Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialı

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialı
Direktor Xudayar Sultanlı
Şəhər Cəlilabad
Ölkə
Ünvan Cəlilabad şəhəri, M.Hüseyn 20

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialıAzərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisəsi[1].

Tarixi

AMİ Cəlilabad filialı

Azərbaycan Müəllimlər İnstitutunun Cəlilabad filialı Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 13 iyun 2000-ci il tarixli 349 nömrəli Fərmanı[2] ilə Cəlilabad Kənd Təsərrüfatı Texnikumunun bazasında yaradılmışdır.

İlk tədris ilində filiala 2 ixtisas – "İbtidai təhsilin pedaqigikası və metodikası" və "Məktəbəqədər təhsilin pedaqogikası və metodikası" üzrə qəbul planı verilmişdir.

Hazırda filialda aşağıdakı ixtisaslar üzrə ilkin kadr hazırlığı aparılmışdır:

  1. "İbtidai təhsilin pedaqogikası və metodikası"
  2. "Məktəbəqədər təhsilin pedaqogikası və metodikası"
  3. "Tarix"
  4. "Azərbaycan dili və ədəbiyyatı"
  5. "Tarix və coğrafiya"

Filialda üç kafedra — ixtisas fənləri, təbiət və riyazi fənlər və ümumelmi fənlər kafedrası fəaliyyət göstərmişdir.

Filial eyni zamanda onun dislokasiyasına daxil olan rayonların pedaqoji kadrlarının ixtisaslarının artırılması və yenidənhazırlanması ilə məşğul olur. Dislokasiyaya daxil olan 7 rayon üzrə ixtisasartırma kursları və yenidənhazırlama təhsili təşkil edilmişdir. Filialın fəaliyyətinə ümumi rəhbərliyi direktorun sədr olduğu seçkili orqan-pedaqoji şura həyata keçirir. Filiala bilavasitə rəhbərliyi direktor həyata keçirir. Filiala rəhbərliyi dosent, fəlsəfə doktoru Xudayar Həzərxan oğlu Sultanlı etmişdir. O, Filialda 1 fakültə-"Pedaqoji fakültə", 3 kafedra – "Ümumelmi fənlər kafedrası", " Humanitar fənlər kafedrası", " Təbiət fənləri və onların tədrisi metodikası kafedrası", 4 şöbə — Tədris və tələbə şöbəsi — Ümumi şöbə — Kadrlar şöbəsi — Təsərrüfat şöbəsi, 3 kabinet – Kredit sistemi və tələbə nailiyyətlərinin qiymətlənidirlməsi kabineti — Əlavə təhsilə metodik xidmət kabineti — Müasir təlim metodları və dayaq məntəqələri ilə iş üzrə kabinet 2 kompüter mərkəzi və 2 Akt zalı – — 140 nəfərlik böyük zal — 60 nəfərlik kiçik zal Kitabxana — 4514 nüsxə dərslik, dərs vəsaiti, monoqrafiya, digər elmi və bədii ədəbiyyatlar vardı.

ADPU Cəlilabad filialı

Azərbaycan Müəllimlər İnstitutunun Cəlilabad filialı Azərbaycan Respublikası Prezidentinin 26 noyabr 2015-ci il tarixli, 1582 nömrəli Sərəncamına əsasən Azərbaycan Müəllimlər İnstitutu Azərbaycan Dövlət Pedaqoji Universitetinə qoşulması nəticəsində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialına çevrilmişdir.[3]

Mənbə

İstinadlar

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!