Avstriya zərbxanası

Avstriya zərbxanası
Loqonun şəkli
Ümumi məlumatlar
Təsis tarixi 1194
Baş qərargahın yeri
muenzeoesterreich.at
muenzeoesterreich.at/eng
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Avstriya zərbxanası (alm. Münze Österreich‎) — yalnız sikkələr deyil, həm də xatirə medalları istehsal edən Avstriya müəssisəsi. 2002-ci ilə qədər zərbxananın əsas məhsulları Avstriya şillinqi sikkələri idi. 2002-ci ildən bəri hər növ Avstriya avro sikkələrini istehsal edir. Zərbxananın mövcud olduğu illər ərzində Avstriyanın valyutası bir neçə dəfə dəyişmişdir. Məsələn, Mariya Tereza taleri Avstriya zərbxanasında zərb olunmuşdur.

Tərkibi 99,99% qızıldan ibarət qızıl külçəsi

Tarixi

Zərbxana haqqında ilk qeyd 1397-ci ilə aiddir. 1484-cü ildə Avstriya ershersoqu Sigizmundun əmri ilə ən qədim Avstriya sikkəsi olan quldiner buraxıldı. Avstriya ershersoqu I Ferdinandın Müqəddəs Roma İmperiyasının imperatoru olması səbəbindən Avstriyada taler pul vahidi tətbiq olundu, hansı ki 1524-cü ildən Müqəddəs Roma İmperiyasının pul vahidi idi. 1566-cı ildə Leypsiqdə 29.23 q kütləsi olan 889-cu əyarlı gümüş taler əsas gümüş sikkə kimi tanındı. Onun adı reyxsthaler (Reichsthaler) oldu. O, konvension taler (Conventionsthaler) çıxarıldığı 1753-cü ilə qədər Avstriyanın pul vahidi idi. 1700-cü ildə sikkə zərb edilməsi üçün vintli presdən istifadə edilməyə başlandı. 1780-ci ildə Mariya Tereza talerinin istehsalına başlandı. 1834-cü ildə Avstriya zərbxanası Landstraße küçəsində yeni bir binaya köçdü, köhnə binada isə geoloji idarə etmə binası yerləşdi. 1857-ci ildə Almaniya və Avstriyadakı ticarət əməliyyatlarını sadələşdirmək üçün vahid müttəfiq taler (Vereinsthaler) adlanan pul vahidinin istifadəsinə başlandı. Taler 1892-ci ildə Avstriya-Macarıstan hökuməti tərəfindən "krona" adlı yeni valyuta ilə əvəz olundu.

Xarici keçidlər

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!