Azərbaycanda həndbol

Azərbaycanda həndbol — Azərbaycandakı idman növlərindən biri

Azərbaycanda həndbol idman növünə xüsusi maraq vardır. Sovet dönəmində Azərbaycan həndbolu SSRİ məkanında daim 2-3-cü pillələrdə olmuşdur. Həndbolçular Rəfiqə ŞabanovaLüdmila Şubina SSRİ komandasının sıralarında Olimpiya çempionu titulu qazanmışlar.

Ölkə müstəqillik əldə etdikdən sonra da həndbolçuların uğurları çox olmuşdur. 2002-ci ildə Bakıda Avropa Həndbol Federasiyasının təşkil etdiyi "Çağırış kuboku" turniri təşkil edilmiş və yarışda Azərbaycan milli komandası turnirin qalibi olmuşdur.

2008-ci ildə Azərbaycanın qadınlardan ibarət həndbol yığması Monteneqroda təşkil olunan Dünya Çempionatının seçmə qrup mərhələsində Bolqarıstan üzərində qələbə qazanmış, ikinci görüşdə İtaliyanı üstələmişdir.

2010-cu ildə Makedoniyada keçirilmiş qadın həndbolçular arasında dünya çempionatının seçmə mərhələsində çıxış etmiş idmançılar qrupda 2-ci yeri tutmuşlar.

Ölkədə kişi həndbol komandası da fəaliyyət göstərir. Lakin qadınlardan ibarət komandadan fərqli olaraq bu komanda hələlik heç bir ciddi uğur əldə etməyib.

Mənbə

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!