Almaniya 1956 Avroviziya Mahnı Müsabiqəsində

1956 Avroviziya Mahnı Müsabiqəsi
Milli seçim
Ölkə Almaniya Almaniya
Təmsilçi Valter Andreas Şvarç
Fredi Kvin
Mahnı "Im Wartesaal zum großen Glück" və

""

Nəticələr
Final nəticəsi 2 yer, bilinmir xal.

Almaniya 1956 Avroviziya Mahnı Müsabiqəsində iştirak edən yeddi ölkədən biri olub. Almaniyanı müsabiqədə iki müğənni təmsil etmişdir. Valter Andreas Şvarç "Im Wartesaal zum großen Glück" mahnısı ilə çıxış etmişdir. Fredi Kvin isə "So geht das jede Nacht" mahnısını ifa etmişdir. Müsabiqənin nəticələri açıqlanmadığı üçün tutduqları yer və topladıqları xal məlum deyil.

Milli seçim

National final

Almaniyanın milli seçim turu Heynz Piperin təqdimatında 1 may 1956-cı ildə keçirilmişdir. Seçim turunda 12 ifaçı iştirak etmişdi.

# İfaçı Mahnı Yer
1 Liz Assia - -
2 Rolf Baro - -
3 Eva Buş - -
4 Anqel Durand - -
5 Margot Eskens - -
6 Fridel Henç & Die Cyprys - -
7 Marqot Hielşer - -
8 Bibi Cons - -
9 Fredi Kvin "So geht das jede Nacht" 1
10 Valter Andreas Şvarç "Im Wartesaal zum großen Glück" 1
11 Hans Arno Simon - -
12 Gerhard Vendland - -

Belə ehtimallar var idi ki, Liz Assia seçim turunda "Ein kleiner gold'ner Ring" (azərb. Kiçik qızıl üzük‎) mahnısını ifa edib. Lakin Liz Assianın bu mahnını 1956-cı il seçim turunda yox Almaniyada başqa musiqi festivalında oxuduğunu xatırlayandan sonra bu ehtimalların yalan olduğu ortaya çıxdı. Həqiqətən də, o, bu mahnı ilə 1961-ci ildə Alman Şlager Festivalında çıxış etmişdi.[1]

İstinadlar

  1. Jan Feddersen: Ein Lied kann eine Brücke sein, Hoffmann und Campe 2002

Həmçinin bax

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!