Anar Sahib oğlu Ələkbərov (13 aprel 1977, Bakı) — Azərbaycan Respublikası Prezidentinin köməkçisi,[1] Heydər Əliyev Mərkəzinin direktoru,[2] Heydər Əliyev Fondunun icraçı direktoru; Azərbaycan Avtomobil Federasiyasının prezidenti.[3]
Həyatı
Anar Ələkbərov Samux rayonunda anadan olub. O, 1998-ci ildə Bakıda Qərb Universitetinin Beynəlxalq menecment ixtisası üzrə bakalavr pilləsini bitirib. 2001-ci ildə Bakıda Qərb Universitetinin Beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə magistr dərəcəsinə yiyələnib.
2004-cü ildən Heydər Əliyev Fondunun icraçı direktoru vəzifəsində çalışır. Azərbaycan Respublikası Prezidentinin 10 iyul 2012-ci il tarixli sərəncamı ilə Heydər Əliyev Mərkəzinin direktoru təyin edilib.
2013-cü ildə Fransanın "İncəsənət və ədəbiyyat ordeni" ilə təltif edilib.
21 fevral 2014-cü ildə Azərbaycan Avtomobil Federasiyasının prezidenti seçilib.
2014-cü ildə Azərbaycan və Macarıstan arasında əlaqələrin genişləndirilməsində və bu ölkədə mədəni-humanitar layihələrin həyata keçirilməsindəki xidmətlərinə görə Macarıstanın dövlət mükafatı — "Komandor xaç" ordeni ilə təltif edilib.
2014-cü ildə "Mehriban Əliyeva — xeyirxahlıq və ümid mücəssəməsi" adlı məqaləsi və "Mehriban" adlı kitabı çap edilib.
2017-ci ildə Azərbaycanın I vitse-prezidenti Mehriban Əliyevanın köməkçisi təyin olunub. Anar Ələkbərov Heydər Əliyev Fondunun icraçı direktoru vəzifəsində çalışır.
Azərbaycan Respublikası Prezidentinin 10 iyul 2012-ci il tarixli Sərəncamı ilə Heydər Əliyev Mərkəzinin direktoru təyin edilib.
6 may 2019 ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Şöhrət" ordeni ilə təltif olunub.[4]
Prezident İlham Əliyevin 2019-cu il noyabrın 29-da imzaladığı sərəncamla Anar Ələkbərov Azərbaycan Respublikası Prezidentinin köməkçisi təyin edilib.
Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərovun oğludur.
İstinadlar
Həmçinin bax
Xarici keçidlər