Andre Şarl Bul (11.11.1642,Paris – 28 və ya 29.2.1732, Paris) — fransız mebel ustası. 1672-ci ildən XIV Lüdovikin saray ustası. Luvr, Marli və Versalda dekorativ işlər (qiymətli ağac növlərindən istifadə etməklə divar marketri və s.) görmüşdür.
Həyatı
Bulun mebel emalatxanasında dörd oğlu: Filipp Bul (1678–1744), Pyer Benua Bul (1680–1741), Andre Şarl Bul (Bul de Süv, 1685–1745; həmçinin heykəltaraş) və Kiçik Şarl Jozef Bul (1688–1754) işləmişdir. Onların yaratdığı mebel nümunələrində rokokoya təkamül edən klasisizm və barokko əlamətləri birləşirdi. Bu mebelləri effektlilik, dekorun zənginliyi, həmçinin düz xətlərin və əyri -xətli naxışların uyarlı gözəlliyi, ornament və inkrustasiyanın dekorativliyi (səthə yapışdırılmış tunc, abnos ağacından, fil sümüyü, sədəf və tısbağa qınından istifadə etməklə düzəldilən marketri) fərqləndirirdi. Əsasən, Luvr da, Klüni Muzeyində (Paris), Versalda, Fontenbloda, Volles kolleksiyasında, Viktoriya və Albert Muzeyində (London), Ermitajda (S.- Peterburq) saxlanılır. "Bul", həmçinin 17-ci əsrin sonu – 18-ci əsrin 1-ci yarısında fransız saray mebeli sənətində üslub idi.[2]
Muzeylər və sərgilər
Andre Şarl Bulun mebel kolleksiyalarına dünyanın bir çox muzeylərində rast gəlinir:
Bundan əlavə, Andre Şarl bulun mebelleri bir sıra fransız saraylarını bəzəyir.
- Versal
- Vo-le-Vikont
- Şantil
- Şeverni
İstinadlar
Xarici keçidlər