Vətəni Qafqaz və Ukraynadır. Cənub-Şərqi Avropada təbii halda bitir.
Botaniki təsviri:
Hündürlüyü 25–40 m, gövdəsinin diametri 2 m, olan yarpağını tökən böyük ağacdır. Qabığı tünd-boz və dərin şırımlıdır. Qoca ağaclarda qabığı yarıqlı, gövdə daxilində borular narıncıdır. Yarpaqları yaşılımtıl-boz, növbəli, dərili, uzunsov, uzunluğu 7-14 sm, eni 3-5 sm, hər tərəfdən 6-12 üçkünc hissəlidir. Çiçəkləri küləklə tozlanan sırğalardır. Meyvəsi-uzunluğu 2,5-4 sm, eni 2 sm, kasacığın dərinliyi 2 sm, yumşaq, üzəri 4–8 mm tükcüklərlə örtülmüş böyük qozadır.
Ekologiyası:
İşığı və istiliyisevən bitkidir. Torpağın quraqlığına davam gətirir.
Azərbaycanda yayılması:
Böyük və Kiçik Qafqazın dağətəyi zonalarda rast gəlinir.
İstifadəsi:
Tək və qrup əkinlərində istifadəsi məqsədyönlüdür. Dekorativ bitkidir, qırmızı qabıqları, tünd yaşıl, sonradan qızılı olur, sarı yarpaqları payızda uzun müddət bitkinin üzərində qalır. Qozaları çox acıdır, ancaq quşlar və dələlər tərəfindən yeyilir.