Arilər

B.e.ə. I yüzilliyə aid İran ərazisindən, arxeoloji qazıntılar zamanı tapılmış, Arilərə aid boyunbağı

Arilər (hind. ā́rya-, avest. airya-, fars. ariya-‎) — e.ə. 2000-ci ilə yaxın Mərkəzi Asiyadan Hindistana yerləşmiş Hind-İran köçəri tayfalarının özlərinə verdikləri ad. Hindisumda arilər tədricən yerli əhali ilə qarışaraq onlarla birlikdə hind xalqını təşkil etmişdirlər. İranAzərbaycan ərazilərində yerli əhali ilə qarışan arilərdən, o cümlədən Azərbaycan ərazisində bir çox irandilli tayfalar - parfiyalılar, farslar, midiyalılar, saqartilər, kadusilər, mardlar, kirtilər və b. meydana gəlmişdilər.

Müasir İranın adı buradandır; qədim İran dilində aquapat – "arilər ölkəsi" və ya "padşahlığı" deməkdir.

İrandilli tayfa və qəbilələr indiki İran ərazisinə b.e.ə. IX əsrdə (bəzilərinin fikrincə, e.ə. XI və ya X əsrdə) gəlmişlər. Həmin tayfaların bir hissəsi IX əsrin II yarısında Elam dövlətinin (e.ə. 2500-644) Parsua adlanan ərazisində məskunlaşmış və artıq e.ə. VI əsrdə məntəqənin çoxluq təşkil edən əsas əhalisinə çevrilmişlər. Parsuada məskunlaşan irandilli əhali bir neçə tayfadan ibarət idi, bəziləri onlardan üçünün, digərləri yeddisinin daha mühüm rol oynadığını qeyd edirlər. Həmin tayfalar özlərini arya, dillərini arya dili adlandırırdılar.

Ümumi məlumat

Parsuada məskunlaşmış irandilli (arya) tayfaların tayfa ittifaqında birləşməsindən sonra qısa müddət ərzində böyük imperiya təsis etmələri tarixi qanunauyğunluq idi, çünki tarixdə bir çox xalqlar həmin mərhələdə böyük dövlətlər, imperiyalar (hunlar, germanlar, Səlcuqlar, monqollar və s.) yaratmışlar. Böyük imperiyanın təşkil edilməsi və Əhəməni dövlətinin, necə deyərlər, milli siyasəti arya xalqının formalaşması və onun etnogenetik, antropoloji xüsusiyyətinə mühüm təsir göstərirdi. Tarixi ədəbiyyatda göstərildiyi kimi, şəhərli aryalılar tam hüquqlu azad adamlar idilər, digərləri ya hüquqsuz azad, ya yarı-azad adamlar idi. Bundan əlavə aryalılar bac-xərac, vergi, rüsum ödəməkdən, icbari fiziki işlərdə (tikinti və s.) işləməkdən azad idilər.

İmperiyada bütün yüksək, sonralar hətta orta, bəzən aşağı, hərbi və mülki vəzifələrə ilk növbədə aryalar təyin edilərdi. Ona görə aryalılar böyük məmur təbəqəsi təşkil edirdilər. Aryalılar dövlətin yaradıcısı və dayağı kimi orduda xüsusi mövqeyə malik idilər. Aryalılar imperiya ordusunun və onun elitar birləşməsi olan "ölməzlərin" özəyini təşkil edirdilər. Əsas yüksək hərbi vəzifələrə də aryalılar təyin olunurdu. Əhəməni sülaləsinin milli siyasəti, qeyd edildiyi kimi, imperiyanın ölçüləri səbəbindən arya xalqının sonrakı formalaşma prosesinə özünəməxsus şəkildə təsir edirdi.

İmperiya yarandığı andan arya xalqı hakim milli azlığa çevirildi. Tarixi məlumatlara görə, Daranın hakimiyyəti illərində imperiyada birləşdirilmiş 70 tayfa, xalqın ümumi sayı 50 mln. nəfərə çatırdı. Arya xalqının sayı haqqında isə müxtəlif məlumatlar vardır. Bəziləri İran yaylasının bütün əhalisinin, digərləri yalnız aryalıların 1 mln. nəfərdən az olduğunu, üçüncülər isə aryalıların cəmi 200 min nəfər olduqlarını qeyd edirlər. Tarixi analogiya əsasında 3, 7, hətta 10 tayfanın ümumi sayının 200 min nəfər olduğunu qəbul etmək olar.

Əhəməni imperiyasının geniş əraziləri, müxtəlif inkişaf səviyyəsində olan tayfa və xalqları əhatə etməsi, arilərin hakim milli azlıq olması, dövlətin idarə sisteminin bütün həlqələrini öz əllərində saxlamaq siyasəti yeritməsinin onların etnogenetik, etnomədəni xüsusiyyətlərinin transformasiyaya uğramasına həlledici təsiri olmalı idi.

Arilərdə tayfa-qəbilə, patriarxal münasibətlər

Arilər icma-qəbilə quruluşunun dağılma mərhələsini yaşadıqlarından onların arasında tayfa-qəbilə, patriarxal münasibətlər hələ çox güclü idi və siyasi sistemdə özünüqoruma amili kimi çıxış edirdi. Arilər hələ monoqam ailə səviyyəsinə yüksəlməmiş və matriarxat qaydalarından azad ola bilməmişdilər. Belə ki, "qanunla" arilərin çoxlu arvadı və kənizi ola bilərdi. Təkcə Əhəməni sülaləsinin üzvləri deyil, bütün arilər arasında yaxın qohumlar, hətta doğma bacılar ilə evlənmə adi qayda idi, geniş yayılmışdı.

Ari qanunları qadınların yadlara görünməsini qadağan edirdi. Hökmdarın arvadı və kənizlərini heç kim görə bilməzdi, görənləri ölüm cəzası gözləyirdi. Hökmdar və əyanlar qadınları qapalı şəraitdə saxlayır və özləri ilə hər hansı bir yerə aparmalı olduqda da, qapalı, örtülü arabalarda aparırdılar. Halbuki BabilistanMisirdə qadınlar geniş azadlıq və sərbəstliyə malik olub ictimai-iqtisadi həyatda yaxından və fəal iştirak edirdilər.

Mənbə

Bütöv Azərbaycan. Farslar etnogenetik baximdan kimdir?[ölü keçid]

Qynaqlar

Həmçinin bax

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!