Ayvor Qoldsmid Semyuel Montegu 23 aprel 1904-cü ildə Birləşmiş Krallığın paytaxtı London şəhərində anadan olmuşdur. 1932–1933-cü illər və 1937–1947-ci illərdə "Deyli Uorker" qəzetinin əməkdaşı olmuşdur. 1948–1967-ci illərdə Ümumdünya Sülh Şurasının katibi, 1969-cu ildən isə onun Rəyasət Heyətinin üzvüdür. Montegu kino nəzəriyyəsi və tarixinə dair əsərlərin müəllifi, bir sıra filmlərin quruluşçu rejissorudur. Montegu 5 noyabr 1984-cü ildə, 80 yaşında, İngiltərəninUotford şəhərində vəfat etmişdir.[4]
Mükafatlar
Montegu 1959-cu ildə "Xalqlar arasında sülhü möhkəmlətməyə görə" Beynəlxalq Lenin mükafatına layiq görülmüşdür. O, Georgi Dimitrovunnasistlərin əlindən xilas edilməsi uğrunda mübarizədə xidmətlərinə görə BXR-in I dərəcəli Azadlıq ordeni, Monqolustan haqqında oçerklərinə görə isə MXR-nin "Qütb ulduzu" ordeni ilə təltif olunmuşdur.[4]
↑ 12Монтеҝу Ајвор // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VII ҹилд: Мисир—Прадо. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1983. С. 54–55.
Əlavə ədəbiyyat
Montagu, Ivor (1975) "Old man's mumble: reflections on a semi-centenary" Sight and Sound; autumn 1975, pp. 220–224 & 247 (relates to the Film Society, found 1925)
Brown, Geoff and Hogsbjerg, Christian. Apartheid is not a Game: Remembering the Stop the Seventy Tour campaign. London: Redwords, 2020. ISBN9781912926589.