İ.M.Qubkin adına mükafat, "SSRİ-nin ixtiraçısı" döş nişanı
Arif Quliyev (Quliyev Arif Mehdi oğlu; d. 15.12.1933, Füzuli rayonu, Gecəgözlü kəndi) — texnika elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü (1989).[1]
Quliyev Arif Mehdi oğlu 1933-cü ildə Azərbaycanın Füzuli rayonunun Gecəgözlü kəndində anadan olmuşdur. 1957-ci ildə "Neft yataqlarının işlənilməsi və istismarı" ixtisası üzrə AzSİ-nun neft-mədən fakültəsini fərqlənmə ilə bitirərək, "Balaxanıneft" mədənlərində əmək fəaliyyətinə başlamışdır. Sonralar Azərbaycan EA-nın Neft Ekspedisiyasında baş laborant, elmi işçi olub. 1958-1960-cı illərdə isə AzETNÇİ-da "Yeraltı hidrodinamika" laboratoriyasında kiçik elmi işçi, böyük mühəndis kimi çalışmışdır. 1963-cü ildə "Qaz-neft layının hidrodinamikasının bəzi ünsürləri" mövzusunda namizədlik, 1974-cü ildə isə "Çoxlaylı neft və qaz yataqlarının işlənilməsinin qazhidrodinamiki hesabatı üsulları" mövzusunda doktorluq dissertasiyaları müdafiə etmişdir.
1960-2003-cü illərdə Azərbaycan EA DNQYPİ-da böyük elmi işçi, şöbə rəhbəri işləyib. 1989-cu ildə Quliyev A.M. Azərbaycan MEA-nın müxbir üzvü seçilmişdir. 2003-cü ildən indiyə qədər Azərbaycan MEA-nın Geologiya və Geofizika İnstitutunda "Neft yataqlarının işlənilməsi və neft-qaz hasilatının proqnozlaşdırılması" şöbəsinin rəhbəridir.
Elmi fəaliyyəti
Quliyev A.M. neft və qaz yataqlarının işlənilməsi sahəsində tanınmış alimdir.
Elmi tədqiqatların sahəsi: neft-qaz yataqlarının işlənilməsi; yeraltı hidrodinamika; lay və quyuların tədqiqi; iqtisadi-riyazi modelləşdirilmə; karbohidrogen resurslarının mənimsənilməsi proseslərinin optimallaşdırılması və optimal idarəetmə; neftveriminin artırılması və neft hasilatının intensivləşdirilməsi.
Quliyev A.M. 200-dən artıq elmi məqalənin, 3 monoqrafiyanın və 1 kitabın, 6 təlimatın və metodik rəhbərliklərin müəllifidir. Onun rəhbərliyi altında neft hasilatı terminlərinin izahlı lüğəti (3 dildə) hazırlanmışdır. İxtiralara görə 8 müəlliflik şəhadətnaməsi alıb. 3 elmlər doktoru, 13 elmlər namizədi hazırlamışdır.
1985-ci ildə Quliyev A.M. bir qrup alimlə birgə "Mürəkkəb dağ-geoloji şəraitlərdə çoxlaylı neft yataqlarının öyrənilməsinin dağ-geofiziki və hidrodinamiki üsullar kompleksinin yaradılması və tətbiqi" mövzusunda işə görə akad. İ.M.Qubkin adına mükafata layiq görülüb. "SSRİ-nin ixtiraçısı" döş nişanı ilə mükafatlanmışdır.
Arif Quliyev 2021-ci il sentyabrın 16-da ömrünün 88-ci ilində vəfat edib.[2]
Elmi əsərləri
1.Методы гидрогазодинамических расчетов разработки многопла-стовых месторождений нефти и газа. Баку: Элм, 1976. -204 с. (Соав-тор: М.Т.Абасов)
2.Инструкция по комплексному исследованию газовых и газоконденсатных скважин и пластов. Москва: Недра, 1980. - 301 с. - Гл. IV, п.5, 6; Гл. V, п.5,6. (Соавторы: М.Т.Абасов, З.С.Али¬ев и др.)
3.Birgə istismar olunan layların hidrodinamiki tədqiqat məlumatlarının interpretasiya üsulları. Bakı: AzTU-nun mətbəəsi, 2007. -204 s. (Həmmüəlliflər: B.Z.Kazımov, R.M.Əfəndiyev, M.A.Hacıyev)
4.Разработка методов комплексной интерпретации данных гидротермодинамических исследований нефтяных и газоконденсатных скважин. Баку: Элм, 2009. -328 с. (Соавторы: В.Н.Аллахвердиев, Н.В.Касумов)
5.Деформация горных пород и ее влияние на их фильтрационно-емкостные свойства и на процессы фильтрации и разработки месторождений нефти и газа. Баку, изд. “Элм”. -2009. - 88 с. (Соавтор: Б.З.Казымов)