2023/2024-cü illər mövsümündə turniri sonuncu — 10-cu pillədə baş vuran "Qəbələ" Premyer Liqadan Birinci Liqaya yuvarlandı. Son mövsümdə Birinci Liqanın çempionu olan "Şamaxı" isə Premyer Liqaya vəsiqə qazandı. Azərbaycan Premyer Liqasında 2024/2025 mövsümünün püşkatma mərasimi 16 iyul tarixində baş tutdu. Yeni mövsüm avqustun 2-də start götürüb.[1]
Azərbaycan Premyer Liqasının 2024/2025-ci illər mövsümündə 10 futbol klubu mübarizə apardı. Onlardan doqquzu son mövsümdə Premyer Liqada, digər biri isə son mövsümdə Birinci Divizonda mübarizə aparmışdı.
Azərbaycan Premyer Liqası 2024/2025 mövsümündə iştirak edən komandalarının xəritədə yerləri. Adları kursiv ilə yazılmış komandalar Qarabağ münaqişəsi zonasında yerləşir və ev oyunlarını Bakı şəhərində oynamalı olur.
24 dekabr 2024 tarixində oynanılmış matç(lar) əsasında yenilənib. Mənbə: [40] Təsnifat qaydaları: 1) Xal; 2) Şəxsi görüşlərdə qazanılan xal; 3) Şəxsi görüşlərdə qol fərqi; 4) Şəxsi görüşlərdə atılan qol; 5) İki komanda olduğu təqdirdə şəxsi görüşlərdə səfərdə ən çox qol atan; 6) Qol ortalaması; 7) Atılan qol
Nəticələr
Klublar bir-biri ilə 4 dəfə, ümumilikdə 36 matç keçirir.
Preseason tarixində oynanılmış matça əsasən yenilənib. Mənbə: soccerway.com Şərti işarələr: Mavi = ev sahibi komandanın qalibiyyəti; Sarı = heç-heçə; Qırmızı = qonaq komandanın qalibiyyəti.
Preseason tarixində oynanılmış matça əsasən yenilənib. Mənbə: soccerway.com Şərti işarələr: Mavi = ev sahibi komandanın qalibiyyəti; Sarı = heç-heçə; Qırmızı = qonaq komandanın qalibiyyəti.
Statistikalar
Rekordlar
2024/25 mövsümündə "Turan Tovuz" oynadığı ilk 5 matçda heç bir qol buraxmayaraq ölkə çempionatlarının 32 illik tarixində bunu edən 7-ci komanda olub. Belə ki, klubun "Neftçi" ilə matçı 0:0 hesabı ilə bitib və onlar ardınca "Sumqayıt", "Qarabağ" və "Səbail"i bir, "Kəpəz"i isə üç cavabsız qolla məğlub ediblər. Bu rekordu ən son 2016/17 mövsümündə "Qəbələ" təkrarlamışdır.[41] "Turan Tovuz"un qapıçısı İvan Konozalov isə 2016/17 mövsümündə "Qəbələ"nin qapıçısı olmuş Dmitri Bezotosnıdan sonra ölkə çempionatları tarixində ilk 5 matçda qapını təmiz saxlamış ikinci legioner qapıçı olub.[41]
"Neftçi" 32 ildə ikinci dəfə olaraq oynadığı ilk 9 matçda qələbə qazana bilməyib. Onlar "Turan Tovuz" və "Şamaxı" ilə matçlarını qolsuz yekunlaşdırmış, "Səbail" və "Araz-Naxçıvan"la isə 1:1 hesablı heç-heçə etmişdirlər. Klub ilk dəfə yeddi il əvvəl, 2017/18 mövsümündə ilk 5 matçında qələbə qazana bilməyib, həmin mövsüm bu qələbəsizlik seriyası 6 oyun davam edib və yalnız 7-ci matçda qırılıb.[42]
20 sentyabrda, 7-ci turun "Qarabağ" və "Neftçi"nin qarşılaşdığı matçında "Neftçi"nin futbolçusu Robert Bauer öz qapılarına qol vuraraq mövsümün ilk avtoqolunun müəllifi olub. Bu, ölkə çempionatları tarixində 234-cü avtoqol olmaqla birlikdə, klubun öz qapısına vurduğu 25-ci avtoqol olub ki, bu da turnirin tarixində antirekorddur. Bu qol ilə həmçinin "Qarabağ" öz tarixində 34-cü dəfə rəqib qoluna sevinib ki, bununla da sahib olduğu rekordu yeniləyib.[43]
İlk 18 turun yekununda mövsümün azarkeş sayı rekordu XV turda keçirilmiş "Neftçi" – "Qarabağ" (3:0) qarşılaşmasında qeydə alınmış, Neftçi Arenada keçirilən matçı 7069 azarkeş izləmişdir.[44]