Artilleriyanın allahı sayılırdı (rus. Считался богом артиллерии) filmi rejissor Ziya Şıxlinski tərəfindən 1996-cı ildə çəkilmişdir. Film Azanfilm studiyasında istehsal edilmişdir. Film görkəmli Azərbaycan sərkərdəsi Əliağa Şıxlinskinin həyat və fəaliyyətinə həsr olunmuşdur.
Məzmun
Film görkəmli Azərbaycan sərkərdəsi Əliağa Şıxlinskinin həyat və fəaliyyətinə həsr olunmuşdur. Kinolentin birinci hissəsi onun çar ordusunda podporuçik rütbəsindən general-leytenant və ordu komandiri rütbəsinədək yüksəlməyindən, ikinci hissəsi isə generalın Azərbaycandakı fəaliyyətindən və Azərbaycan milli silahlı qüvvələrinin yaradılmasından bəhs edir.[1]
Film haqqında
Əsasən kinoxronikadan istifadə olunduğu üçün operator çəkilişdə iştirak etməmişdir.[1]
Filmin üzərində işləyən
Ssenari müəllifi: Ziya Şıxlinski
Rejissor: Ziya Şıxlinski
İstinadlar
- ↑ 1 2 Aydın Kazımzadə. Azərbaycan kinosu — 2 (filmlərin izahlı kataloqu (1898-2002)). Bakı: 2003, səh. 308
Həmçinin bax
Azərbaycan filmlərinin siyahısı
1996-cı ilin Azərbaycan filmləri
1990-cı illər Azərbaycan filmlərinin siyahısı
Xarici keçidlər