Atmosferin ümumi sirkulyasiyası

Atmosferin ümumi sirkulyasiyası

Atmosferin ümumi sirkulyasiyası — iri planetar miqyasda materiklərin və onların böyük hissələri ölçüsündə hava axınları sistemi. Atmosferin ümumi sirkulyasiyasına zonal axınlar: tropik zonada troposferin alt hissəsində passatlar (şərq küləkləri), mülayim enliklərdə Yer sıthindən xeyli hündürdə qərb axınları (küləkləri), qütb enliklərində troposferin alt hissəsində şərq küləkləri daxildir.

İzahı

Atmosferin ümumi sirkulyasiyası iqlim yaradan amillərdən biridir. Çoxillik iqlim yaradan amillərdən biridir. Çoxillik iqlim dəyişmələrini hərtərəfli tədqiq etmək üçün müxtəlif zaman intervallarında dayanıqlıq halını saxlayan və böyük coğrafi əraziləri əhatə edən makroproseslərin dəyişilmə qanunauyğunluqlarını bilmək olduqca vacibdir.[1]

Atmosferin ümumi sirkulyasiyası və onun inkişafı çoxlu sayda qarşılıqlı təsirdə olan amillərlə müəyyən olunur. Onlardan əsasları bunlardır:

  1. Yer kürəsi üzrə istilik enerjisinin qeyri- bərabər paylanması
  2. Yerin fırlanması
  3. Qurudənizlərin qeyri- bərabər paylanması və qızması, eləcə də oroqrafik xüsusiyyətlər
  4. Troposfer cəbhələrində siklonik fəaliyyət
  5. Günəş fəallığı

Yer kürəsi üzərində irimiqyaslı hava axınları sistemi atmosferin ümumi sirkulyasiyası adlanır. Belə axınlar öz ölçülərinə görə materik və okeanların böyük bir hissəsi ilə müqayisə oluna bilər. Gündəlik sinoptik hava xəritələrində görünür ki, Yer kürəsi və ya onun böyük sahələri üzərində ümumi sirkulyasiya axını necə paylanır və bu paylanma fasiləsiz olaraq necə dəyişir. Atmosferin ümumi sirkulyasiyasının müxtəlif formada özünü büruzə verməsi atmosferdə müxtəlif cür inkişaf edən və yerdəyişməyə məruz qalan nəhəng dalğa və burulğanların meydana gəlməsindən asılıdır. Siklon və antisiklon kimi meydana çıxan bu atmosfer təlatümləri ümumi atmosfer sirkulyasiyasının xarakterik əlamətləridiir.[2]

Yerli sirkulyasiya

Dəniz sahillərində brizlər, dağ- dərə küləkləri, buz üstündən əsən küləklər və s. yerli sirkulyasiyaya misal ola bilər. Bu yerli sirkulyasiya bəzi vaxtlarda və müəyyən rayonlarda ümumi sirkulyasiya axını ilə üst- üstə düşə bilər.[3]

Atmosfer sirkulyasiyasının əsas xassələri

Ümumi atmosfer sirkulyasiyasının əsas xassələri aşağıdakılardır:

  1. Atmosferdə baş verən irimiqyaslı hərəkətlərdə üfiqi hərəkətlərin sürəti şaquli hərəkəətlərin sürətindən çoxdur.
  2. Enlik dairələri boyu zonal hava axınlarının sayı medional hava axınlarının sayından nisbətən çoxdur.
  3. Atmosfer hərəkələri əsasən burulğan formalı hərəkətlərdir. Bir çox hallarda dalğa hərəkətləri birlikdə.
  4. Atmosfer sirkulyasiyası və onun elementləri fasiləsiz dəyişir. Bu dəyişilməyə səbəb atmosfer hərəkətlərinin qeyri stasionarlığıdır.
  5. Bir təbəqədən digərinə keçən zaman hava axınları dəyişir.[4]

Təsnifat

Təbii sinoptik dövrlər

Ümumi atmosfer dövranı dedikdə zaman və məkanda daimi dəyişən irimiqyaslı hava hərəkətləri nəzərdə tutulur. Atmosfer dövranına aşağıdakı amillər təsir edir. Günəş radiasiyasının qeyri-bərabər paylanması, yerin fırlanması, atmosfer və okean arasında qarşılıqlı termik və dinamik əlaqə, kosmik amillər və s. Ümumi atmosfer dövranı və okeanın ümumi sirkulyasiyaları birlikdə yer kürəsində Günəş radiasiyasının qeyri-bərabər paylanması nəticəsində yaranan hava temperaturu və atmosfer təzyiqi kəmiyyətləri arasındakı fərqləri bir qədər azaltmağa nail olurlar. Yalnız XIX əsrin sonunda və XX əsrin əvvəllərində tam instrumental müşahidə şəbəkəsinin və hava proqnozu xidmətlərinin yaranmasından sonra İngiltərə, RusiyaFransada atmosfer proseslərinin ilk təsnifatları içlənib hazırlanmışdır.[5]

Atmosfer prosesləri

İlk dəfə olaraq 1896-cı ildə Van –Bebber Avropa sinoptik rayonunda müşahidə olunan sinoptik prorseslərin təsnifatıını vermişdir. Böyük rus alimi B. P. Multanovski və onun tələbələrinin apardıqları tədqiqatlarda irimiqyaslı atmosfer hərəkətlərinin ümumiləşdirilməsinə və tipləşdirilməsinə böyük yer ayırmışlar. Multanovski müəyyən etmişdir ki, tədiqat aparan rayonun bir hissəsində siklon mərkəzlərinin, o biri hissəsində isə antisiklon mərkəzlərinin konsentrasiyası müşahidə edilir. Bu hal adətən 5–7 sutka davam edir. Multanovski by muddəti təbii sinoptik dövr adlandırmışdır.[6]

Xarici keçidlər

İstinadlar

  1. С.П. Хромов Метеорология и климатология. Ленинград. 1968, стр. 342.
  2. С.П. Хромов Метеорология и климатология. Ленинград. 1968, стр. 342.
  3. С.П. Хромов Метеорология и климатология. Ленинград. 1968, стр. 342.
  4. Кислов А. В. Теория климата. М. 1989–148 с
  5. Монин А. С. Введение в теорию климата. Л.1982–246с.
  6. Кислов А. В. Теория климата. М. 1989–148 с

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!