Anjela Doroqan |
Tam adı |
Anjela Doroqan |
Vətəndaşlığı |
Moldova → Azərbaycan |
Doğum tarixi |
2 noyabr 1989(1989-11-02) (35 yaş) |
Doğum yeri |
|
Boyu |
158 sm. (5 ft 6 in) |
İdman növü |
Güləş |
Karyera illəri |
2004—2018 |
Məşqçisi |
Petro Buyuli |
Komandası |
Atasport İdman Klubu |
|
Anjela Doroqan (2 noyabr 1989, Kişinyov) — 2007–2009-cu illərdə Moldovanı, 2010–2018-ci illərdə isə Azərbaycanı təmsil edən qadın güləşçi, Avropa Oyunlarının qalibi.[1]
Karyerası
Anjela Doroqan birinci ciddi uğurunu 2009-cu ildə qazandı. Doroqan yeniyetmələr arasında Avropa Çempionatının gümüş medalının sahibi oldu. Bu uğur Anjela Doroqan 2009-cu ilə qədər Moldova yığmasında sahib olduğu yeganə uğur idi. Daha sonra, Azərbaycan yığmasında çıxış edən Anjela Doroqan müxtəlif beynəlxalq yarışlarda medallar qazandı.
Anjela Doroqan 2015-ci ildə Azərbaycan bayrağı altında I Avropa Oyunlarına qatıldı. O, 53 kiloqram çəki dərəcəsində 1/8 final mərhələsində Türkiyəli Mərvə Kəngəri 8:2, daha sonra isə Macarıstanlı Mercedesz Denesi 4:0 və Moldovalı Nataliya Budunu 7:2 hesabları ilə məğlub etdi və finala adladı. Finalda Polşa güləşçisi Roksana Zasina ilə üz-üzə gələn Anjela Doroqan 3:2 hesablı qələbə qazandı və I Avropa Oyunlarının çempionu oldu.
Anjela Doroqan Azərbaycan Prezidenti İlham Əliyevin 29 iyun 2015-ci il tarixli 1299 nömrəli sərəncamı ilə "Şöhrət" ordeni ilə təltif edildi.
İstinadlar
- ↑ International Wrestling Database. "ANZHELA DOROGAN". www.iat.uni-leipzig.de (ingilis). 2022-08-04. 2023-11-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.