Avropa Xalq Partiyası (ing. EPP) — ümumavropa məkanında böyük nüfuza malik partiyadır və müasir Avropa dəyərlərinin formalaşmasında aparıcı rol oynayır. EPP deputatlar qrupunun mövqeyi Avropanın əsas beynəlxalq təşkilatlarında, o cümlədən Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası, ATƏT və NATO Parlament Assambleyalarında hər hansı məsələ ilə bağlı qərarların qəbul edilməsi zamanı həlledici rol oynaya bilir.
39 Avropa ölkəsindən 72 üzvü olan partiya qitənin 20 ölkəsinin, o cümlədən Avropa İttifaqına üzv 14 ölkənin və Avropa İttifaqına üzv olmayan 6 ölkənin hökumət başçılarını təmsil edir. 14 Avropa Komissarı, o cümlədən Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozo EPP-nin üzvləridir. Hazırda Avropa Parlamentinin ən böyük qrupu EPP qrupudur və 265 deputata malikdir. Avropa Şurası Parlament Assambleyasında 218 üzvü vardır. EPP ATƏT və NATO Parlament Assambleyalarında geniş siyasi qruplarla təmsil olunur.
EPP demokratik prinsiplərə əsaslanan sağ mərkəzçi siyasi partiyadır. Məqsədi demokratiklik, şəffaflıq və effektivlik prinsiplərilə federal Avropa quruculuğuna nail olmaqdır. EPP hesab edir ki, Avropa qitənin bütün ölkə və regionlarının azad vətəndaşlarını birləşdirməlidir, yəni "Avropa hamı üçündür". Partiyanın istəyi çiçəklənən və dinc gələcəyə malik Avropa qurmaqdır.
İstinadlar
Xarici keçidlər
| |
---|
Foto, video və audio | |
---|
Lüğətlər və ensiklopediyalar | |
---|
|