Anna Karenina (ing. Anna Karenina) — 1997-ci ildə çəkilmiş amerikan filmi.
Məzmun
Rusiya, XIX əsrin sonları. Ailəli zadəgan Anna Karenina Moskvaya səfəri zamanı Aleksey Vronski ilə tanış olur və ona vurulur. Ancaq cəmiyyətin qınağından qorxan Anna ona rədd cavabı verir və Peterburqa gedir. Aleksey inadlı şəkildə ondan əl çəkmək istəmir və onunla Peterburqa gedir. Monoton gündəlik həyatdan qaçan Anna sonda Alekseyin sevgisini qəbul edir. Onların münasibətləri haqqında hamı xəbər tutur. Bundan sonra Anna israrla boşanmaq istəsə də Aleksey razı olmur. Vronski müharibəyə gedən zaman o ümidini tamamilə itirir. Annanın öz oğlunu itirməsi, Alekseyə olan inamsızlıq və qısqanclıq hissi, bundan yaranan ağrı onu sonda intihar etmək qərarına gətirib çıxarır.
Aktyor birliyi
Ədəbiyyat
İstinadlar