Ayşad Məmmədov (tam adı: Ayşad Kamal oğlu Məmmədov; 6 dekabr 1954, Mərdəkan) — Azərbaycan teatr və kino aktyoru, Azərbaycan Respublikasının əməkdar artisti (2000).[1]
Həyatı
Ayşad Kamal oğlu Məmmədov 6 dekabr 1954-cü ildə Mərdəkanda anadan olub. İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsində (1978–1982) təhsil alaraq, Nəsir Sadıqzadə və Vaqif Abbasov kimi sənətkarlardan sənətin sirlərini öyrənmişdir. Şəki Teatrında (1982–1989) çalışıb. 1989-cu ildən etibarən Gənclər Teatrında aktyor kimi fəaliyyət göstərib. 2011-ci ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında aktyor kimi çalışır.
Akademik Milli Dram Teatrındakı fəaliyyəti
Teatrda işlədiyi müddətdə bir çox rollar oynamışdır. Onun yaratdığı Romeo, Malkolm, Pek, Laert (V.Şekspir "Romeo və Cülyetta", "Maqbet", "Yay gecəsində yuxu", "Hamlet"), Müsyö Jordan (M.F.Axundov "Müsyö Jordan və dərviş Məstəli şah"), Aydın (C.Cabbarlı "Aydın"), İsgəndər (C.Məmmədquluzadə "Ölülər"), Təlxək (M.F.Axudov "Ox və hədəf"), Kral (Q.Qorin "Aktyor və kral"), Padşah (Anar "Yaxşı padşahın nağılı"), cəllad ("Generalın son əmri", Vaqif Səmədoğlu), Ocaqqulu ("Almaz", Cəfər Cabbarlı), Toğrul ("Qətibə İnanc", Məmməd Səid Ordubadi), kişi ("Bir, iki, bizimki", Kamal Abdulla), Belekurov ("Yaşar", Cəfər Cabbarlı) kimi obrazları aktyorun rəngarəng yaradıcılıq palitrasının nümunələrindəndir.
Mükafatları
Əməkdar artist (2000), prezident mükafatçısıdır. 6 may 2015-ci ildə[2], 6 may 2016-cı ildə[3], 1 may 2017-ci ildə[4], 7 may 2020-ci ildə[5], 7 may 2021-ci ildə[6], 10 may 2022-ci ildə[7] və 9 may 2024-cü ildə[8] Prezident Mükafatına layiq görülmüşdür. 2017-ci ildə Cəfər Cabbarlı mükafatına layiq görülmüşdür.[9][10] 7 avqust 2017-ci ildə Varnada keçirilən Beynəlxalq Monotamaşalar Festivalında "İuda" tamaşasındakı İuda roluna görə mükafat və diploma layiq görülüb.[11]
Filmoqrafiya
- Ailə (film) — qaçqının tanışı
- Altı nömrəli palata (film, 1994)
- Bəxt üzüyü (film, 1991)
- Güllələnmə təxirə salınır!... (film, 2002)
- Bir anın həqiqəti (film, 2003)
- Həsrətli gözlərin rəsmi (film, 2003)
- Oyun (film, 2003)
- Yanmış körpülər (film, 2007)
- "Moskva-Bakı" qatarı (film, 2005)
- Yalan (film, 2005)
- Məhkumlar (film, 2007)
- Sirat körpüsü (film, 2007)
- Günaydın, mələyim! (film, 2008)
- Evləri göydələn yar (film, 2010)
- İstanbul reysi (film, 2010)
- Qayınana (film, 2011)
- Qağayı (teleserial, 2012)
- Sübhün səfiri (film, 2012)
- Tək olanda qorxma... (teleserial, 2013)
- Çaqqal nəfəsi (teleserial, 2013)
- Qanun naminə (teleserial, 2013)
- Xeyirlə şərin rəqsi (film, 2015)
- Əbədi ezamiyyət (film, 2016)
- Postskriptum (film, 2016)
- Cehizsiz gəlinlər (teleserial, 2016)
- Pərdə (film, 2016)
- Don Marleone (film, 2017)
- İmtahan (teleserial, 2017) — Zeynal
- Ata ocağı (teleserial, 2017) — Nəsimi
- Sənin sevdiyin musiqi (film, 2019) — Arif
- Sən demə (film, 2020)
- Mən burdayam, İlahi!
İstinadlar