Bu adın digər istifadə formaları üçün bax:
Ayna.
Ayna qısametrajlı bədii televiziya filmi rejissor Azər Zamanlı tərəfindən 2000-ci ildə ekranlaşdırılmışdır. Azərbaycan televiziyasında istehsal edilmişdir. Film sadə həyat yaşayan fotoqrafın bir günü haqqındadır. Əsas rolu Arif Qasımov ifa edir.
Məzmun
Film sadə həyat yaşayan fotoqrafın (Arif Qasımov) bir günü haqqındadır. Filmin sonuna qədər adama elə gəlir ki, bu adam bədbəxtdir. Amma filmin sonunda belə bir kəlam xatırlanır. İnsan sənətini sevirsə o onun xoşbəxtliyidir.
Film üzərində işləyənlər
Ssenari müəllifi: Azər Zamanlı
Rejissor: Azər Zamanlı
Operator: Mətləb Yaqubov
Rəssam: Azər Zamanlı
Rollarda
Arif Qasımov — fotoqraf
Vahid Əliyev — küçədəki kişi
Almaz Amanova — kələğayılı qadın
Mikayıl Əjdəroğlu — papaqlı
Həmçinin bax
Azərbaycan filmlərinin siyahısı
2000-ci ilin Azərbaycan filmləri
2000-ci illər Azərbaycan filmlərinin siyahısı