Amazon deltası

Amazon deltası

Amazon deltası (port. Delta do Amazonas) — Amazon çayının mənsəbində formalaşır. Amazon çayının əsas və ən gur sulu qolu olan Tokantins çayının digər çaylarla birlikdə əraziyə axması ilə meydana gəlmişdir. Hər il deltaya 6 591 km³ su və 1 mld ton çöküntü gətirilir. ParaAmapa ştatları ərazisinə daxildir. Ərazisi meşələrlə örtülüdür. Güçlü axınlar səbəbindən çay öz gətirmə suxurlarını okeana çatdıra bilmir[1]. Bu delta estuarinin 200—350 km dərinliyinə qədər geriliyir. Burada çayın axın sürəti 25 km/s-dır.

Deltanın sahəsi getdikcə artmaq əvəzinə azalır. Onun sahəsi QanqMissisipi çaylarının deltasından daha tez yönünü dəyişir və sahəsi kiçilir[2]. Deltanın sahəsi barədə mübahisələr hələ davam edir[3]. Deltaya tökülən mln tonlarla şirin su Atlantik okeanın kənarında geniş bir şirinsulu dəniz əmələ gətirir.

Deltanın maksimal eni 325 km təşkil edir. Deltada ilk insanlar 10 400 il peyda olmuşdur.

İstinadlar

  1. "Амазонка – природное чудо планеты | Интересные факты, уникальные места, потрясающие красивые фото и видео". 2018-10-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-07-10.
  2. "Arxivlənmiş surət" (PDF). 2017-02-15 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2017-07-10.
  3. "Amazon deltası — Yer planeti". 2019-07-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-07-10.

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!