Avropa Müdafiə Birliyi müqaviləsi və ya Paris müqaviləsi[1] , 27 may 1952-ci ildə Avropaya inteqrasiya tərəfi olan 6 ölkənin — Benilüks ölkələri, Fransa, İtaliya və keçmiş Qərbi Almaniyanın imzaladığı, lakin heç vaxt təsdiqlənməmiş bir razılaşmadır. Razılaşma, ortaq Avropa silahlı qüvvələri ilə yanaşı Avropa Müdafiə Birliyi qurmalı idi. Saziş Fransa parlamentindən təsdiq ala bilmədi və heç vaxt İtaliyada parlamentə təqdim edilmədi. Buna görə heç vaxt qüvvəyə minmədi. Bunun əvəzinə, Qərbi Almaniya, 1948-ci ildə Qərb Birliyi və NATO-nun da fəaliyyətsiz varisi olan — Qərbi Avropa Birliyinə qəbul edildi.
Razılaşma, ABŞ-nin Qərbi Almaniyanı yenidən silahlanmağa çağırmasından sonra 1950-ci ildə o zamankı Fransa baş naziri René Pleven (fr.René Jean Pleven) tərəfindən təklif olunan Pleven planı ilə başladı.
Qərbi Almaniyanın NATO-ya üzv olmaq təklifinə alternativ olaraq ortaq bir Avropa müdafiə infrastrukturunun yaradılması Alman hərbi potensialının Şərq bloku ilə mümkün bir qarşıdurmada istifadə edilə bilməsi demək idi.
Şuman bəyannaməsində[ing.] Almaniyanın öz başına bir müharibə başlaya biləcək iqtisadi gücə çatmasının qarşısını almaq məqsədi daşıdığı kimi, Pleven planı və Avropa Müdafiə Birliyində Almaniyanın yenidən müharibə başlama riskini sıfıra endirməyi hədəfləyirdi.
Avropa Müdafiə Birliyi (AMB) ortaq büdcəsi, ortaq silahları, mərkəzi təchizatı sistemi və qurumları olan milli ünsürlərə bölünmüş ortaq bir Avropa ordusunu da özü ilə gətirə bilərdi.
Aşağıdakı diaqram AMB sazişində göstərilən qurumların, AMB-nin nəzarəti altında olan Avropa Müdafiə Qüvvələrinin (AMQ) fəaliyyətini və AMB ilə NATO arasındakı əlaqənin mexanizmini göstərir:
Hesabat
Bu orduda Fransız, İtalyan, Belçika, Hollandiya və Lüksemburq birlikləri öz milli hökumətlərinə, Qərbi Alman birlikləri isə AMB-yə hesabat verəcəkdi. Alman militarizminin geri dönməsi qorxusu ilə Qərbi Alman hökumətinin Alman ordusu üzərində nəzarəti olması istilmədi. Amma, bu şərt rədd edilərsə, Qərbi Almaniya hökumətinin onsuz da öz ordusunu idarə etməsinə icazə veriləcəyi barədə razılığa gəlinmişdi, amma bu müqavilənin mətnində yazılmamışdı.
Tarix
Arxa plan
1940-cı illərin sonlarında Soyuq müharibənin yaratdığı qütbləşmə daha aydın görünürdü. ABŞSovet İttifaqının güclənməsinə şübhə ilə yanaşırdı və Avropa dövlətləri Sovet işğalı ehtimalına qarşı özlərini müdafiəsiz hiss edirdilər. Bu etibarsız mühitində ABŞ, Qərbi Almaniyanın yenidən silahlanmasının Avropa və bütün Qərb blokunun təhlükəsizliyi üçün lazımlı olduğunu düşünürdü[2].Sentyabr 1950-ci ildə Din Açeson (Dean Gooderham Acheson), Ali Komissar John Jay McCloyun göndərdiyi bir teleqramda, Avropa ölkələrinə NATO müdafiə infrastrukturunu gücləndirmək üçün yeni bir plan — "paket" adlanan Amerika planı təqdim etdi. Buna görə 12 Qərbi Alman diviziyası yaradılacaqdı. Lakin Almaniyanın İkinci Dünya müharibəsində Avropada, xüsusən də Fransada yaratdığı dağıntılardan sonra heç bir Avropa ölkəsi Alman ordusunu yenidən yaratmaq fikrinə hazır deyildi[3]. İki supergüc arasında özlərini tapan ölkələr bu vəziyyətə Avropaya inteqrasiyanı inkişaf etdirmək üçün bir fürsət kimi baxdılar və yeni bipolyar nizamın yaratdığı hərbi təsir itkisini aradan qaldırmağa çalışdılar[4].
Pleven planı
24 Oktyabr 1950-ci ildə Fransa Baş Naziri René Pleven, əsasən Jean Monnet tərəfindən hazırlanmasına baxmayaraq adının veriləcəyi yeni bir plan təklif etdi. Plana görə, millətlərarası Avropa Ordusu qurulacaqdı. Bu layihə ilə Fransa bir tərəfdən ABŞ-nin tələblərini yerinə yetirirdi, digər tərəfdən Almaniyanın yenidən silahlanmasının qarşısını alırdı. ABŞ xaric, AMB, Qərbi Almaniya, Fransa, İtaliya ve Benilüks ölkələrini əhatə edəcəkdi. ABŞ-nin hakim rol oynadığı NATO-ya, Fransanın hakim rolu oynadığı alternativ olacaqdı. Şuman bəyannaməsi Almaniyanın tək başına müharibə başlada biləcək iqtisadi gücə çatmasının qarşısını almaq məqsədi daşıdığı kimi, Pleven planı və AMB-də Almaniyanın təkrar müharibə başlatmaq riskini sıfıra endirəcəkdi. Birləşmiş Krallıq iştirak etməkdən imtina etdi.
