Aleksey Timofeyeviç Lejnyov (Lejnev) (27 mart 1913, Bakı – 23 fevral 1972, Bakı) — Azərbaycan-sovet teatr aktyoru, Azərbaycan SSR xalq artisti (1969).
Həyatı
Aleksey Lejnyov 27 mart 1913-cü ildə Bakıda anadan olmuşdur. 1932–1934-cü illərdə Rostov Dram Teatrı studiyasında, 1934–1937-ci illərdə isə Tbilisi Dövlət Rus Dram Teatrında çıxış etmiş, 1938-ci ildən M. Qorki adına Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru olmuşdur.[1]
Aleksey Lejnyov 1944-cü ildən Sov.İKP üzvü olmuşdur. O, pedaqoji fəaliyyət də göstərmişdir. Aktyor 23 fevral 1972-ci ildə Bakıda vəfat etmişdir.[1]
Təltif və mükafatları
İfa etdiyi əsas rollar
İstinadlar