Ayxan Barut

Ayxan Barut
Türkiyə Böyük Millət Məclisinin 27 və 28-ci çağırışlarının deputatı
Vəzifədədir
7 iyul 2018-ci ildən
Seçim bölgəsi2018 — Adana ili
2023 — Adana ili
Şəxsi məlumatlar
Doğum tarixi 1964
Doğum yeri
Vətəndaşlığı Türkiyə Türkiyə
Partiya
Təhsili
  • Çuxurova Universiteti[d]
Fəaliyyəti siyasətçi

Ayxan Barut (1964, Karataş, Adana ili) — aqrar mühəndis və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 27 və 28-ci çağırışlarının deputatı.[1]

Həyatı

Ayxan Barut 1964-cü ildə Adana ilinin Karataş ilçəsində anadan olub. Çuxurova Universitetinin Kənd təsərrüfatı maşınları bölməsinindən məzun olub.[1]

13 il Adana Ticarət Palatasında Məclis üzvü, Mühəndis və Memarlar Palataları İttifaqı (TMMOB) Kənd Təsərrüfatı Mühəndisləri Palatası Adana şöbəsində sədr müavini (1994–1996) və sədr (2000–2008) vəzifələrində təmsil olunub.[1]

Siyasətə Cümhuriyyət Xalq Partiyasında qoşulub. CHP Çuxurova ilçə və CHP Adana il sədri olub. 2018 və 2023-cü illərdə Adana ilindən Türkiyə Böyük Millət Məclisinin deputatı seçilib. 27 və 28-ci çağırışlarda TBMM Kənd təsərrüfatı və meşə məsələləri Komissiyasının üzvü olub.[1]

İngiliscə bilir. Evli və 2 uşaq atasıdır.[1]

İstinadlar

  1. 1 2 3 4 5 TBMM. "Ayhan BARUT". www.tbmm.gov.tr (türk). 10.01.2024. 2024-01-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10.01.2024.

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!