Pleven planına görə, Avropa Ordusu üzv dövlətlərin hərbi hissələrindən ibarət olacaq və üzv dövlətlərin nazirlər şurası tərəfindən idarə ediləcəkdi.
Danışıqlar və imzalanma
Fransa təhlükəsizliyində və müdafiəsində milli suverenliyini itirməkdən qorxurdu.
Buna görə də Paris, tamamilə millətlərarası bir Avropa ordusuna dözməzdi[5]. Ancaq, Amerikanın Qərbi Alman ordusunda böyük marağı olduğu üçün, dəyişdirilmiş Pleven planı üçün Avropa Müdafiə Birliyinin razılaşma layihəsi, 1952-ci ilin mayında Fransız dəstəyi ilə hazırlandı. Yeni AMB müqaviləsi 1952-ci il mayın 27-də imzalandı.
Bəzi şübhə və tərəddüdlərə baxmayaraq, ABŞ və altı Avropa Kömür və Polad Birliyi üzvü Pleven planını təsdiqlədi. Bu, 1951-ci ilin fevralında başlayan, millətlərarası ordunun quruluşunun müzakirə olunduğu Paris konfransına səbəb oldu. Güzəştlər və fikir ayrılıqları arasında, 27 may 1952-ci ildə altı xarici işlər naziri AMB-ni təsis edən Paris müqaviləsini imzaladı[6][7].
1954: Fransanın razılıq verməməsi
Fransanın mərkəzi roluna baxmayaraq, AMB planının çökməsinə səbəb Fransa parlamentindən təsdiq alınmaması idi. Razılaşmanın təsdiqlənməməsinin iki səbəbi var idi; bunlardan biri beynəlxalq aləmdəki böyük dəyişikliklər, digəri isə Dördüncü Fransa Respublikasının daxili problemləri idi[8]. AMB-nin Fransanın milli suverenliyini pozduğuna dair Qaullist narahatlıqlar, Fransa Respublikasının bölünməzliyinə dair konstitusiya qeydləri və Qərbi Almaniyanın remilitarizasiyası qorxusu var idi. Fransanı kapitalist ABŞ-yə bağlayaraq Varşava müqaviləsinə qarşı çıxmağı hədəflədiyi üçün Fransız kommunistləri bu təklifə qarşı çıxdılar. Digər qanunvericilər də Birləşmiş Krallığın yoxluğundan narahat idilər. AMB, 30 Avqust 1954-cü il tarixində Fransa Milli Məclisinə təqdim edildi və 319-a qarşı 264 səslə rədd edildi. Bu müddət ərzində İosif Stalinin ölümü və Koreya müharibəsinin bitməsi ilə mümkün bir qarşıdurma ilə bağlı narahatlıqlar ortadan qalxdı. 1950-ci il orijinal Pleven planı ilə 1954-cü ildə rədd edilmiş plan arasındakı kəskin fərq də bu qorxuları müşayiət edirdi. Fərqliliklər arasında, diviziya səviyyəsində deyil, bölük səviyyəsində hərbi inteqrasiya və komandanlıq sistemində NATO-nun Avropadakı Birgə Qüvvələrin Baş Komandanını (SACEUR)[ing.] AMB əməliyyat qabiliyyətinin başına qoyması kimi dəyişikliklər var idi. İtaliya da heç vaxt müqaviləni təsdiqləmədi[9][10]. Baş nazir Pyer Mendes-Frans, müqavilənin əleyhdarlarını digər imzalayan dövlətlərlə əlavə protokollar təsdiqlətməyə çalışaraq sakitləşdirməyə çalışdı. Bunlara gizli qüvvələrin bir mərkəzdə birləşdirilməsi, başqa sözlə, Qərbi Almaniyada yerləşdirilənlərlə yanaşı büdcə və digər inzibati məsələlər mövzusunda daha böyük milli muxtariyyət tətbiq edilməsi daxil idi. İngiltərə planı prinsipcə təsdiqləməklə yanaşı, ancaq fövqəlmilliliyin azaldılacağı təqdirdə qoşulmağa razı oldu.
Reaksiyalar
Razılaşma heç vaxt qüvvəyə minmədi. Fransız məclisindən təsdiq ala bilmədikdən sonra Qərbi Almaniya NATO-ya daxil edildi və AİBnə üzv ölkələr de Qoll tərəfindən dəstəklənən Fuşe planı[ing.] (1959–1962) çərçivəsində xarici siyasət əməkdaşlığına başlamağa çalışdılar. Avropa xarici siyasəti nəhayət, üçüncü səylər nəticəsində (1970) Avropa Siyasi Əməkdaşlıq (ASƏ)[ing.] adı altında quruldu. Bu, Ümumi Xarici və Təhlükəsizlik Siyasətinin (ÜXTS)[ing.] sələfi oldu.
Bu gün Avropa Birliyi və NATO, əvvəllər həm də Qərbi Avropa Birliyi AMB üçün nəzərdə tutulan bəzi funksiyaları ortaq şəkildə yerinə yetməkdədir, lakin heç biri AMB-in təmin etmək istədiyi millətlərarası hərbi nəzarətə sahib deyildir.
Ruane, Kevin. The Rise and Fall of the European Defence Community: Anglo-American Relations and the Crisis of European Defense, 1950–55 Palgrave, 2000. 252 pp.
Guillen, Pierre. "France and the Defence of Western Europe: From the Brussels Pact (March 1948) to the Pleven Plan (October 1950)." in The Western Security Community: Common Problems and Conflicting Interests during the Foundation Phase of the North Atlantic Alliance, ed. Norbert Wigershaus and Roland G. Foerster (Oxford UP, 1993), pp 125–48.