Arçil Mixayloviç Qomiaşvili (gürc. არჩილ მიხეილის ძე გომიაშვილი) — Sovet və rus aktyoru, sahibkar və Gürcüstan SSR xalq artisti (1966).
Həyatı
Arçil Mixayloviç Qomiaşvili 23 mart 1926-cı ildə anadan olmuşdur.
1940-1942-ci illərdə Tbilisi incəsənət texnikumunda təhsil almışdır.[1] Teatra olan böyük həvəsi Qomiaşvilini "MXAT" məktəb-studiyasına gətirir. O, bu təhsil ocağında bir neçə il oxumuşdu. Lakin orada az qala dava-dalaş həddinə qədər gəlib çıxmış qalmaqaldan sonra o, məhkəmə ilə problemləri yarandığından Moskvanı tərk edir. Tbilisidə onu Marcanişvili adına Akademik teatrın truppasına qəbul edirlər. 1958-ci ildə isə aktyor Poti şəhərinə gedir və əvvəl Eristavi adına teatrda, sonra isə Qriboyedov adına Tbilisi rus teatrında işləməyə başlayır.
Arçil Qomiaşviliyə ümumxalq məhəbbətini isə 1971-ci ildə kinorejissor Leonid Qaydayın İlf və Petrovun əsəri əsasında çəkdiyi "12 stul" filmində ifa etdiyi Ostap Bender rolu gətirir. 2 il sonra o, Lenin komsomolu adına Moskva teatrının aktyoru olmağa nail olur. Bir neçə ildən sonra isə Puşkin adına teatra keçir.
1990-cı ildə Arçil Qomiaşvili "Siti-biznes" səhmdar cəmiyyətinin prezidenti olmuşdur. 1992-ci ilin axırlarında isə Moskvada "Qızıl Ostap" klubunu açır. Bu klub tezliklə paytaxtın ən nüfuzlu məkanlarından birinə çevrildi. Klubun restoranı isə 1996 və 1997-ci Avropanın ən yaxşı belə məkanlarından seçilmişdir.
Ömrünün son illərini Arçil Qomiaşvili xəstəliklərlə keçirirdi. 2004-cü ildə onda bədxassəli şiş tapılmışdı. ABŞ-də həyata keçən əməliyyat zamanı onun 40-dan artıq limfa düyünlərini kəsib götürürlər[2].
Arçil Qomiaşvili 31 may 2005-ci ildə Moskvada vəfat etmişdir. İyunun 3-ü elə həmin şəhərdə də dəfn olunmuşdur.
Ailəsi
- Birinci həyat yoldaşı — Liana Georgiyevna, aktrisa
- Oğlu — Zurab, mühəndis
- Oğlu — Mixail, aktyor
- İkinci həyat yoldaşı — Tatyana Fyodorovna, balerina
- Qızı — Nina, aktrisa
- Nəvəsi — Anastasiya (d. 1992);
- Nəvəsi — Georgi (Giya), jurnalist, Gürcüstan xarici işlər nazirinin müavini (2004–2005), sahibkar
- Qızı — Yekaterina (d. 1978), dizayner
- Üçüncü həyat yoldaşı — Tatyana Okunevskaya
Filmoqrafiya
İl |
Azərbaycanca adı |
Orijinal adı |
Rol
|
1957 |
Şəxsən tanınır |
erm. Անձամբ ճանաչում եմ |
Mantaşerov
|
1962 |
Köstəbək |
rus. Крот |
Zurab
|
1963 |
Bir dəridə dörd nəfər |
rus. Четверо в одной шкуре |
Emmanın atası
|
1965 |
Fövqəladə tapşırıq |
erm. Արտակարգ հանձնարարություն |
Mantaşerov
|
1965 |
İndi başqa zəmanədir |
gürc. რაც გინახავს, ვეღარ ნახავ |
Kostaya
|
1966 |
Bağışlayın, sizi ölüm gözləyir |
rus. Простите, вас ожидает смерть |
|
1969 |
Gecəyarıdan keçmiş partlayış |
erm. Պայթյուն կեսգիշերից հետո |
|
1971 |
12 stul |
rus. 12 стульев |
Ostap Bender
|
1977 |
Mimino |
rus. Мимино |
Nuqzar Papişvili
|
1977 |
Bu inanılmaz musiqiçilər və ya Şurikin yeni yuxusu |
rus. Эти невероятные музыканты, или Новые сновидения Шурика |
Arçil Qomiaşvili
|
1978 |
Qafqaz hekayəti |
rus. Кавказская повесть |
Yeroşka
|
1978 |
Məhəbbətim mənim, kədərim mənim |
rus. Любовь моя, печаль моя türk. Bir Aşk Masalı |
Əşrəf
|
1980 |
Çoxdan keçmiş günlərin komediyası |
rus. Комедия давно минувших дней |
Ostap Bender
|
1981 |
Qızıl qoyun dərisi |
rus. Золотое руно |
Yakov
|
1983 |
Tezdən, səhər tezdən |
rus. Раннее, раннее утро |
Qordey Lukiç
|
1984 |
Mis mələk |
rus. Медный ангел |
Antonio Valdes
|
1985 |
Skapenin kələkləri |
rus. Проделки Скапена |
Skapen
|
1986 |
Dövlət sərhədi. Qırx birinci il |
belar. Дзяржаўная гранiца. Год сорак першы |
İosif Stalin
|
1986 |
Mənim sevimli klounum |
rus. Мой любимый клоун |
Paşa Fokin
|
1986 |
Uzaqlıq müddəti olmadan |
rus. Без срока давности |
|
1989 |
Stalinqrad |
rus. Сталинград ing. Stalingrad |
İosif Stalin
|
1990 |
Qərb istiqamətində müharibə |
ukr. Війна на західному напрямку |
İosif Stalin
|
1990 |
Supermen |
rus. Супермен |
|
1990 |
Qatil yeri boşdur... |
rus. Место убийцы вакантно… |
|
1992 |
Qızılı məcməyili ofisiant |
rus. Официант с золотым подносом |
Şota Çanturiya
|
1993 |
Ölüm mələkləri |
rus. Ангелы смерти |
İosif Stalin
|
1993- 1994 |
Əsrin faciəsi |
rus. Трагедия века |
İosif Stalin
|
İstinadlar
Xarici keçidlər