Rəssamın yəhudi əsilli ailəsi XVIII əsrin əvvəllərində miqrant kimi İtaliyanınLivorno şəhərinə köçür. Amadeo ailədə dördüncü və sonuncu övlad idi. 1895-ci ildə keçirdiyi vərəm xəstəliyinin ardından, 1898-ci ildə tif xəstəliyinə yaxalandı və nəticədə təhsilini tamamlaya bilmədi. Keçirdiyi ağır xəstəliklərdən sonra rəssamlıq dərsləri almağa başlayan gənc Amadeo, 1901-ci ildə yenidən vərəm xəstəliyinə yoluxur və bu dəfə vəziyyət ciddi olduğu üçün anası tərəfindən Napoli şəhərinə aparılır.[7]
Dərs aldığı Qugliemo Mikelli, ona rəssamlıq üzrə ali təhsil almasını təklif etdi və Modilyani 1902-ci ildə Florensiya şəhərində yerləşən İncəsənət Akademiyasına daxil oldu. Bir il sonra isə təhsilini Venesiya şəhərində yerləşən eyni adlı akademiyada davam etdirdi. Venesiyada yaşadığı illərdə Amadeo Modilyanin çətin günləri başlayır. Qısa zamanda narkotik maddələrin əsirinə çevirilən rəssam bir növ toparlanamaq üçün Paris şəhərinə getməyə qərar verir.
Parisdə olduğu müddət ərzində əsasən şəhərin kasıb sənətkarlarının toplaşdığı Monmartr səmtinin Le Bateau-Lavoir məhəlləsində yaşamağa başlayır. Modilyanin Le Bateau-Lavoir məhəlləsində Pablo Pikasso ilə qonşuluqda yaşayırdı. Toparlanmaq üçün gəldiyi Parisdənarkotik maddə istifadəçiliynə spirtli içkilər də əlavə olunur və rəssam səfil həyatı yaşamağa başlayır.[8]