"Armageddon" — Yerinasteroidlə toqquşması haqqında 1998-ci il fəlakət filmi. Toqquşmanı qarşısını almaq üçün NASA Herri Stemper (Uillis) başçılığı ilə peşəkar qazmaçıları kosmosa göndərir.
1998-ci ildə Hollivudda çəkilmiş "Armageddon" blokbasterində Yer planetiniAzərbaycan ərazisinə bərabər ölçülərdə asteroid təhdid edir. Filmin süjetinə görə, həmin asteroid planetimizə doğru 35000 km/saat sürətlə hərəkət edir. Fəlakətə 18 gün qalmış bir qrup qazma işləri mütəxəssisi sürətləndirilmiş astronavt kursu keçir, "Şattl" kosmik məkiyinin idarəolunmasını öyrənir, asteroidə çatır, orada 225 metr dərinliyində quyu qazır və atom bombası ilə asteroidi iki yerə parçalayırlar. Asteroidlərin parçaları Yerin yanından keçir və bəşəriyyət fəlakətdən qurtulur[3].