for Small Unmanned Aircraft System of Systems. pp.193–213. ISSN: 2328–8205; eISSN: 2328–823X
29. A. A. Bayramov, A. G. Gasanov Mathematical Modeling of Electronic Structure of Some Nanomaterials. An Introduction to Electronic Structure Theory. Ed. N. T. Paulsen, Chapter 3. NOVA, 2020. 200 p.; 99–130 pp. ISBN: 978-1-53618-411-2
30. A. Bayramov, E. Hashimov, Y. Nasibov Unmanned Aerial Vehicle applications for military GIS task solution. Research Anthology on Reliability and Safety in Aviation Systems, Spacecraft, and Air Transport / Ed. D. B. A. Mehdi Khosrow-Pour. – USA: IGI-Global Publ, 2021. 1601 p.–vol.3, Р. 1092–1115. DOI: 10.4018/978-1-7998-5357-2.ch044
31. Y. Ə. Nəsibov, A. A. Bayramov Hərbi əməliyyatlarda Coğrafi İnformasiya Sistemləri texnologiyası. Hərbi Akademiyanın Elmi Şuranın Qərarı ilə, 13.07.2021, protokol N10. Dərs vəsaiti. Bakı, Hərbi Nəşriyyat. 2021. 150 s.
32. A. A. Bayramov Fövqəladə halların qarşısının alınması və həyat fəaliyyəti təhlükəsizliyi. Hərbi Akademiyanın Elmi Şuranın Qərarı ilə, 13.07.2021, protokol N10. Dərs vəsaiti. Bakı, Hərbi Nəşriyyat. 2021. 225 s.
33. A. P. Abdullayev, A. A. Bayramov, E. X. Məmmədov Fizika. "EDU Company" təhsil mərkəzi. Bakı 2021. 535 s.
Əsas elmi-texniki nailiyyətləri
Fizika, texnika və informatika sahəsində əsas elmi nailətlər — müxtəlif fiziki-texniki, ekoloji proseslərin və hərbi əməliyyatların modelləşdirilməsi.
1) 1966 və 1989 MeV/с2 kütlələrə malik, yeni elementar zərrəciklərin, diproton rezonansların, aşkar edilməsi, "Elementar particles DATA", CERN Beynəlxalq Kataloqa daxil olunub;
2) Kaskad-buxarma modelinin təkmilləşdirilməsi ilə yüksək enerjiyə malik adron-nüvə reaksiyaların modelləşdirilməsi;
3) 1988 ildə SSSRin Dövlət Proqrammına uyğun olaraq və bir başa maliyyəlişdirilməsi nəticəsində silisium əsasında mikrostrip detektorlar işlənilib yaradılması;
4) 1993–1994 illərdə keçmiş SSSR-i məkanında və Turkiyada ilk dəfə olaraq 2 m ölçüdə olan qanadlı pilotsuz uçuş aparatın işlənilməsi və yaradılması;
3) 2000 il, ilk dəfə olaraq mobil telefon vasitəsilə ətraf mühitin ekoloji parametrlərin əks etdirən elektrik siqnalları ötürülməsi və qəbul üsulu və qurğu işlənilib, patent alınıb;
4) 2000 il, cib tipli dozimetr və qamma-spektrometr qurğusu işlənilib və qüzəldilib, tam konstruktor sənədləri işlənilib, patent alınıb;
5) 2000–2005 illər, aviasiya sahəsində bir neçə modellər və üsullar işlənilib (uçuş zamanı hava qəmisini idarə edən heyətin funksional qərginliyinin səviyyəsinin nəzarətin modelləşdirilməsi, hava hərəkətini idarə edən heyətin funksional vəziyyətinə avtomatlaşdırılmış nəzarət üsulu və modelləşdirilməsi, hava qəmilərin kompleks enmə sisteminin işlənməsi və modelləşdirilməsi), qurğular düzəldilib, 4 patent alınıb;
6) 2003 il, hava qəmilərin idarəetməsində yaranan fövqəlada halların modelləşdirməsi və proqnozıaşdırılması;
7) 2011 il, nanokompozit materialların eksperimental, nəzəri araşdırmaların və xassələrinin modelləşdirilməsinə həsr olunmuş bir monoqrafiya INTECH Open Access Publisher (Avstriya) və bir monoqrafiya 2020 ildə NOVA (ABŞ) nəşiriyyatlarında çap olunub;
8) ilk dəfə olaraq Ermənistanın Metsamor Atom Elektrik Stansiyasında ehtimal olan qəza nəticəsində Azərbaycan Respublikası ərazisində baş verəcək radiasianın çirklənməsinin riyazi modelinin və proqram təminatın yaradılması;
9) ilk dəfə olaraq döyüş əməliyyatlarda görünməyyən hədəflərin aşkar edilməsi metodların işlənməsi və modelləşdirilməsi;
10) Pilotsuz uçuş aparatların taktiki döyüş əməliyyatlarında uçuşların modelləşdirilməsi;
11) Coğrafi İnformasiya Sistemlərin texnologiyası əsasında dağlıq şəraitində taktiki döyüş əməliyyatların modelləşdirilməsi;
12) Taktiki qrupların fəaliyyətlərin modelin və proqram təminatının yaradılması;
13) Atıcı silahların döyüş xüsusiyyətlərinin modelləşdirilməsi;
14) Hərbi kəşfiyyat məlumatlarının emalı proseslərin modelləşdirilməsi və proqram təminatın yaradıması;
15) Dayanıqlı idarəetmənin təmin edilməsi məqsədilə hərbi səhra rabitə qovşağının ərazidə yerdəyişməsinin modelləşdirilməsi.
16) 2021 il, PUA-lara aid bir sıra elmi nəzəri araşdırmalar aparılıb, PUA-ların modelləşdirilməsinə aid 3 monoqrafiyə ABŞ-da IGI-Global Publ. nəşriyatında çap olunub və PUA-lara həsr olunmuş 3 cildli dünya antoloqiya ensiklopediyasına daxil edilib.
Beynəlxalq patentlər
M. A. Kurbanov, A. A. Bayramov Hybrid piezoelectric composites with high electromechanical characteristics. Patent US 8030829; 10/04/2011.
M. A. Kurbanov, A. A. Bayramov Electret composites polymer-piezoelectric with deep trapping centers on the interphase boundary. Patent US 8187488; 29/05/2012
А.М.Гашимов. А.А.Байрамов Способ повышения эффективности преобразования солнечной энергии в электрическую и устройство его реализации. Евразийский Патент 017011, 28.09.2012
Mükafatları
1982-ci ildə o, Azərbaycan Dövlət Komsomol Mükafatı
1994-cü ildə isə Beynəlxalq Soros Mükafatı ilə təltif olunmuşdur.
2009-cu ildə o, nail olduğu yüksək elmi nəticələrinə görə İngiltərənin Kembric Universitetinin Beynəlxalq Biblioqrafik Mərkəzin medalı ilə təltif olunmuş və onun adını mərkəzin ensiklopediyasına daxil ediblər.
2010-cu ildə onun adı Azərbaycan Milli Ensiklopediyasına daxil olunmuşdur.
2012-ci ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən qiymətli hədiyyə ilə təltif olunub.